Məhkəmə qərarları › İş №3(021)-278/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-278/2021

28.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-278/2021 28.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs X2 Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 iştirakı ilə xx xxxx 1996-cı ildə Bərdə rayonu Qarayusifli kəndində anadan olmuş, orta təhsilli, işləməyən, subay, Bərdə rayonu Qarayusifli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)- 931/2019 saylı 25.02.2019-cu il tarixli icra sənədinə əsasən X3 1450 manat pul və 30 manat dövlət rüsumu, Bərdə Rayon Məhkəməsinin 2(021)-4773/2018 saylı 05.10.2018-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-yə isə 1878,93 manat pul və 20 manat dövlət rüsumu ödəməli olduğu halda borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə ifadə verib göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-931/2019 saylı 25.02.2019-cu il tarixli icra sənədinə əsasən X3 1450 manat pul və 30 manat dövlət rüsumu, Bərdə Rayon Məhkəməsinin 2(021)-4773/2018 saylı 05.10.2018-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-yə isə 1878,93 manat pul və 20 manat dövlət rüsumu ödəməlidir. Maddi vəziyyəti ilə əlaqədar olaraq borcunu ödəyə bilməmişdir. Heç bir yerdə işləmir, əlavə gəlirləri yoxdur. Qeyd olunan borcunu birdəfəyə ödəməyə imkanı yoxdur. Borcunu hissə-hissə ödəyə bilər. 28 fevral 2021-ci ildə saat 1000 radələrində icra məmuru barəsində protokol tərtib edərək məhkəməyə gətirmişdir. Maddi vəziyyətini nəzərə alaraq ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1450 manat pul alınaraq ona verilməlidir. Şəxs hazırkı vaxtadək ona olan borcunu ödəməmişdir. Şəxs borcunu ödəmədiyindən sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1450 manat pul alınaraq X3, Bərdə Rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1878,93 manat pul alınaraq "xxxx" MMC-nə verilməlidir. İcra sənədləri onun icraatındadır. Hazırkı vaxtadək Şəxs borclarını ödəməmişdir. Sonuncu borcunu ödəmədiyindən 28 fevral 2021-ci ildə saat 1000 radələrində barəsində protokol tərtib edilərək Bərdə Rayon Məhkəməsinə gətirilmişdir. Cavabdehin onun qanuni tələblərinə tabe olmadığını, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etmədiyini qeyd edərək Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli 2(021)-931/2019 saylı icra vərəqəsinin surətindən müəyyən olunur ki, cavabdeh Şəxs 1450 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli 2(021)-4773/2018 saylı məhkəmə əmrinin surətindən müəyyən olunur ki, xx.xx.1996-cı il tarixdə anadan olmuş, Bərdə rayonu Qarayusifli kəndində yaşayan Şəxs 1878 manat 93 qəpik abunə və xidmət haqqı və 20 manat dövlət rüsumu, cəmi 1898 manat 93 qəpik vəsaitin tutularaq Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 522, ev D, mənzil 14-də yerləşən "xxxx" MMC-nin hesabına Keçirilməsinə əmr verilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 28 fevral 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə iclasında məlum olmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 25.02.2019-cu il tarixli 2(021)-931/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs tələbkar X3 1450 manat pul və 30 manat dövlət rüsumu, Bərdə Rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli 2(021)-4773/2018 saylı məhkəmə əmrinə "xxxx" MMC-yə 1878,93 manat pul və 20 manat dövlət rüsumu ödəməli olduğu halda, borclunu ödəməmiş, borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan aliment borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədləri uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 28 fevral 2021-ci ildə saat 1000-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 28 fevral 2021-ci il tarixdən saat 1000-dan hesablanmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 528.1, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 28 fevral 2021-ci il tarixdən saat 1000-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar