Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-295/2021 04.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Şəxs iştirakları ilə, xx xxxxxxx 1989-cu ildə Bərdə şəhərində doğulmuş, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, Füzuli küçəsi döngə 5, ev 11 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə təqsirli bilinərək ona təyin edilmiş inzibati həbs tənbeh tədbirinin icrasının təxirə salınmasına dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bərdə rayon prokurorluğundan daxil olmuş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” qərardan görünür ki, Bərdə rayon Polis Şöbəsindən 12 yanvar 2021-ci il tarixdə saat 08:45-də daxil olmuş məlumata əsasən Bərdə şəhəri, ünvan 2 ünvanında yaşayan X1 yaşadığı evin həyətində yerləşən çardaqdan özünü asaraq intihar etmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin tərkib əlamətləri olmadığına görə 04 mart 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmışdır. Belə ki, Şəxs 07 yanvar 2021-ci il tarixdə qəsdən qaynatası Zərərçəkmiş şəxs sağ qulaq nahiyyəsindən yumruqla vuraraq ona zorakı hərəkətlərlə fiziki ağrı yetirmişdir. Onun törətdiyi bu əməl özünün etirafedici izahatı, Zərərçəkmiş şəxs ərizəsi və izahatı, digər sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa Şəxs narkotik vasitərlərdən satış məqsədi olmadan şəxsi istehlak miqadarında əldə edərək istifadə etmişdir. Onun törətdiyi özünün etirafedici izahatı, ailə üzvlərinin izahatları və Gəncə şəhəri Narkoloji Dispanserin 27 yanvar 2021-ci il tarixli 67 nömrəli rəyi ilə tam sübut edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmiş və buna görə də Bərdə Rayon Məhkəməsinin 3(021)-295/2021 saylı 04 mart 2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə təqsirli bilinırık barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 01 (bir) ay 10 (gün) və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 01 (bir) ay 10 (gün) müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmiş, təyin edilmiş tənbeh tədbirləri qismən toplanılmaqla Şəxs qəti olaraq 02 (iki) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmiş, Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmış, inzibati həbs etmənin əvvəli 04 mart 2021-ci il tarixdən saat 18:20-dən hesablanmış və ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla Şəxs narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Məhkəmə iclasında Şəxs qeyri-səlist cümlələr qurmuş, iradəsindən kənar ayağa qalxmış, gülmüş və ağlamışdır. Bundan başqa məhkəmə iclas zalındakı işıqların onu narahat etdiyini söyləyərək baş geyimi olan hörmə papaqla gözlərini yummuşdur. Sonda məhkəmədən atasının yanına getmək istədiyini söyləyərək evə buraxılmasını istəmişdir. İş materiallarına əlavə edilmiş “Tibbi Ərazi Bölmələrini X3 rayon Mərkəzi Xəstəxanası” X5 tərəfindən verilmiş 322 saylı 18 mart 2021-ci il tarixli arayışdan görünür ki, Şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində qeydiyyatdadır və onda narkotik vasitələrin qəbulu ilə əlaqədar psixi və davranış pozulması diaqnozu müşahidıə edilir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları araşdırıb tədqiq edərək, Şəxs çıxışını dinləyərək, belə qənaətə gəlir ki, Bərdə rayon Polis Şöbəsindən daxil olmuş müraciət əsaslıdır və Şəxs barəsində təyin edilmiş inzibati həbs tənbeh tədbrinin icrası təxirə salınmaqla narkomaniyadan məcburi müalicənin icrasına göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 143.1-ci maddəsinə əsasən inzibati həbs, inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması və ya inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın müəyyən edilmiş müddətdə icrasının həyata keçirilməsini qeyri-mümkün edən hallar mövcud olduqda, qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasını bir ayadək müddətə təxirə salır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Bərdə Rayon Məhkəməsinin 3(021)-295/2021 saylı 04 mart 2021-ci il tarixli qərarı tərəflərə qərar qəbul edildiyi vaxt verildiyindən həmin qərar 15 mart 2021-ci il tarixdən qanuni qüvvəsini almışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki qərarla Bərdə Rayon Məhkəməsinin 3(021)-295/2021 saylı 04 mart 2021-ci il tarixli qərarı əsasında təyin edilmiş inzibati həbs tənbeh tədbirinin təxirə salınması, Şəxs barəsində təyin edilmiş məcburi müalicənin icrasına maneəçilik törətmir, əksinə Şəxs ağırlaşmış olan psixi vəziyyətinin stabilləşməsinə və tənbehin çəkilməyən qalan hissəsini normal şəraitdə çəkərək inzibati tənbeh tədbirinin öz məqsədinə çatmasına rəvac vermiş olur. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114 və 143-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs səhhətində yaranmış nasazlıqlarla bağlı barəsində Bərdə Rayon Məhkəməsinin 3(021)-295/2021 saylı 04 mart 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) aylıq inzibati həbs tənbeh tədbirinin çəkilməmiş qalan 46 günü təxirə salınsın. Şəxs Bərdə Rayon Məhkəməsinin 3(021)-295/2021 saylı 04 mart 2021-ci il tarixli qərarı ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə icra edilsin və o, Bakı şəhəri Narkoloji Dispanserə yerləşdirilsin. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-295/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-295/2021
04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver