Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-283/2021 02.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X7 iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X14 oğlunun, zərərçəkmiş şəxslər X5, X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1996-cı il tarixdə Bərdə rayonunda аnаdаn оlmuş, Bərdə rayon Əliyanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 16.01.2021-ci il tarixdə X12 aldadaraq İphone 8 markalı mobil telefon satacağını bildirərərk 350 manat pulunu ələ keçirmişdir. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 24.06.2020-ci il tarixdə X5 aldadaraq İphone markalı mobil telefon satacağını bildirərərk 30 manat pulunu ələ keçirmişdir. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 30.11.2020-ci il tarixdə “Topaz” saytında mobil telefon satdığı barədə yalan elan yerləşdirərək X1 aldatmaqla 350 manat pulunu ələ keçirmişdir. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu X6 telefon satmaq məqsəi ilə 500 manat pulunu ələ keçirmişdir. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 18.01.2021-ci ildə Bərəd rayon Xəsili kəndində yaşayan X15 oğlunu aldadaraq Huavey E5 markalı telefon satacağını vəd edərək 100 manat pulunu ələ keçirmişdir. Bərdə rayon Məhkəməsinin 3(021)283/2021 saylı, 02 mart 2021- ci il tarixli qərarı ilə Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-283/2021, 3(021)-284/2021, 3(021)-285/2021, 3(021)-286/2021 və 3(021)-287/2021, saylı inzibati işlər bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X8 izahatında bildirdi ki, Şəxs oğlu 16.01.2021-ci il tarixdə X12 aldadaraq İphone 8 markalı mobil telefon satacağını bildirərərk 350 manat pulunu, 24.06.2020-ci il tarixdə X5 aldadaraq İphone markalı mobil telefon satacağını bildirərərk 30 manat pulunu, 30.11.2020-ci il tarixdə “Topaz” saytında mobil telefon satdığı barədə yalan elan yerləşdirərək X1 aldatmaqla 350 manat pulunu, X6 telefon satmaq məqsəi ilə 500 manat pulunu, 18.01.2021-ci ildə Bərəd rayon Xəsili kəndində yaşayan X15 oğlunu aldadaraq Huavey E5 markalı telefon satacağını vəd edərək 100 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında törətdiyi əməlləri etiraf edərək, əməlindən peşman olduğunu, lakin vurduğu zərəri ödəyə bilməyəciyini bildirdi. Zərərçəkmiş şəxs X10 məhkəmədə izahatında bildirdi ki, Şəxs oğlu onu aldadaraq İphone markalı mobil telefon satacağını bildirərərk 30 manat pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs X9 məhkəmədə izahatında bildirdi ki, Şəxs oğlu onu aldadaraq Huavey E5 markalı telefon satacağını vəd edərək 100 manat pulunu ələ keçirmişdir. İşdə olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında 05.07.20020-ci il tarixli, 07.10.2020-ci il tarixli, 01.01.2021-ci il tarixli və 23 fevral 2021-ci il tarixli qərarlardan görünür ki, Şəxs oğlunun barəsində toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokollar, Bərdə RPŞ-nin TB-nin cinayət işinin başlanmasının rədd olunması barədə qərarları və həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Məhkəmə Şəxs oğlunun əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Şəxs oğluna inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəyə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə Şəxs oğluna inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, ona 02 (iki ) ay 15 (on beş) gün inzibati tənbeh- həbs tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,114, 128-130-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı: Şəxs İXM-in 227-ci mаddəsi ilə təqsirli bilinərək, bаrəsində 02 (iki) ay 15 (on beş) gün müddətinə inzibаti tənbeh- həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 01 mart 2021-ci il tаrixdən, saat 20:00–dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti elan edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikаyət verilə bilər
Məhkəmə qərarları › İş №3(021)-283/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-283/2021
02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver