Məhkəmə qərarları › İş №3(021)-3/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-3/2023

05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-3/2023 05.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə Rayon Yol Patrul inspektoru X4 iştirakları ilə, Bərdə Rayon Yol Patrul inspektoru X4 11 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barəsində inzibati qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X2 barəsində Bərdə Rayon Yol Patrul inspektoru X5 tərəfindən tərtib edilmiş 11 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X3 11 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 200 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi nəzərdə tutulmuşdur. Həmçinin şikayətdə oda göstərilmişdir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməmiş, yəni işıq cihazlardan və səs siqnallarından istifadə qaydalarını pozmamış, işıq cihazları və səs siqnalları tam təlimata uyğun olmuşdur. Bundan başqa X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə bağlı şikayətdə göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib və idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılmışdır. X1 EQ-2124718 nömrəli inzibati xəta haqqında protokol üzrə yaranmış cərimə və dəbbə pulunu dövlət büdcəsinə ödəmişdir. Ona görə də Bərdə rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qərarı ilə Bərdə rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli inzibati xəta haqqında qərarına xitam verilmişdir. Belali11 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuzdur. Məhkəmə iclasında şikayətçi X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında Bərdə Rayon Yol Patrul inspektoru X5 bildirdi ki, X3 11 dekabr 2022ci il tarixdə saat 10:50 radələrində ona məxsus “VAZ-21074 minik” markalı **-LK-*** dövlət nömrə nişanlı Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə etməyə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.3-cü maddələrinə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Tərtib edilmiş protokol və qərar əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına şikayətçi tərəfindən əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə barəsində tənbeh tətbiq etmə haqqında Bərdə Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli qərarına xitam verilmişdir. Lakin iş materiallarına əlavə edilmiş Bərdə Rayon Yol Patrul inspektoru X5 tərəfindən əlavə edilmiş Bərdə Rayon Məhkəəməsinin 06 sentyabr 2022-ci il tarixli qərarından müəyyən olunur ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək barəsindəı nəqliyyat vasitələsini idarə etmə hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. Göründüyü kimi şikayətçi iş materiallarına köhnə qərarı əlavə etmiş, barəsində olan yeni qərarın surətini təqdim etməmişdir. İş materiallarında olan 11 dekabr 2022-ci il tarixli TP ******* saylı qərardan görünür ki, X3 11 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.3-cü maddələri ilə 200 (iki yüz) manat cərimə edilmişdir. İş materiallarında olan 11 dekabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə olduğu halda məhəmə hesab edir ki, Bərdə Rayon Yol Patrul inspektoru X5 tərəfindən tərtib edilmiş 11 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır və verilmiş şikayət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsin təqsirli olub-olmaması ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, ya da inzibati xətaya baxmağa səlahiyyəti olan orqanın müvafiq qərarı ilə müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında olan qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Barəsində inzibati icraat aparılan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar