Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-29/2022 07.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi ilə, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 22 dekabr 2021-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 bildirdi ki, 22 dekabr 2021-ci il tarixdə saat 17:30 radələrində tərəflərindən aparılan nəzarət zamanı Bərdə şəhəri, Ü. Hacıbəyov ünvanında yerləşən təsərüffat subyektində Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli 189 nömrəli qəraraı pozaraq üç nəfər vətandaş maska taxmadığı halda xidmət göstərildiyi müəyyən olunmuşdur. Şəxs QSC-nin qanunamüvafiq məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Şəxs QSC-nin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi nümayəndələrinə məlumat verilməsinə baxmayaraq qeyd edilən nümayəndələr məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Şəxs QSC-nin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi nümayəndələrinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesаb edir ki, tərtib edilmiş protokolda nöqsanlar olduğundan və qeyd edilən protokola hərhansısa bir sübut əlavə edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, mübahisələndirilən qərarın təqdim edilməməsi, inzibati xətaya dair işə baxılmasının nəticəsində hansı qərarın qəbul edilməsinin məlum olmaması, qanuniliyinin yoxlanılmasının mümkün olmaması inzibati xəta haqqında iş üzrə şikayətin icraata götürülməsini rədd edən hallardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması məsələlər barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDİ Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 22 dekabr 2021-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-29/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-29/2022
07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver