Məhkəmə qərarları › İş №3(021)-26/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-26/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-26/2025 24.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Məhkəmə iclas katibi Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qarabağ regional Şöbəsinin inzibati xəta haqqında 16 dekabr 2024-cü il tarixli MN ******* nömrəli qərarından X8 (bundan sonra şikayətçi və Mehman Əliyev) vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qarabağ regional Şöbəsinin 16 dekabr 2024-cü il tarixli MN ******* nömrəli qərarına əsasən X13 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat məbləğində inzibati tənbeh növü tətbiq edilmişdir. Mehman Əliyev məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qarabağ regional Şöbəsinin barəsində çıxardığı 16 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Mehman Əliyev şikayətini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsinin rəisi X5 tərəfindən tərtib olunmuş qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyinə dair 16 dekabr 2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarla vəzifəli şəxs qismində 3.000 (üç min) manat cərimə edilmişdir. Aşağıda şərh olunan əsaslara görə hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qarabağ regional şöbəsinin rəisi X5 tərəfindən tərtib edilmiş 16 dekabr 2024-cü il tarixli, ******* saylı qərarı etibarsız, şöbənin vəzifəli şəxslərinin qanunsuz protokol tərtib etməklə fiziki şəxs qismində 3.000 manat cərimə edilməyi, bununla da hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən hərəkətləri qanunsuz hesab edilməli və inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, o təmir-tikinti işləri ilə məşğuldur və Şuşa şəhərində fəaliyyət göstərir. Ümumiyyətlə Xankəndi şəhərində hər-hansı işlər görməmişdir və hərhansı bir şəxsi əmək müaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb etməmişdir. İşçilərlə rəsmi əmək müqaviləsi imzalandıqdan sonra onlar işlərin yerinə yetirilməsinə cəlb edilir. Mahir Ağamalıyev və Vüsal Musayevlə əmək müqaviləsi bağlandıqdan sonra onları işə cəlb etmişdirlər və həmin şəxslər Xankəndi şəhərində deyil, Şuşa şəhərində təmirtikinti işləri görməyə cəlb edilmişlər. Hazırki qərarın verilməsinə əsas olmuş, guya Mahir Ağamalıyev və Vüsal Musayevlə hazırki qərarın verilməsinə əsas əmək müqaviləsi bağlanmadan, onlar işlərin yerinə yetirilməsinə cəlb olunmuşlar. Halbuki, Mahir Ağamalıyevlə xx.xx.2024-cü il tarixdə, Vüsal Musayevlə isə xx.xx.2024-cü il tarixdə rəsmi əmək müqaviləsi bağlanmışdır və yalnız bundan sonra hər ikisi işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Nəzərə alınsa ki, sonuncu şəxslə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlamışdır, xx.xx.2024-cü il tarixdən 4 ay keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə hazırki qərar verilmişdir. Bu da ona əsas verir ki, hazırki qərar Azərbaycan Respublikası İXM-nin 38.1-ci və 53.1.6-cı maddələrinin tələblərinə ziddir. X11 Məcəlləsinin tələblərinə görə inzibati xətanın mövcudluğuna dair şübhələr şəxsin xeyrinə təfsir edilir. Eləcə də, şəxsin təqsirsizlik prezumpsiyası hüququ Məcəllədə təsbit edilmişdir. Məhkəmə iclasında şikayətçi Mehman Əliyev şikayətdə göstərdiklərini bir daha təsdiq edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qarabağ regional Şöbəsinin tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə qəbul edilmiş 16 dekabr 2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi və barəsində İXM-nin 192.1-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qarabağ regional Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qarabağ regional Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qarabağ regional Şöbəsinin inzibati xəta haqqında 16 dekabr 2024-cü il tarixli MN ******* nömrəli qərarı qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: X3 ilə bağlı X4 görünür ki, işəgötürən "xxxx" Firması ilə X14 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Müqavilənin bitmə tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı X4 görünür ki, işəgötürən "xxxx" Firması ilə X6 arasında xx.xx.2024-cü il tarixdə başlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. "xxxx" Firmasının mühəndisi X2 şəhərində tikinti aparılan işlərdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər X6 və X10 işlərin yerinə yetirilməsinə cəlb etdiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qarabağ regional Şöbəsinin 16 dekabr 2024-cü il tarixli MN ******* nömrəli qərarına əsasən X13 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat məbləğində inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Firmasının mühəndisi X2 şəhərində tikinti aparılan işlərdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər X6 və X10 işlərin yerinə yetirilməsinə cəlb etmişdir. İXM-nin: 192.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi X8 hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 192.1-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə həmçinin qeyd edir ki, şikayətçi ərizəsində göstərmişdir ki, Mahir Ağamalıyevlə xx.xx.2024-cü il tarixdə, Vüsal Musayevlə isə xx.xx.2024-cü il tarixdə rəsmi əmək müqaviləsi bağlanmışdır və yalnız bundan sonra hər ikisi işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Sonuncu şəxslə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlamışdır, xx.xx.2024-cü il tarixdən 4 ay keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə hazırki qərar verilmişdir. Qərar Azərbaycan Respublikası İXM-nin 38.1-ci və 53.1.6-cı maddələrinin tələblərinə ziddir. İXM-nin 38.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin qaydasının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə məhkəmə qeyd edir ki, hazırkı material üzrə inzibati tənbeh tətbiq olunarkən qanunvericiliyin mahiyyəti pozulmamışdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə Q ə r a r a a l d ı: X8 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qarabağ regional Şöbəsinin inzibati tənbeh vermə haqqında 16 dekabr 2024-cü il tarixli MN ******* nömrəli qərarından X13 tərəfindən verlmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və protest verilə bilər. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar