Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-289/2021 12.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1985-ci il tarixdə, Şuşa rayonu, Zarıslı kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şuşa rayonu, Zarıslı kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri, M.Hüseynzadə küçəsi ev 10-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon polis şöbəsindən daxil olmuş AP № ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 02.01.2021-ci il tarixdə, saat 22:00 radələrində Bərdə rayonu, Güloğlular kənd yolundan baş yola (Bakı küçəsinə) çıxarkən yol ayrıcı keçid qaydasını pozaraq düzünə hərəkət edən “VAZ-2106” minik markalı **-BH-*** d.n.n-lı avtomobillə toqquşmuş həmin avtomobildə sərnişin qismində əyləşmiş X2 “yüngül” bədən xəsarəti almışdır.Bununla o, İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs etirafedici izahat verərək əməlindən peşiman olmasını bildirmişdir.Bundan sonra daha diqqətli olacaqdır. Nəzərə alınmasını məhkəmə xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də protokolu tərtib etmiş şəxs heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” inzibati xəta haqqında 19.02.2021-ci il tarixli AP № ******* nömrəli protokoldan görünür ki,02.01.2021-ci il tarixdə gecə saat 22:00 radələrində Şəxs canlı etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” minik markalı **-EC-*** d.n.n-lı avtomobillə Bərdə rayonu, Güloğlular kənd yolundan baş yola (Bakı küçəsinə) çıxarkən yol ayrıcı keçid qaydasını pozaraq düzünə hərəkət edən “VAZ-2106” minik markalı **-BH-*** d.n.n-lı avtomobillə toqquşmuş həmin avtomobildə sərnişin qismində əyləşmiş X2 “yüngül” bədən xəsarəti almışdır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və inzibati xəta haqqında 19.02.2021-ci il tarixli AP № ******* nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini, əməlindən peşimançılıq hissi keçirməsini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarından ödənişindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan RespublikasınınİXM-nin327.8, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-289/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-289/2021
12.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver