Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-26/2024 10.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, X1 tərəfindən verilmiş X1 tərəfindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə vəsatəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: X1 məhkəməyə müraciət edərək, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, X1 tərəfindən verilmiş vəsatət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 52.1-ci maddəsində qeyd olunur ki, inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Lakin məhkəmə qeyd edir ki, X1 barəsində hazırda məhkəmənin icraatında inzibati xətalar haqqında iş olmadığına görə hazırkı vəsatət geri qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Odur ki, məhkəmə hesab edir ki, X1 tərəfindən verilmiş vəsatət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutub, QƏRARAALDİ: X1 tərəfinfən verilmiş vəsatət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın . Qərardan şikayət vermək olmaz. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-26/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-26/2024
10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver