Məhkəmə qərarları › İş №3(021)-252/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-252/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-252/2024 27.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ 19194813 saylı, 29 yanvar 2024-cü il tarixli qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin EQ 19194813 saylı, 29 yanvar 2024-cü il tarixli qərar ilə X3 barəsində İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X3 həmin qərardan şikayət verərək, EQ 19194813 saylı, 29 yanvar 2024-cü il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus "Hyundai Santafe" markalı **- LC-*** dövlət nömrə nişanlı avtomaşınla X6 yolu 12.8 km xx.xx.2024-cü ildə saat 16:16:40 radələrində Yevlax şəhər istiqamətində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması əsası ilə Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə EQ 19194813 nömrəli protokol tərtib olunaraq 80 manat məbləğində inzibati tənbeh verilmişdir. Hesab edir ki, xx.xx.2024-cü il tarixli EQ 19194813 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz olaraq qəbul edilmişdir. Belə ki, yol patrul xidmətinin inspektoru X6 12.8 km quraşdırılmış təhlükəsizlik şəhər kamerasına video nəzarət üçün 13-cü taqımın yerləşdiyi inzibati binada olan monitordan quraşdırılmış Bort-komputerlə çəkib qərar qəbul edərək elektron protokol tərtib edir. Belə ki, Daxili İşlər Nazirliyinin BDYPİ-nin 13-cü taqımının Yol Patrul Xidmətinin İnspektoru bununla bağlı elektron qərar qəbul etməyə səlahiyyəti olmadığı halda qərar qəbul etmişdir. Digər tərəfdən, həmin qərarı qəbul etmiş səlahiyyətli şəxsin xidmət etdiyi ərazi üzrə dislokasiya cədvəli, daha sonra xidməti marşrutu və xidməti ərazisi kimi hallar araşdırılmalıdır. Belə olan halda hansı əsasla ona cərimə yazılması hansı məqsədlə qanuna uyğundur. Hesab edir ki, xx.xx.2024-cü il tarixli EQ 19194813 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz olaraq qəbul edilmişdir Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin EQ 19194813 saylı, 29 yanvar 2024-cü il tarixli qərarınnı ləğv olunmasını xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ 19194813 saylı, 29 yanvar 2024-cü il tarixli qərarından görünür ki, X3 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, ona 60 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş foto-şəkildən görünür ki, "Hyundai Santafe" markalı **- LC-*** dövlət nömrə nişanlı avtomobil idarə olunarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozaraq hərəkətinə davam edilmişdir. Məhkəmə qeyd edir ki, X3 şikayətində səlahiyyəti olmayan şəxs tərəfində qərar qəbul olunmasını bildirir. Lakin məhkəmə iclas zalında təqdim olunmuş foto-görüntülərdə inzibati xəta törədilməsi açıq-aşkar müəyyən olunur. Bu bu hal onun məsuliyyətdən azad edilməsi üçün əsas deyildir. Məhkəmə bununla yanaşı qeyd edir ki, işin faktiki halları ondan ibarətdir ki, inzibati hüquq pozuntusu mövcuddur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il 795 saylı Fərmanının 5.1-ci bəndinə əsasən, 327.1 – 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. İXM-nin 122.1-ci maddəsi ilə Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X2 əməlində İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə material ilə sübut olunur. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə inzibati tənbeh tətbiq olunarkən qanunvericiliyin mahiyyəti pozulmamışdır. Beləliklə məhkəmə qeyd edir ki, X2 şikayəti təmin olunmamalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin EQ 19194813 saylı, 29 yanvar 2024-cü il tarixli qərarından X2 verdiyi şikayət təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində qərar qəbul etmiş Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar