Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-25/2025 23.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas katibliyi ilə 10 noyabr 1986-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağcəbədi rayonu Qaradolaq kəndində yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsi ilə nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə X9 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən qəbul edilmiş 09 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X7 məhkəməyə şikayət verərək, barəsində 700 manat inzibati qaydada cərimə edilməyi ilə bağlı X9 Xidmətinin Qarabağ Regional Şöbəsinin 09 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanması məqsədi ilə 8 iyun 2024-си il tarixdə keçirilmiş təkrar setrifikatlaşdırma Dövlət umumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikalaşdırma qaydası ilə müəyyən olunmuş imtahanda iştirak etməyən Ağcabədi rayon Qaradolaq kənd H.Məmmədov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi X8 təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə 27 iyun 2024 -cü il tarixdə xitam verilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət umumi təhsı müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasının 5 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin c bəndi rəhbər tutularaq əmr verilmişdir. Butun sənədləşmə və xitam əmrləri lazımi qaydada aparılsa da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qarabağ regional şöbəsi ona 700 (AZN) manat məbləğində cərimə yazmışdır. Əsas olaraq göstərmişdir ki, XİTAM VERİLMİŞ X4 xitam verilmə qaydası tam olaraq qaydasında sənədləşdirilmişdir. Lakin ona xitam verildikdən sonra onun son haqq hesabın vaxtında koçüruiməməsini bildirmişlər. O və digər direktor həmkarları, təkrar sertifikatlaşdırmadan sonra xitam verilmiş müəllimlərin əmrlərindən çıxarışı Ağcabədi rayon üzrə Təhsil Sektorunun muhasıbatlığına həmin gun təqdim etmişlər. Hətta Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qarabağ regional şöbəsi onu dəvət etdikdən sonra mühasibatlıq ilə əlaqə saxlamış Ağcabədi rayon Üzrə Təhsil Se-to-unun mühasibatlığından bildirilmişdir ki, Ağcabədi rayon üzrə bütün məktəb direktorları hamısı xitam verlmiş müəllimlərin əmrlərindən çıxarışı xitam verdikləri gün mühasibatlığa təqdim ediblər. Onlar isə həmin sənədləri Qarabağ Regional Təhsil idarinə göndərmişlər deyə mühasibatlıqdan bildirilmişdir. Butun bunlara baxmayaraq , o mühasibatlıq işlərinə adıyyatı olmamasına baxmayaraq Azərbaycan : Respublıkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qarabağ regional şöbəsi onu 700(yeddi yüz) manat cərimə edib. Odur ki, məhkəmədən Azərbaycan : Respublıkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən qəbul edilmiş 09 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsə və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan : Respublıkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qarabağ Regional Şöbəsinə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materillarında olan Ağcəbədi rayon Qaradolaq kənd N,Məmmədov adına 1 nömrəli tam orta məktəb üzrə 27 iyun 2024-cü il tarixli, 178 nömrəli əmrdən çıxarışdan görünür ki,Ağcəbədi rayon Qaradolaq kənd Hamlet Məmmədov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi X8 təkrar sertifatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. İş materiallarında olan 28 avqust 2024-cü il tarixli, MN1932785 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Ağcəbədi rayonu Qaradolaq kənd orta məktəbinin müəllimi X5 əmək müqaviləsinin xitam verildiyi gün son haqq-hesab ödənilməmişdir. İş materiallarında olan 09 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qarabağ regional tərəfindən Ağcəbədi rayonu Qaradolaq kənd orta məktəbinin müəllimi X5 əmək müqaviləsinin xitam verildiyi gün son haqq-hesab ödənilmədiyindən məktəbin direktoru X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi nəticəsində həmin maddəyə uyğun olaraq 700 (yeddi yüz) manat məbləğində inzibati cərimənin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xəta haqqında protokol və qərardan müəyyən edilir ki, X1 rayonu Qaradolaq kənd orta məktəbinin müəllimi X5 əmək müqaviləsinin xitam verildiyi gün son haqq-hesab ödənilmədiyindən İXM-in 192.4-cü maddəsi ilə inzibati xətanı törətmiş və 700 (yeddi yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh səlahiyyətli orqan tərəfindən müvafiq maddə ilə düzgün tövsif edilmişdir. Həmçinin, iş materialları araşdırılarkən barəsində şikayət verilən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün İXM-in 135.1-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədi. Buna görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X3 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmişdir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında haqqında qərar qəbul edilir. İXM-in 32 və 33-cü maddələrinə əsasən iş üzrə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək və qiymətləndirib hesab edir ki şikayət təmin edilməməli, X7 barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ Regional Şöbəsinin 09 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən X7 barədə qəbul edilmiş 09 sentyabr 2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-25/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-25/2025
23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver