Məhkəmə qərarları › İş №3(021)-250/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-250/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-250/2024 11.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Bərdə rayon Kürdborakı kəndində anadan olmuş, Bərdə rayon Kürdborakı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 11 mart 2024-cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X2 izahat verərək göstərdi ki, Bərdə rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(021)-2569/2019 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi ) manat olmaqla, cəmi 240( iki yüz qırx) manat sabit pul məbləğində aliment X6 ödənilməlidir. Hazırda aliment borcu 1860 manat təşkil edir. Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, övladı -xx.xx.2013-cü il təvəllüdlü X8 2023-cü ilin iyun ayından onunla yaşayır. Uşağına özü baxır. Lakin İcra şöbəsi tərəfindən uşağın onun yanında olduğu müddətə də aliment borcu hesablanmışdır. O, həmçinin bildirdi ki, uşağın onun himayəsində olmasının müəyyən edilməsi və aliment borcunun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda həmin iş məhkəmənin icraatındadır. Odur ki, məhkəmədən protokolun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 bildirdi ki, övladı -xx.xx.2013-cü il təvəllüdlü X8 məhkəmənin qətnaməsi ilə onun himayəsinə verilmişdir. xx.xx.2013-cü il təvəllüdlü Coşqun Rüstəmlini 2023-cü ilin iyun ayından atası Şəxs özbaşına aparmışdır. O, borcunun ödənilməsini tələb edir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN №1749506 nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini icra etməmişdir. İşdə olan Bərdə rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(021)-2569/2019 saylı icra sənədindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi ) manat olmaqla, cəmi 240( iki yüz qırx) manat sabit pul məbləğində aliment X6 ödənilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, məhkəmə prosesində müəyyən edilmişdir ki, uşaqlardan biri 2023-cü ilin iyun ayından atasının himayəsindədir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs uşağın onun himayəsində olmasının müəyyən edilməsi və aliment borcunun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir və hazırda həmin iş məhkəmənin icraatındadır. Məhkəmə həmçinin qeyd edir ki, Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN №1749506 nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs 1860 manat aliment borcu vardır. Lakin həmin Protokolu tərtib etmiş icra məmuru məhkəmə prosesində 2023-cü ilin iyun ayından uşaqlardan birinin Şəxs himayəsində olduğunu, hazırda borclunun bir uşağa görə aliment borcunun 780 manat olduğunu bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclaında təqdim olunmuş hesaba ödənişdən müəyyən olundu ki, Şəxs 2023-cü ilin iyun ayı üzrə 380 manat, iyul ayı üzə 224 manat, avqust ayı üzə 467 manat, sentyabr ayı üzrə 186 manat, oktyabr ayı üzrə 340 manat, noyabr ayı üzrə 330 manat, dekabr ayı üzrə 120 manat, 2024-cü ilin yanvar ayı üzrə 120 manat, fevral ayı üzrə 120 manat ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, Şəxs davamlı olaraq ödənişlər etmiş, lakin icra şöbəsi tərəfindən protokol üzrə borc düzgün müəyyyən edilməmişdir. Odur ki, həmin icra sənədi üzrə borc dəqiq müəyyən edilmədiyindən və məhkəmə icraatında uşağın himayədə olması və borcun silinməsi tələbi olduğundan tərtib olunmuş protokol üzrə borcu dəqiq müəyyən etmək mümkün olmadığından inzibati xəta haqqında material geri qaytarılmalıdır. Odur ki, anlaşılmazlıq aradan qaldırıldıqdan sonra yenidən icra işinə qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını dinləyən, inzibati materiala əlavə olunmuş sənədləri araşdıran və qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qabil Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar