Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-25/2024 22.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X5 iştirаkı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 17 aprel 2023-cü il tarixli qərarından şikayətçi X5 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 məhkəməyə şikayət verərək hazırkı iş üzrə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə qərarının və onun hüquqi nəticələrinin ləğv edilməsinə, onun əməlində inzibati xəta hadisəsi olmadığına görə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə ailə üzvləriylə birlikdə Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. 1994-ci ildə Gəncə Aqrar Universitetinin meşə mühəndisliyi fakültəsinə qəbul olub, bir çox maddi çətinliklərə baxmayaraq İnstutu bitirmişdir. 2001-ci ildən Bərdə meşə təsərrüfatında iqtisadçı 2009-cu ildən 2023-cü ilin aprel ayına qədər Bərdə RMTM-nın Bərdə meşəbəyiliyinin meşəbəyisi vəzifəsində fəaliyyət göstərmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən barəsində heç bir cəza tədbiri görülməyib, hər zaman yüksək göstəricilərlə sıralarda fəaliyyət göstərmişdir. Meşəyə və təbiətə töhfələr vermişdir. 2001-ci ildən bu günə kimi 100 hektarlarla mədəni məşəəkini yetişdirib meşə yaratmışdır. Belə ki, Bərdə meşəbəyiliyinin ümumi ərazisi 2368,4 hektardan ibarətdir. Həmin ərazilər Yevlax və Ağcabədi rayonlarıyla sərhəddə yerləşir. Qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə 2800 manat məbləğində cərimə edilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, barəsində qəbul olunmuş İnzibati tənbehin tətbiq edilməsi haqqında qərar əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. İş üzrə bildirmişdir ki, 2023-cü ilin aprel ayında ona verilmiş məlumata əsasən Bərdə meşəbəyiliyinin 1 saylı meşə dolayısının 16 saylı kvartalına RMTM-nın əməkdaşlarıyla baxış keçirdiyi zaman həmin ərazidə ağacların və cür nar kollarının çıxarılmasının şahidi olmuşdur. Adı çəkilən meşə sahəsinin meşə gözətçisi Tərtər rayon ərazisində yaşadığı üçün meşə ərazisinə gec saatlarda gəldiyi və 1 saylı dolayını tam şəkildə mühafizə edə bilmədiyi üçün kənar şəxslərin həmin əraziyə müdaxilə etdiyinin şahidi olduq. Bütün bunlarla bağlı o, meşə gözətçisi barəsində xidməti məruzədə vermiş, 1 saylı meşə dolayısında olan hadisə barəsində meşə gözətçisi ona nə yazılı nə də şifahi məlumat verməyib, həmin dövrlərdə o, meşəbəyiliyin başqa dolayı və kvartallarında bir çox tədbirlərin həyata keçirilməsi ilə məşğul olmuşdur. Bu fakt ay ərzində vermiş olduğu aççot da öz əksini tapır. Meşə gözətçisi vermiş olduğu izahatındada bildirmişdir ki, qeyri iş günlərində və qeyri iş saatlarında meşəbəyilik ərazisində 5 hektar sahədə ağacların çıxarılması və şum İşlərinin aparılmasını bildirmişdir. Həmin vaxt 1 saylı meşə dolayısının giriş qapısının kilidinin qırılmasının şahidi olmuşdur. Bu hadisəni törədən şəxsi həmin vaxt tapa bilmədiyi üçün meşə gözətçisinə akt yazıb cərimə tətbiq etmişdir. xx.xx.2023-cü il xx.xx.2023-cü il tarixlər ərəfəsində həmin ərazisini nəzarətdə saxladığı bir vaxtda ağ rəngli (oka) əlil maşınında bir nəfərə rast gəlmiş və bu şəxslə söhbət əsnasında məlum olmuşdur ki, bu ərazidə ağacları çıxaran şum işlərini aparan Ağdam rayon sakini Həsənov Həsəndir. Dərhal həmin şəxsi RMTM-ya gətirmiş, barəsində akt tərtib edilib, vermiş olduğu izahatındada bildirmişdir ki, o, RMTM-nın direktoru Qalib Həsənovdan bostan və sairələr əkmək üçün yer istəmiş, ona yer vermədiyi üçün o da həmin ərazidə ağacları çıxartmış, yer şumlamış, onu da qeyd etmişdir ki, 1 saylı dolayıya yaxın ərazidə qohumu yaşayır və bu səbəbdən həmin meşəbəyilik ərazisindəki əkməyi məqsədə uyğun bilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə ona yazılmış 2800 manat cəriməyə o etiraz etmiş bu səbəbdən də həmin cəriməni haqlı olaraq Həsən Həsənov ödəmişdir. Bundan başqa qeyd etmişdir ki, 2016-cı ilin payız aylarında akasiya ağaclarının yerləşdiyi kvartal yetişdirilmişdir. 2022-ci ildə həmin akasiya ağacları başqa ərsizdə əkilmişdir. Bu barədə "AKT" da tərtib olunmuşdur. Ancaq buna baxmayaraq 2023-cü ilin mart ayının 29-31 günlərində 00053-10 nömrəli aktı ilə onun üzərinə məhv edilmiş meşə əkini kimi yazılmışdır. Halbuki, həmin 2 ha akasiya əkini 19-cu kvartala onun iştirakıyla köçürülmüş və hazırda 19-cu kvartalda mövcuddur. Müəssisəsinin aidiyyatı mütəxəssisləri tərəfindən meşə əkini kitabında qeydiyyatı düzgün aparılmadığına görə onun üzərinə 2 ha akasiya ağacın məhv edilməsi cərimə kimi yazılmışdır. Əkin yerinin dəyişdirilməsi həmin qeydiyyat kitabında qeyd olunmayıb. Bundan başqa 0053-10 nömrəli aktda göstərilmişdir ki, güyaki o 9 saylı ərazi nəqliyyat idarəsinin 89-2 traktoruna qoşulmuş 4-35 kotanı ilə 1 saylı meşə dolayısında dövriyyədə olan zaman 8.46 ha ölçüsdə meşə sahəsinə əkilmiş əkinləri şumalmışdır. Adı gedən meşə əkini 2015- 2016-cı ilə qədər əkildiyindən bu ağacların hündürlüyü 3-5 metrə qədər yüksəlmiş olur. Belə olan halda isə "belarus 89-2" traktoruna qoşulmuş 4-35 kotanı ilə çıxarılması mümkün deyil (etiraz olursa əyani şəkildə baxış keçirib yoxlaya bilərik). 0053-10 nömrəli aktda Həsən Həsnov imza çəkdiyini bildirdi və buna görə cəriməni də özü ödəmişdir. Ona xx.xx.2023-cü il tarixdə gecə saat 10 radələrində zəng vurub idarəyə çağırdılar ki, akt tərtib etmişlər təcili Bakı şəhərinə göndərilməlidir bir sənin imzan qalıb. Həmin aktı M/X-nin aparıcı məsləhətçisi Mustafa Əhmədov və digərləri tərtib etmişdilər. Ona bildirmişdir ki, həmin aktda sənə aid hər hanı bir mövzu yoxdur sadəcə bu idarədə işlədiyin üçün təcili bu hissəyə imza at. Məndə onlara inandığından imzalamışdır. Sonradan isə məlum olmuşdur ki, bu akta əsasən ona 2827,55 manat cərimə yazılıb və Həsən Həsənovun qol çəkdiyi 0053-10 nömrəli aktı isə gizlədiblər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazimi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi X7 məhkəmə iclasında iştirak etmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X7 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək barəsində qəbul edilmiş 17 aprel 2023-cü tarixli qərar ədalətsiz, qərəzli və qeyri-obyektiv olduğu üçün məhkəmədən onun icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şikayətçinin (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) izahatını dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət geri qaytarılmalıdır. İnzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X7 – xx.xx.1972-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. Fin: 3ULTGLG. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bərdə RMTM tərəfindən tərtib edilmiş 31 mart 2023-cü il tarixli, 005310 nömrəli aktdan görünür ki, akt ntərtib olunmuşdur ona görə ki, Bərdə RMTM-nin Bərdə meşəbəyliyinin 1 saylı dolayın 16-cı kvartalında 17.82 ha ərazi başdan başa şumlanmış, əkilmiş, müxtəlif növdə ağaclar kəsilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi MİX-i Bərdə RMTM tərəfindən tərtib edilmiş 04 aprel 2023-cü il tarixli, 005289 nömrəli aktdan görünür ki, akt ntərtib olunmuşdur ona görə ki, 1 saylı meşə dolayısında qəfləti yoxlama aparılmış, yoxlama zamanı məlum olmuşdur ki, 1 saylı meşə dolayısında 20 hektardan artıq sahədə şum işləri aparılmış, əkilmiş, müxtəlif növdə ağaclar kəsilmişdir. İş materiallarında olan 28 aprel 2023-cü il tarixli, 14005 və 3120 nömrəli qəbzlərdən görünür ki, X1 İnkişafı DME hesabına 2831 manat və 2382 manat məbləğlərində ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidməti rəis müavini, rəis vəzifəsini icra edən Cabbar Qəribov tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli, 142/4 nömrəli əmrdən görünür ki:
1. Vəzifə səlahiyyətləri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə Mərkəz Bərdə meşəbəyliyinin meşəbəyisi X8 ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilsin, meşələrin qorunması və mühafizəsi üzrə baş mühəndis X9 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsin "a" bəndinə əsasən töhmət verilsin, Mərkəzin meşə əkinləri üzrə baş mühəndisi X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-hissəsinə əsasən xəbərdarlıq edilsin.
2. Mərkəzinin direktoru Qalib Həsənova tapşırılsın: 2.1. Aşkar edilmiş nöqsan və çatışmazlıqlarla bağlı, o cümlədən qarşıya qoyulmuş vəzifələrin icrasında pozuntu hallarına yol vermiş və çatışmazlıqların yaranmasını vaxtında qarşısının alınmasında fəaliyyətsizlik göstərmiş Bərdə meşəbəyliyinin 1 say dolayının meşə gözətçisi barəsində məsuliyyət dərəcəsinə uyğun Azərbayca Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "ç" bəndinə uyğun olaraq qanunamüvafiq tədbir görüb nəticəsi barədə Meşələrin İnkişafı Xidmətinə məlumat versin; 2.2. Barələrində tədbir görülmüş işçilərin əmrlə tanış etsin və tənbeh tətbiq edilmiş işçiləri gələcəkdə belə hallara yol verdikləri təqdirdə barələrində qanunvericiliyə əsasən daha ciddi intizam tənbehi tətbiq ediləcəyi onların nəzərlərinə çatdırsın; 2.3. İşdən azad edilmiş meşəbəyi ilə təhvil qəbul aparılmasını təmin edib aşkar edilmiş nöqsan və çatışmazlıqlarla bağlı, o cümlədən qarşıya qoyulmuş vəzifələrin icrasında qəsdən pozuntu hallarına yol vermiş cavabdeh əməkdaşlar barəsində məsuliyyət dərəcəsinə uyğun müvafiq tədbirlər görülməsi üçün aidiyyəti hüquq mühafizə orqanlarını müraciət edib nəticəsi barədə Meşələrin İnkişafı Xidmətinə məlumat versin; 2.4. İşçilər tərəfindən əmək müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklərə və müəssisədaxili intizam qaydalarına riayət edilməsi məsələsinə nəzarəti gücləndirsin və bu sahədə işləri ciddi nəzarətdə saxlasın; 2.5. Meşənin mühafizəsinin gücləndirilməsindən irəli gələn müvafiq tədbirlər görülüb Xidmətə rəsmi məlumat versin; 2.6. Təhvil qəbul zamanı aşkar edilmiş qanunsuz qırıntılara görə vurulmuş ziyanın tam ödətdirilməsi üçün müvafiq tədbir görülməsini təmin etsin; 2.7. Meşə fondu torpalarının səmərəli istifadəsinə və mühafizəsinə nəzarətin gücləndirilməsi işinin təşkili, təyinatı üzrə istifadə olunması və bu sahədə meşe qanunvericiliyinin tələblərinə riayət olunması vəziyyətinin yerində araşdırılması məqsədilə torpaq sahələrinin istifadə vəziyyəti, məqəsədli təyinatından kənar istifadə halları barədə araşdırmalar aparıb nəticəsi barədə Məşələrin İnkişafı Xidmətinə məlumat versin; 2.8. Əmək müqaviləsi ləğv edilmiş işçilər ilə son haqq-hesabın aparılmasını və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsini təmin edib Xidmətin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinə 1 (bir) iş günü ərzində rəsmi məlumat versin; 2.9. İnzibati xətalar haqqında işlər üzrə tərtib edilmiş protokol və s. sənədlərin məşə qanunvericiliyinin pozulması faktları ilə bağlı tərtib olunan aktların dərhal qeydiyyata alınması təmin olunsun; 2.10. İnzibati xətalar haqqında işlər üzrə tərtib edilmiş protokol və s. sənədlərin meşə pozuntuları uçotu (qeydiyyatı) kitablarına işlənməsini və həmin kitabların tikilərək qaytanlanıb mərkəzlərin möhürü ilə təsdiq edilməsini təmin etsin; 2.11. Meşə mühafizə işi ilə əlaqədar inzibati tənbeh tədbirləri üzrə sənədləşmənin qanunauyğun həyata keçirilməsini və bu sahədə şəfaflığı təmin etmək üçün mərkəzlərdə fəaliyyət göstərən hüquqşünaslar meşə pozuntuları uçotu (qeydiyyatı) kitablarına inzibati xətalar haqqında işlər üzrə sənədlərin düzgün və vaxtında işlənməsinə meşə mühafizə mütəxəsisləri ilə birgə nəzarət etsin.
3. Xidmətin Meşəbərpa Şöbəsinə tapşırılsın: 3.1. Aşkar edilmiş nöqsan və çatışmazlıqlarla bağlı mərkəz tərəfindən aradan qaldırılması planlaşdırılan əkinlərin keyfiyyətlə, vaxtında və düzgün xidmət göstərilməklə icra edilməsinə nail olunması üçün əməli və metodiki köməklik göstərilməsini təmin edərək, görülən işlər barədə rəhbərliyə məlumat təqdim edilməsi təmin edilsin; 3.2. Məhv olmuş meşə əkinlərinin bərpasının tələb olunan səviyyədə təşkil olunması üçün tədbirlər planı hazırlayıb Xidmət rəisinə təqdim edilməsi təmin edilsin;
4. Xidmətin Meşəmühafizə Şöbəsinə tapşırılsın: 4.1. Aşkar edilmiş qanunsuz qırıntılara və meşə əkinlərinin şumlanmasına görə vurulmuş ziyanın tam ödətdirilməsi üçün Mərkəzlə birlikdə müvafiq tədbir görülməsini təmin edib Xidmət rəisinə məlumat versin.
5. Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsi (Ş.İbrahimova) bu əmrin surətinin aidiyyəti üzrə struktur bölmələrə və regional mərkəzlərə çatdırılmasını təmin etsin. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə müvafiq qərardadla şikayətçi X6 geri qaytarılmalıdır. Belə ki, iş materialında şikayət verən şəxs barəsində hər hansı inzibati tənbeh tətbiqi barədə qərar mövcud deyil. İş materiallarından yalnız şikayət verən şəxs Müşfiq Camalov barəsində intizam tənbehi qaydasında əmr mövcuddur ki, həmin əmrin ləğvi məhkəmə qaydasında mübahisələndirilə bilər. Bundan başqa şikayət verən şəxsin bəhs etdiyi inzibati tənbeh tətbiqi barədə qərar Həsən Həsənov barəsində qəbul edilmiş və o, 2800 manat məbləğində cəriməni büdcəyə ödəmiş və qərarla razılaşmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə. İXM-in 109.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə QƏRАRА АLDİ:
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 17 aprel 2023-cü il tarixli qərarından şikayətçi X5 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərаrdadın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Hakim: Fuad Babaşov