Məhkəmə qərarları › İş №3(021)-255/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-255/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-255/2024 27.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli 13 fevral 2024-cü il tarixli qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli 13 fevral 2024-cü il tarixli qərarına əsasən X5 Azərbaycan Respublikasının İXM-nin 327.1, 322.0.2 və 327.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə tənbeh tətbiq edilmişdir. X5 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli 13 fevral 2024-cü il tarixli qərarının lğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus olan VAZ-2106 markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə Bərdə şəhər H.Əliyev prospekti istiqamətində idarə etdiyim zaman onun barəsində İXM-nin 327.1,322.0.2 və 327.2-ci maddələri ilə protokol tərtib olunmuşdur. Qeyd olunmuş maddələrə görə isə mənə cərimə yazılmışdır. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, onun barəsində qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar və protokol qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və onun tərəfimdən inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraatlara xitam verilməlidir. Belə ki, ona məxsus olan VAZ-2106 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bərdə şəhər H.Əliyev prospekti istiqamətində idarə etdiyi zaman X7 idarəsinin əməkdaşları tərəfindən ona qanunsuz olaraq TP6283394 saylı protokol tərtib olunmuşdur. Belə ki, protokola əsasən onun əks istiqamtli hərəkət zolağını ötmə, stop işarəsini gözləmədən avtomobili idarə etmə və taksi tanınma nişanları müəyyən edilməməsi qaydalarını pozduğunu qeyd edirlər. Protokola əsasən isə ona 80 manat cərimə yazılmışdır. Halbuki ona qanunsuz olaraq cərimə yazılmışdır. Hazırda ona yazılmış cərimə yol polis idarəsinin əməkdaşlarının qanunsuzluğundan yaranmışdır. O, heç bir qanun pozuntusa yol verərək heç bir zolağı tapdalamamışdır. Orada heçbir video görüntü olmadan ona cərimə yazılması qanunsuzluqdur. Yol polis idarəsinin əməkdaşları video görüntünün olmadığını və mənə verə bilməyəcəklərini bildirirlər. Bərdə rayonunda fəaliyyət göstərən lisenziyalı taksilərdə heç bir taksi tanınma nişanı olmadığı halda nə üçün onun qanunsuz olaraq taksi işlətməyini nəzərə almaları qanunsuzdur. Məhkəmə iclasında X2 şikayətinə uyğun izahat verərək şikayətinin təmin olunmasını xahiş etdi. Bərdə Rayon Polis Şöbəsinə işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X5 tərəfindən şikayət qanunla müəyyən edilmiş vaxtda verilmədiyindən və prosessual müddətin bərpası barədə ərizə verilmədiyindən, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli 13 fevral 2024-cü il tarixli qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikasının İXM-nin 327.1, 322.0.2 və 327.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə tənbeh tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, həmin qərardan İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, inzibati xəta törədən X3 həmin qərardan xəbəri olmuş, lakin heç bir üzürlü səbəb olmadan şikayətini verməmişdir. İnzibati xəta törədən X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli 13 fevral 2024-cü il tarixli qərarından şikayətin verilməsi üçün prosessual müddəti ötürmüşdür. İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsini rəhbər tutaraq QƏRARAALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli 13 fevral 2024-cü il tarixli qərarından X5 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar