Məhkəmə qərarları › İş №3(021)-278/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-278/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-278/2024 16.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta törətmiş hüquqi şəxs Şəxs nümayəndəsi X3 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 215.4 və 452.3-cü maddələrində müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 26 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin yerləşdiyi Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi ünvanında xx.xx.2024-cü il tarixdə saat 15:05 radələrində yoxlama aparılmış və X1 keçmədən əczaçılıq fəaliyyəti göstərdiyi, habelə aptek təşkilatlarına dair tələblərin pozulması aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş hüquqi şəxs Şəxs nümayəndəsi X5 göstərdi ki, Şəxs MMC-nin Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən aptekində satıcı işləyir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi PHŞ-in əməkdaşları pərakəndə satışla bağlı yoxlama keçirmiş və yoxlama zamanı Şəxs MMC-də işçinin sertifikasiyadan keçmədən əczaçılıq fəaliyyəti göstərməsi və aptek təşkilatlarına dair tələblərin pozulması aşkar edilmişdir. Əməkdaşlar bu barədə protokol tərtib etmişlər. Şəxs MMC-nin inzibati məsuliyyətdən azad edilməsini xahiş edir. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan: 09 avqust 2016-cı il tarixli İN/L-1204/2016/159 qeydiyyat nömrəli lisenziya əlavəsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 13 may 2016-cı il tarixində İN/L-1204/2016 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında Şəxsnə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi ünvanında dərman vasitələrinin pərakəndə satışının həyata keçirilməsinə icazə verilmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X4 Şəxs MMC-də əczaçı işləyir, aylıq əmək haqqı 350 manat təşkil edir. Azərbaycan Respublikas Səhiyyə Nazirliyi Analitik Ekspertiza X8 Şəxsin əməkdaşları tərəfindən tərtib edilmiş 26 fevral 2024-cü il tarixli 125 nömrəli akkdan görünür ki, yoxlama zamanı aptek təşkilatlarına dair tələblərin pozulması (saxlama şəraiti düzgün təşkil edilməyən dərman vasitələri, aptekin əsaslı təmirə ehtiyacı olduğu) və sertifikasiyadan keçməyən əczaçının dərman vasitələrinin satışını aparması faktları aşkar edilmiş, İXM-nin 215.4 və 452.3-cü maddələri üzrə protokol tərtib edilmişdir. -Aptekin məsul şəxsinə anbar otağında qapalı dolablara malik aptek mebeli, havalanma sistemi və kondisioner ilə təchiz edilməsi tövsiyə edilmişdir. Əlavə olaraq satışda qablaşması pozulan dərman vasitələri aşkar edilmişdir (Qablaşmanın üzərində möhür izləri görünmür). Yoxlama zamanı aptekdə qanunvericiliklə müəyyən edilmiş qaydada praktik tibb və əczaçılıq fəaliyyətini sertifikasiyadan keçməyən şəxs X4 fəaliyyət göstərir. Göründüyü kimi, işin gerçək halları ilə Şəxs MMC-nin İXM-nin 215.4 və 452.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi tamamilə təsdiq olunur. Azərbaycan Respublikasının İXM-nin: 18.5-ci maddəsinə görə, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinin tələbinə görə daha ciddi xətaya görə, yəni İXM-nin 215.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin: 34.3-cü maddəsinə görə, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 215.4-cü maddəsinə görə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 452.3-cü maddəsinə görə aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Şəxsnə inzibati cərimə növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsində göstərilmişdir ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs MMC-yə inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, maliyyə və əmlak vəziyyətini nəzərə alır. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 və 452.3-cü maddələri ilə təqsirli bilinsin. Barəsində Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilərək inzibati xəta törətmiş hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən 7000 (yeddi min) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Hаkim: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar