Məhkəmə qərarları › İş №3(021)-3/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-3/2022

31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-3/2022 31.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, xx.xx.1960-cı ildə Bərdə rayonunda anadan olmuş, Bərdə şəhəri, H.Əliyev prospekti ev 106-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bərdə rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bərdə rayon polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan müəyyən olundu ki, Şəxs X8 iş satajı düzəltmək adı ilə aldadaraq 500 manat pulunu almışdır. 03 dekabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında portokolu tərtib etmiş şəxs Bərdə rayon polis şöbəsinin sahə rəisi X12 göstərmişdir ki, X3 rayon polis şöbəsinə şikayət ərizəsi verərək Şəxs onu iş stajı düzəltməsi adı ilə aldaraq ondan 500 manat pul aldığını və geri qaytarmadığını bildirmişdir. X7 şikayət ərizəsi üzrə Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X16 tərəfindən araşdırma aparılmış 16.10.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon polis şöbəsinin istintaq təhqiqat bölməsinə göndərilmişdir. Buna görə də Şəxs barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. Protokolu müdafiə edir. 03 dekabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, X5 pul almamışdır. X13 ona şər atır. Məhkəmə iclasında müdafiəçi X9 çıxış edərək göstərmişdir ki, barəsində icraat aparılan X1 rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X16 tərəfindən qəbul edilmiş 16.10.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan Bərdə rayon prokurorluğuna şikayət vermiş, şikayət əsasında həmin qərar ləğv olunmuş və yenidən araşdırılması üçün polis şöbəsinə göndərilmişdir. Polis şöbəsi tərəfindən cinayət işinin başlanmasının rədd olunması barədə qəraerın ləğv olunması barədə 16.12.2021-ci il tarixdə qərar qəbul olunmuşdur. İnzibati materiala əlavə edilmiş Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X16 tərəfindən qəbul edilmiş 16.10.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X7 müraciəti əsasında toplanmış HK-1-3463 saylı material üzrə cinayət işi başlanması rədd edilmiş və X8 aldadaraq 500 manat pulunu almış şəxs Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon polis şöbəsinin istintaq təhqiqat bölməsinə göndərilmişdir. İnzibati materiala əlavə edilmiş şikayətdən görünür ki, Şəxs Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X16 tərəfindən qəbul edilmiş 16.10.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan Bərdə rayon prokurorluğuna şikayət vermişdir. İnzibati materiala əlavə edilmiş qəbzdən görünür ki, Şəxs Bərdə rayon prokurorluğuna məktub ünvanlamışdır. İş materialına əlavə olunmuş 16.12.2021-ci tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarın ləğv olunması barədə qərardan görünür ki, 16.10.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv olunmuşdur. Bərdə rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 3(021)-427/2022 saylı qərarından görünür ki, X2 2021-ci ilin sentyabr ayında Bərdə şəhəri, Körpüsındıran kənd sakini X7 500 manat pulunu ələ keçirməsi barədə məlumat üzrə Bərdə rayon X15 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X14 tərəfindən X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraata X2 əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Bərdə rayon prokurorunun 16 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X16 tərəfindən qəbul edilmiş 16.10.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmişdir. Məhkəmə tərəflərin izahatlarını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X16 tərəfindən qəbul edilmiş 16.10.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Bərdə rayon polis şöbəsinin istintaq təhqiqat bölməsinə göndərilmiş qərar ləğv edildiyindən və Şəxs aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında qərar ləğv olunduğundan inzibati protokol üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in (bundan sonra-İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar