Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-251/2024 11.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlu, Şikayətçi (barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edilən şəxs) X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə məhkəmə baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib edilən X2 məhkəməyə şikayət verərək hazırki iş üzrə olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024cü il tarixli İXP6087289 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə müvafiq qərardadla şikayətçi X1 geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; Göründüyü kimi şikayət verən şəxs X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan deyil, inzibati tənbeh tətbiqi barədə qərardan şikayət verə bilər. Şikayətə inzibati tənbehvermə haqqında qərar əlavə edilmədiyindən şikayət onu verən şəxsə geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, yalnız inzibati tənbeh qərarı müvafiq səlahiyyətli orqandan əldə edilərək şikayətə əlavə edildikdən sonra hazırki şikayətə baxıla bilər. Qeyd edilənləri və İXM-in 130-cu maddəsini nəzərə alaraq məhkəmə QƏRАRА АLDİ: X2 tərəfindən Bərdə YPX tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı İnzibati Xəta haqqında Protokoldan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X1 geri qaytarılsın. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-251/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-251/2024
11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver