Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-27/2024 10.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X18 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, inzibati xəta törətmiş şəxsin müdafiəçisi X4, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, xx xxxx 1981-ci ildə Bərdə rayonu Lənbəran kəndində anadan olmuş, orta təhsilli, işləməyən, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(021)-2287/2019 saylı icra sənədi üzrə 7020 manat, Ağcabədi Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(017)-1683 saylı icra sənədi üzrə 13050 manat, cəmi 20070 manat aliment borcu yaranmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahat verərək göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən X3 2 uşağın saxlanılması üçün hər ay cəmi 150 manat, Bərdə Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən X8 bir uşağın saxlanılması üçün hər ay 140 manat aliment ödəməlidir. Maddi vəziyyəti ilə əlaqədar olaraq aliment borcunu ödəyə bilməmişdir. Borcunu birdəfəyə ödəməyə imkanı yoxdur. Bir əli şikəst olduğundan işləyə bilmir. Hazırda heç bir ödəniş etməyə imkanı yoxdur. 10 yanvar 2024-cü il tarixdə saat 1100 radələrində saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə gətirilmişdir. Barəsində inzibati qaydada tədbir görülərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən Şəxs 2 uşağın saxlanılması üçün hər ay cəmi 150 manat aliment alınaraq X3, Bərdə Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən X8 bir uşağın saxlanılması üçün hər ay 140 manat aliment ödəməlidir. Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini icra etməmiş, hazırda 20 070 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Tərəfindən borcludan borcun ödənilməsi tələb edilsə də, heç bir nəticəsi olmamış, Şəxs qətnamələrin icrasından boyun qaçırmışdır. Şəxs 10 yanvar 2024cü il tarixdə saat 1100 radələrində saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə gətirilmişdir. İş materiallarında olan: Ağcabədi Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli, 2(017)-1683/2016 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 17 oktyabr 2007-ci il tarixdə anadan olmuş X5 və 15 dekabr 2008-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 15 aprel 2016-cı il tarixdən başlayaraq hər ay hər uşağa 75 manat, cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(021)-2287/2019 saylı icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, xx.xx.2005-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə Rayon Məhkəməsinin 07 yanvar 2014-cü il tarixli, 2(021)-90/2014 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılaraq hər ay 140 (bir yüz qırx) manat məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq cavabdeh Şəxs tutulub iddiaçı X7 xeyrinə ödənilməsi, Şəxs 30 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin “İcraata başlamaq haqqında” xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli, 2(017)-1683/2016 saylı icra sənədi üzrə icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi, icra könüllü təmin edilmədikdə borclunun barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin “İcraata başlamaq haqqında” xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(021)-2287/2019 saylı icra sənədi üzrə icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında 10 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, Ağcabədi Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən Şəxs 2 uşağın saxlanılması üçün hər ay cəmi 150 manat aliment alınaraq X3, Bərdə Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən bir uşağın saxlanılması üçün hər ay 140 manat aliment alınaraq X8 ödənilməli olduğu halda, borclu borcunu ödəməmiş, hər iki icra sənədi üzrə cəmi 20070 manat məbləğində aliment borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkarlara olan borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədləri uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialından görünür ki, Şəxs 10 yanvar 2024-cü ildə saat 1100-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 10 yanvar 2024-cü il tarixdən saat 1100-dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 10 yanvar 2024-cü il tarixdən saat 1100-dan hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-27/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-27/2024
10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver