Məhkəmə qərarları › İş №3(021)-275/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-275/2021

26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-275/2021 26.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs X3 nümayəndəsi X4 Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 iştirakı ilə xx xxxxxx 1978-cu ildə Ağdam rayonu Əliağalı kəndində anadan olmuş, orta təhsilli, işləməyən, subay, Ağdam rayonu Əliağalı kəndində qeydiyyatda olan və Bərdə şəhəri, Q.B.Zakir küçəsi ev 3-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Ağdam Rayon Məhkəməsinin 2(013)- 340/2019 saylı 21.05.2019-cu il tarixli icra sənədinə əsasən X5 iki uşağın saxlanılması üçün hər uşağa 120 manat aliment pulu ödəməli olduğu halda borcunu ödəməmiş, 3840 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə ifadə verib göstərmişdir ki, Ağdam Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli icra sənədinə əsasən iki uşağın saxlanılması üçün Əsmər Zeynalovaya hər ay 240 manat aliment ödəməlidir. Hazırda onun 3840 manat aliment borcu vardır. Heç bir yerdə işləmir, əlavə gəlirləri yoxdur. Qeyd olunan borcunu birdəfəyə ödəməyə imkanı yoxdur. Borcunu hissə-hissə ödəyə bilər. 26 fevral 2021-ci ildə saat 1530 radələrində icra məmuru barəsində protokol tərtib edərək məhkəməyə gətirmişdir. Maddi vəziyyətini nəzərə alaraq ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X8 göstərmişdir ki, Ağdam Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 2 uşağın saxlanılması üçün hər ay hər uşağa 120 manat aliment alınaraq qızı X5 verilməlidir. Hazırkı vaxtadək Şəxs 3840 manat aliment borcu vardır. Şəxs borcunu ödəmədiyindən sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 göstərmişdir ki, Ağdam Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 2 uşağın saxlanılması üçün hər ay hər uşağa 120 manat aliment alınaraq X5 verilməlidir. İcra sənədi onun icraatındadır. Hazırkı vaxtadək Şəxs 3840 manat aliment borcu vardır. Sonuncu borcunu ödəmədiyindən 26 fevral 2021-ci ildə saat 1530 radələrində barəsində protokol tərtib edilərək Bərdə Rayon Məhkəməsinə gətirilmişdir. Cavabdehin onun qanuni tələblərinə tabe olmadığını, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etmədiyini qeyd edərək Elvin Əliyevin cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(013)-340/2019 saylı icra vərəqəsinin surətindən müəyyən olunur ki, Şəxs 06.06.2007-ci il təvəllüdlü X6 və 04.07.2008-ci il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat aliment 16 yanvar 2019-cu il tarixdən tutularaq X5 verilməsi qət edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin və icra məmurunun izahatları, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 26 fevral 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə iclasında məlum olmuşdur ki, Ağdam Rayon Məhkəməsinin 21.05.2019cu il tarixli 2(013)-340/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs iki uşağın saxlanılması üçün tələbkar Əsmər Zeynalovaya hər ay hər uşağa 120 manat aliment ödəməli olduğu halda, borclunu ödəməmiş, 3840 manat aliment borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan aliment borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 26 fevral 2021-ci ildə saat 1530-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 26 fevral 2021-ci il tarixdən saat 1530-dan hesablanmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 528.1, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 26 fevral 2021-ci il tarixdən saat 1530-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar