Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-257/2024 05.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, X2 və X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsi tərəfindən qəbul edilmiş 03 mart 2024-cü il tarixli qərarından X10 və X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin 03 mart 2024-cü il tarixli qərar ilə X7 barəsində İXM-nin 328.1 və 332.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X10 və X7 həmin qərardan şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin xx.xx.2024-cu il tarixli inzibati tənbeh vermə haqqında EQ /19753241 saylı protokolun və həmin tarixli qərarın etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X10 və X7 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ polis polkovnik X9 barəsində tərtib etdiyi ona inzibati tənbeh vermə haqqında EQ /19753241 saylı protokol qəbul edilmişdir və xx.xx.2024 cü il tarixdə İXM nin 328.1-ci, 332. 3-cü maddəsi ilə qərar qəbul edərək 300 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Halbu ki, **-CA- *** dövlət heydiyat nişanlı avtomobili X10 idarə etmişdir və radar şəkili də avtomobilin arxasından çəkilib. Həmin avtomobil ona qardaşı tərəfindən ƏN-İİİ N 740900 nömrəli etibarnamə ilə xx.xx.2072 ci ilə kimi ona verilibdir. Verilən etibarnamə portala salınmadığı üçün övladı X1 üçün ƏN -İV N 918970 saylı sürüçülük üçün etibarnamə vermişdir. Saxavət sürücülük hüququdan məhrum olunduğu üçün həmin avtomobili o, idarə etmişdir. Əgər yol kameralarına diqqət yetirilib baxılsa sükan arxasında o olduğu əyani görünər. Sadəcə ona verilmiş etibarnamə portalda görünmədiyi üçün cəriməni ona yazmışdırlar. Hesab edirlər ki X3 adına yazılmış protokol və qərar ləğv edilərək X5 adına protokol və qərar yazılmalıdır. Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X10 şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şikayətçi X7 şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinə işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, İş materiallarına əlavə edilmiş AB №701539 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Mercedes Benz C220 CDİ" markalı 99CA539 dövlət nömrə nişanlı avtomobil X6 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş ƏN-İİİ №740900 nömrəli Etibarnamənin surətindən görünür ki, X11 mülkiyyətində olan "Mercedes Benz C220 CDİ" markalı 99CA539 dövlət nömrə nişanlı avtomobilə dair xx.xx.2072-ci il tarixədək X8 etibarnamə vermişdir. İş materiallarına əlavə edilmiş ƏN-İV №918970 nömrəli Etibarnamənin surətindən görünür ki, X11 "Mercedes Benz C220 CDİ" markalı 99CA539 dövlət nömrə nişanlı avtomobilə dair xx.xx.2029-cU il tarixədək X4 etibarnamə vermişdir. İş materiallarına əlavə edilmiş foto-şəkildən görünür ki, "Mercedes Benz C220 CDİ" markalı 99CA539 dövlət nömrə nişanlı avtomobil sürət həddini aşmışdır. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən qəbul edilmiş EQ 19194813 saylı, 29 yanvar 2024-cü il tarixli qərarından görünür ki, X12 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, ona 60 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmə qeyd edir ki, X10 və X7 şikayətində hadisə vaxtı "Mercedes Benz C220 CDİ" markalı 99CA539 dövlət nömrə nişanlı avtomobili X3 deyil, X5 idarə etdiyini bildirsələr də bu halı sübut eəcək dəlilləri məhkəməyə təqdim edə bilməmişdirlər. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə inzibati tənbeh tətbiq olunarkən qanunvericiliyin mahiyyəti pozulmamışdır. Beləliklə məhkəmə qeyd edir ki, X5 və X3 şikayəti təmin olunmamalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsi tərəfindən qəbul edilmiş 03 mart 2024-cü il tarixli qərarından X10 və X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində qərar qəbul etmiş Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-257/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-257/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver