Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-298/2021 09.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, Abbasova Afət iclas katibliyi, protokol tərtib etmiş şəxs X1, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1947-ci ildə, Ağcabədi rayonu, Sarcalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, təqaüdçü, Bərdə şəhəri, Füzuli küçəsi döngə 4, ev 8-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 333.3-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs 05 mart 2021-ci il tarixdə saat saat 22:15 radələrində sürücü Şəxs özünə məxsus “VAZ-21074” markalı, **-VC-*** dövlət nömrə nişanlı avtomobili ilə Bərdə şəhər Koroğlu küçəsində geriyə manevr edərkən düzünə hərəkətdə olan “Ford-Fision” markalı **-VZ-*** d.n.n-lı avtomobillə toqquşmuşdur. Araşdırma zamanı sürücü Şəxs sərxoş olması müəyyən edildiyi üçün onun barəsində İXM-in 333.3-cü mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis şöbəsində 09.03.2021-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon DYPİ-nin YPX-nin baş inspektoru polis kapitanı X1 izahatında göstərdi ki, Bərdə şəhəri, Füzuli küçəsi döngə 4, ev 8-də yaşayan Şəxs 05.03.2021-ci il tarixdə, saat 22:15 radələrində özünə məxsus “VAZ- 21074” markalı, **-VC-*** dövlət nömrə nişanlı avtomobili ilə Bərdə şəhər Koroğlu küçəsində geriyə manevr edərkən düzünə hərəkətdə olan X2 məxsus “Ford-Fision” markalı **-VZ-*** d.n.n-lı avtomobillə toqquşmuş, sonuncuya maddi ziyan vurmuşdur. Araşdırma zamanı Şəxs avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Bundan sonra onun barəsində İXM-in 333.3-cü maddəsi ilə 09 mart 2021-ci il tarixli, AP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol iş materialları ilə birlikdə İXM-in 333.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulan tənbeh növlərindən birinin seçilməsi məsələsinə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. O, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək göstərdi ki, 05.03.2021-ci il tarixdə, saat 22:15 radələrində özünə məxsus “Ford-Fision” markalı, **-VZ-*** d.n.n-lı avtomobillə Bərdə şəhəri Koroğlu küçəsi ilə hərəkətdə olan zaman “Yavər” İnşaat mağazasına çatmasına az qalmış orada dayanmış “VAZ-21074” markalı, **-VC-*** dövlət nömrə nişanlı avtomobil geri manevr etmək istəyən zaman əvvəl avtomobili dayandırmış, o, öz avtomobili ilə həmin avtomobilin yanından keçən zaman “VAZ-21074” markalı avtomobilin sürücüsü öz hərəkətini davam etdirərək onun idarə etdiyi avtomobilin arxa sağ yan tərəfi ilə toqquşmuşdur. Toqquşma nəticəsində onun avtomobilinə xeyli maddi ziyan dəymişdir. Həmin vaxt avtomobildə tək olmuşdur. Hadisəyə səbəb “VAZ-21074” markalı avtomobilin sürücüsünün onu gözləmədən hərəkət etməsi olmuşdur. Hadisə zamanı ona xəsarət yetirilməmişdir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, həmin günü sərxoş olduğu üçün yol nəqliyyat hadisəsi törətmiş, lakin o digər avtomobillə toqquşmamışdır. Həmin avtomobil onunla toqquşmuşdur. Nəzərə alınmasını məhkəmədən xahiş etdi.Əməlindən peşimandır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 333.3cü mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Bərdə rayon DYPİ-nin YPX-nin baş inspektoru polis kapitanı X1 tərəfindən tərtib edilmiş 09.03.2021-ci il tarixli, AP № ******* nömrəli protokolda göstərilmişdir ki, 05.03.2021-ci il tarixdə, saat 22:15 radələrində Şəxs Bərdə şəhəri Koroğlu küçəsində geriyə manevr edərkən düzünə hərəkətdə olan “Ford-Fision” markalı **-VZ-*** d.n.n-lı avtomobillə toqquşmuşdur. Araşdırma zamanı sürücü Şəxs sərxoş vəziyyətdə avtomobili idarə etməsi müəyyən edilmişdir. 05.03.2021-ci il tarixli, 298 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, Şəxs hadisə baş verən orta dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan Az. Res. DİN BDYPİ Qİİ / Bərdə ASAN x.m. tərəfinfən 12.02.2021-ci il tarixdə verilmiş BC251119 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs “B1” və “B” dərəcəli nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmuşdur. Həmçinin iş materiallarında olan AD № 725934 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-VC-*** d.n.n-lı “VAZ-21074” markalı avtomobil Şəxs məxsusdur. İXM-in 333.3-cü maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333.1-ci maddəsi isə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilməsi və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılmasını nəzərdə tutur. Beləliklə, həmin maddələrə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi və bu zaman zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması inzibati qaydada məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, 05.03.2021-ci il tarixdə, saat 22:15 radələrində Bərdə şəhəri, Füzuli küçəsi döngə 4, ev 8-də yaşayan Şəxs özünə məxsus “VAZ-21074” markalı, **-VC-*** dövlət nömrə nişanlı avtomobili ilə Bərdə şəhər Koroğlu küçəsində geriyə manevr edərkən düzünə hərəkətdə olan X2 məxsus “Ford-Fision” markalı **-VZ-*** d.n.n-lı avtomobillə toqquşmuş, sonuncuya maddi ziyan vurmuşdur. Araşdırma zamanı Şəxs avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilmişdir.Bundan sonra onun barəsində İXM-in 333.3-cü maddəsi ilə 09.03.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə işüzrə barəsində inzibati icraat aparılan şəxsin izahatına, cinayət işinin başlanmasının rədd edilməsi qərarına və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir.Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, ona təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs həmin maddə ilə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə tənbehi tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs İXM-in 333.3-cü mаddəsi ilə təqsirli bilinib, bаrəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş, zərərçəkmiş və protokol tərtib etmiş şəxslərə göndərilsin. Qərаrın icrаsı Azərbaycan Respublikası Baş X7 İdarəsi və Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-298/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-298/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver