Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-256/2024 12.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi ilə, Ərizəçi (şikayətçi) X3 tərəfindən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ19814424 nömrəli inzibati xəta haqqında qərarından verilmiş şikayət ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (şikayətçi) X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ19814424 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra -İXM) 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X3 barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Ağdam rayon məhkəməsinə göndərilməlidir. Belə ki, işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, X1 Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatdadır. AR.İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. İXM-in 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Beləliklə, X1 tərəfindən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ19814424 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti üzrə material ərazi aidiyyəti üzrə baxılması üçün Ağdam rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 tərəfindən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ19814424 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair verdiyi şikayət ərizəsi üzrə iş ərazi aidiyyəti üzrə baxılması üçün Ağdam rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-256/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-256/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver