Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-254/2024 12.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4, Zərərçəkmiş şəxs, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 1993-cü ildə Bərdə rayonu Mirzəcəfərli kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Mirzəcəfərli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş 18 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadığı kənd ərazisində yerləşən futbol meydançasına futbol oynamaq üçün getmiş, çatarkən meydançada yaşca kiçik kənd uşaqlarının fudbol oynadıqlarını görmüşdür. X1 topu götürüb aparmaq istəmiş, buna görə aralarında mübahisə olmuş, sonuncu onun ünvanına nalayiq sözlər işlətmişdir. X2 sifətinə bir dəfə sillə vurmuşdur. Sonuncu meydançanı tərk edərək getmişdir. Bir neçə dəqiqə sonra Ziyafəddin Əliyevin əlində “yaba”, atası Əfqanın isə əlində “ketman” ona tərəf gəldiklərini görmüşdür. Ziyafəddin Əliyev ona çataraq onu itələmiş, itələyərkən “yaba” əlindən düşmüşdür. Sonuncu başına, sifət nahiyəsinə və bədəninə yumruqla zərbələr vurmuşdur. Zərərçəkmiş şəxs isə əlində olan “ketman”la kürəyindən vurmuşdur. Orada olan həmkəndliləri onları sakitləşdirmişdir. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X7 göstərdi ki, Bərdə RPŞ-nin təhqiqat bölməsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 dekabr 2023-cü il tarixli qərarı Zərərçəkmiş şəxs və Şəxs əməllərində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barələrində həmin maddə ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanması üçün Bərdə RPŞ-nin X3 göndərilmiş, qeyd olunan qərar əsasında inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Ziyafəddin Əliyev onun oğludur. Oğlu yaşadıqları kənddə yerləşən futbol meydançasında futbol oynayarkən Şəxs gəlmiş, topu oğlu Ziyafəddinin əlindən alaraq özlərinin futbol oynayacaqlarını bildirmişdir. Oğlu Ziyafəddin oynamaq istədiklərini bildirdikdə Şəxs oğlunu vuraraq çıxıb getməsini bildirmişdir. Şəxs futbol oynayıb qurtardıqdan sonra yenidən oğlunu döymüşdür. Oğlu evə gələndə görmüşdür ki, oğlunun gözünün altı qançırdır. Məsələni aydınlaşdırmaq üçün oğlunu da götürüb futbol meydançasına getmiş, yolda Şəxs və qardaşı ilə qarşılaşmışdır. Şəxs onları görən kimi əyilib yerdən daş götürmüşdür. Sonuncu daşı onlara tərəf atsa da, daş onlara dəyməmişdir. Şəxs onu vurmamış, ona heç bir xəsarət yetirməmiş və döyməmişdir. Sonuncu onun oğlu Ziyafəddini döyərək xəsarət yetirmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra məhkəməyə verildiyindən inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Belə ki, iş materiallarında olan “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 10 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, qərarın surətinin Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Bərdə RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İXM-nin: 38.3-cü maddəsinə görə, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə görə, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar 10 dekabr 2023-cü il tarixdə qəbul edilmiş, qeyd olunan tarixdən 3 aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikasının İXM-nin: 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında protokol müddət ötürülməklə məhkəməyə verildiyindən və inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbehin tətbiq edilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : İnzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-254/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-254/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver