Məhkəmə qərarları › İş №3(021)-277/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-277/2021

28.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-277/2021 28.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1988-ci ildə Ağdam rayonu, Yüzbaşılı kəndində anadan olmuş, orta təhsilli, işləməyən, subay, Ağdam rayonu Yüzbaçılı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 06 fevral 2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketdən Saqi İbrahimova məxsus 72 manat dəyərində 8 banka bal oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verib bildirmişdir ki, 06 fevral 2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketdən 3 banka bal oğurlamışdır. Digər 5 banka bal onun tərəfindən oğurlanmamış, kimin tərəfindən oğurlanması barədə məlumatı yoxdur. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X3 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 16 fevral 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X2 müraciəti əsasında toplanmış HK-1-365 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Bərdə şəhəri, Təbriz küçəsində yerləşən “Oba” marketdən 72 manat dəyərində 8 banka bal oğurlamış 10.08.1988-ci il təvəlüdlü Ağdam rayonu Yüzbaşlı kəndində yaşayan Şəxs yeri müəyyən edilərək barəsində Azərbaycan respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon Polis şöbəsinin İTB-nə verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs əməlində 06 fevral 2021-ci il tarixdə saat 11 radələrində Bərdə şəhəri, Təbriz küçəsində yerləşən “Oba” marketdən 5 banka bal oğurlaması faktı ilə bağlı inzibati xəta tərkibi olmadığından barəsində həmin epizod üzrə Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə toplanmış materialları araşdıraraq müəyyən etdi ki, təhqiqat materiallarında zərərçəkmiş şəxsə məxsus 5 banka balın Şəxs tərəfindən oğurlanması barədə heç bir məlumat yoxdur. Şəxs təhqiqat zamanı zərərçəkmiş şəxslə üzləşdirilməmişdir. Təhqiqat orqanı tərəfindən cinayət işinin başlanmasının rədd qərarlarından müəyyən edilir ki, həmin əmlakın Şəxs tərəfindən oğurlanması faktı öz təsdiqini tapmamışdır. Şəxs məhkəmə iclasında verdiyi izahatında 06 fevral 2021-ci il tarixdə saat 1100 radələrində Bərdə şəhəri, Təbriz küçəsində yerləşən “Oba” marketdən 8 banka deyil 3 banka bal oğurladığını etiraf etmişdir. Beləliklə məhkəmə iclasında Şəxs 06 fevral 2021-ci il tarixdə saat 1100 radələrində Bərdə şəhəri, Təbriz küçəsində yerləşən “Oba” marketdən 5 banka bal oğurlaması oğurlamasını təsdiq edən heç bir sübut aşkar edilməmiş, məhkəmə iclasında belə bir hal aşkar olunmamış, bu hal məhkəmə iclasında heç bir sübut növü ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 416.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü i maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində 06 fevral 2021-ci il tarixdə saat 1100 radələrində Bərdə şəhəri, Təbriz küçəsində yerləşən “Oba” marketdən 5 banka bal oğurlaması əlaməti olması öz təsdiqini tapmadığından onun barəsində həmin epizod üzrə olan inzibati xətaya dair işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu Məcəllənin 76.2-cü maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs 06 fevral 2021-ci il tarixdə saat 1100 radələrində Bərdə şəhəri, Təbriz küçəsində yerləşən “Oba” marketdən 3 banka bal oğurlaması faktı üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə inzibati xəta haqqında protokollar və Bərdə rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin cinayət işinin başlanmasının rədd olunması barədə qərarı ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 27 fevral 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Şəxs 27 fevral 2021-ci il tarixdə saat 1930 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 227, 360, 362- 365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, otuz gün müddətə inzibati tənbeh növündə həbs edilsin. İnzibati həbs etmənin əvvəli 27 fevral 2021-ci il tarixdən saat 1930-dan hesablansın. Şəxs hərəkətlərində 06 fevral 2021-ci il tarixdə saat 1100 radələrində Bərdə şəhəri, Təbriz küçəsində yerləşən “Oba” marketdən 5 banka bal oğurlaması faktı üzrə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olmadığından həmin hissədə inzibati xəta üzrə icraata xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar