Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-3/2025 06.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Zöhrabbəyova Reyhanə Sərhəd qızının katibliyi, "xxxx" Firmasının etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakları ilə, "xxxx" Firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Xankəndi şəhər prokuroru X4 xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı ilə hüquqi şəxs "xxxx" Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Qərarda qeyd edilir ki, hüquqi şəxs "xxxx" Firmasında mühəndis (iş icraçısı) vəzifəsində işləyən şəxs X11 adıçəkilən hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər Şahid1 2024-cü ilin may ayından xx.xx.2024-cü il tarixədək, Şahid2 20024-cü ilin may ayından xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Xankəndi şəhər ərazisində tikintisi "xxxx" Firması tərəfindən həyata keçirilən “gigiyena və epidomologiya” binasının tikintisində usta vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Xankəndi şəhər Prokurorluğuna məlumat verilmişdir, lakin Xankəndi şəhər Prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında: barəsində inzibati iş üzrə icraata aparılan "xxxx" Firmasının etibarnamə üzrə nümayəndəsi və vəkili X7 izahatında bildirdi ki, "xxxx" Fiması Şuşa şəhərində tikinti-inşaat işlərinin görülməsində fəaliyyət göstərir. İşçiləri Şuşa şəhərində işə cəlb edirlər və əvvəlcə işlə tanış olurlar, həmin şəxslərə portal vasitəsi ilə izacə alınır. 2024-cü ilin may ayında Şahid2, Şahid1 Şuşa şəhərində olublar, onlar işlə tanış olduqdan sonra öz fikirlərini bildirmək üçün gediblər. Daha sonra işə başlamağa razı olduqlarını bildiriblər, Şahid1 ilə may 2024-cü ildən 16 iyul 2024-cü ilə qədər, Şahid2 ilə isə may 2024cü ildən 13 avqust 2024-cü il tarixə qədər əmək müqaviləsi bağlanılıb. İşlə tanış olmaq üçün gəlib qayıdarkən yol üstü Xankəndi şəhərinə gediblər, özlərinin deməsinə görə orda ayaqqabı, paltar və s. oğurlayıblar. Onların hansı səbəbdən Xankəndi şəhərində olmaları məsələsi araşdırılıb, həmin şəxslərlə bağlanmış əmək müqaviləsinə isə 2024-cü ilin oktyabr ayında xitam verilib, belə ki, həmin şəxslər üzərinə düşən işləri bitiriblər. "xxxx" Firması Xankəndi şəhərində heç bir iş görməyib, heç bir tikinti işləri aparmayıb. Bu şəxslərin Xankədi şəhərində hansı səbəbdən olmaları barədə araşdırma aparılarkən, izahatları alınıb, lakin onlar savadsızdır, bildirirlər ki, yazılı kağıza imza ediblər, özləri heç bir izahat verməyiblər, X11 "xxxx" Firmasının iş icraçısı işləyib, araşdırma aparılarkən o, da izahat verib, izahatında Şahid1 və Şahid2lə əmək müqavilələrinin Şuşa şəhərində işləmək üçün bağlandığını bildirmişdir. İnzibati xəta üzrə məsuliyyətə cəlb etmə müddəti bitmişdir, həmçinin göstərilən şəxslərlə "xxxx" Fimasının heç bir əlaqəsi olmamışdır, Mahir və Vüsalla əmək müqaviləsi Şuşa şəhərində görülən inşaat işləri ilə əlaqədar bağlanmışdır, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Xankəndi şəhərində Şahid2 ilə birlikdə 16 iyul 2024-cü il tarixdə günorta saatlarında Xankəndi şəhərində boş evlərdən ayaqqabı, paltar oğurlayarkən, polis əməkdaşları onları saxlamış və izahatlarını almışlar, Xankəndi şəhərinin ərazisini tərk etməməyi bildirmişlər. Həmin vaxtı Şuşa şəhərinə işlə tanış olmaq üçün getmişlər, lakin onlara uyğun iş olmadığından razılaşmamışlar, Şuşadan Xankəndiyə həm gəzməyə, həmdə özlərinə uyğun iş tapmağa görə gediblər, Xankəndinə ilk dəfə 16 iyul 2024-cü il tarixdə günorta saatlarında getmişdir, əvvəllər ümumiyyətlə Qarabağa getməmişdir, həmin gün ilk dəfə idi ki, Qarabağa getmişdir, hər dəfə portaldan qeydiyyatdan keçsə də Qarabağa getməmişdir, 16 iyul 2024cü il tarixdən Qarabağdan çıxmışdır, bir daha getməmişdir, "xxxx" Firması ilə müqavilə bağlamamışdır, işləməmişdir, 16 iyul 2024-cü il tarixdə Şuşa şəhərində Mehman müəllimlə görüşmüşdür, bildirmişdir ki, işləmək üçün qayıdacaqlar, əmək müqaviləsi bağlamamışdır, elə Xankəndi şəhərinə də həmin gün getmişdir, bir daha qayıtmamışdır, Şuşa şəhərində "xxxx" Firmasında işləmişdir, Xankəndi şəhərində işləməmişdir. Ümumiyyətlə bu hadisədən sonra "xxxx" Firması ilə işləməmiş, əmək müqaviləsi bağlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, 16 iyul 2024-cü il tarixdə Şahid1 ilə Şuşa şəhərinə işə baxmağa getmişdir, ”Fərid İnşaat” Firmasında fəhlə işləyəcəkdilər, həmin gün Şuşa şəhərində işləməyiblər, işləmələri üçün razılıq olmamışdır, bilrikdə həmin gün Xankəndi şəhərinə gəzmək üçün gediblər. Şuşa şəhərində portaldan icazələri olanda Xankəndi şəhərinə də keçə bilərdilər, Xankəndi ərazisinə də işləmək üçün iş baxmağa və gəzmək üçün daxil olublar. Orda boş qalmış evlərdən iş paltarları götürmək istəyiblər, Mahirlə birlikdə həmin vaxtı onları polis əməkdaşları saxlamışdır, onları Polis Şöbəsinə aparıblar, izahatlarını allıblar, Xankəndi şəhər prokurorluğunda olmayıblar, Şəxs Firması ilə iyun-iyul aylarında müqavilə bağlayıblar, 2024-cü ilin iyun adından faktiki işləməyə başlayıblar, əvvəllər may ayında Şuşa şəhərinə işləmək üçün getmişdir, lakin iş olmadığından qayıtmışdır, 2024-cü ilin iyul ayından bu günə kimi "xxxx" Firmasında Şuşa şəhərində işləyir. Xankəndində ümumiyyətlə işləməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, ”Fərid İnşaat” Firmasında Şuşa şəhərində iş icraçısı işləyir, onu Xankəndi şəhər Prokurorluğuna çağırıb, izahatını alıblar, Şahid1 və Şahid2 əvvəlcədən portaldan qeydiyyatdan keçməklə icazə almışdır, əvvəlcə gəlib işə baxıblar, lakin hələ işə başlamayıblar, Şuşa şəhərinə işə baxmağa gələrkən həmin günü Xankəndi şəhərinə gediblər, onların əmək müqaviləsi olubolmadığı yadımda deyil, əmək müqaviləsi olduğunu bilmir, hadisə gününə qədər Mahir və Vüsal "xxxx" Firmasında işləməyiblər, Xankəndi şəhərində ümumiyyətlə "xxxx" Firmasının işi olmamışdır, Şuşa şəhərində işləyiblər, Xankəndi prokurorluğunda izahatı özü yazmamışdır, izahat ona oxunub, oda imza etmişdir, lakin izahatda göstərilən kimi izahat verməmişdir, həmin izahatı təkzib edir, hazırda məhkəmə iclasında verdiyi ifadəsi düzgündür. İnzibati işin materiallarına istinad: X2 Sistemindən çıxarışdan görünür ki, Şahid1 xx xxxxxx 1983-cü il tarixdə doğulmuşdur, Bərdə rayonu, Seyid Yusifli kəndində yaşayır. Şahid1 tərəfindən 16 iyul 2024-cü il tarixdə Xankəndi şəhər Polis Şöbəsinə verilmiş izahatda göstərilmişdir ki, "xxxx" şirkətində təxminən iki aydır ki, çalışır. "xxxx" şirkətinin Xankəndi şəhərində apardığı tikinti işlərində işləyir. 16 iyul 2024-cü il tarixdə iş yoldaşı Vüsalla birlikdə Ballıca kəndi ərazisində öz şəxsi ehtiyacları üçün orada olan evlərə daxil olaraq, əşya yığmaq istəyiblər. Həmin evlərə daxil olublar. Evlərdən 01 ədəd DVD aparatı, 01 ədəd peyk antena, 01 ədəd su tərəzisi, 01 ədəd kiçik həcmli batareya, 2 litr çaxır, geyim əşyaları və yorğan döşək dəsti götürərək, həmin evlərdən çıxıblar. Bu zaman yolda gedərkən, orada xidmət aparan polis əməkdaşları onlara yaxınlaşaraq, özlərini təqdim ediblər. Onlardan həmin əşyaları haradan aldıqlarını soruşmuşlar. Onlar isə həmin əşyaları Ballıca kəndi ərazisindən ünvansız fərdi yaşayış evlərindən götürdüklərini bildirmişdir, daha sonra onlar birlikdə polis şöbəsinə dəvət ediblər. Onlarla birlikdə Xankəndi şəhər Polis Şöbəsinə getmişlər. Daha sonra şöbədə polis əməkdaşı tərəfindən əşyalara baxış keçirilərək protokol tərtib edilmişdir. X2 Sistemindən çıxarışdan görünür ki, Şahid2 2 sentyabr 1996-cı il tarixdə doğulmuşdur, Bərdə rayonu, Yeni Daşkənd kəndində yaşayır. Şahid2 tərəfindən 16 iyul 2024-cü il tarixdə Xankəndi şəhər Polis Şöbəsinə verilmiş izahatda göstərilmişdir ki, "xxxx" şirkətində təxminən iki aydır ki, çalışır. "xxxx" şirkətinin Xankəndi şəhərində apardığı tikinti işlərində işləyir. 16 iyul 2024-cü il tarixdə iş yoldaşı Mahirlə birlikdə Ballıca kəndi ərazisində öz şəxsi ehtiyacları üçün orada olan evlərə daxil olaraq, əşya yığmaq istəmişdir. Həmin evlərə daxil olublar. Evlərdən 01 ədəd DVD aparatı, 01 ədəd peyk antena, 01 ədəd su tərəzisi, 01 ədəd kiçik həcmli batareya, 2 litr çaxır, geyim əşyaları və yorğan döşək dəsti götürərək, həmin evlərdən çıxmışdırlar. Bu zaman yolda gedərkən, orada xidmət aparan polis əməkdaşları onlara yaxınlaşaraq, özlərini təqdim etmişdir. Onlardan həmin əşyaları haradan aldıqlarını soruşmuşalar. Onlar isə həmin əşyaları Ballıca kəndi ərazisindən ünvansız fərdi yaşayış evlərindən götürdüklərini bildiriblər. Daha sonra onları polis şöbəsinə dəvət etmişər. Onlarla birlikdə Xankəndi şəhər Polis Şöbəsinə gediblər. Daha sonra şöbədə polis əməkdaşı tərəfindən əşyalara baxış keçirilib və protokol tərtib edilmişdir. X2 Sistemindən çıxarışdan görünür ki, X11 27 fevral 1965-ci il tarixdə doğulmuşdur, Bərdə şəhəri, Həzi Aslanov küçi ev 57-də yaşayır. X11 tərəfindən 16 iyul 2024-cü il tarixdə Xankəndi şəhər Polis Şöbəsinə verilmiş izahatda göstərilmişdir ki, təxminən 2004-cü il tarixdən Şəxs MMC-də sahə rəisi-iş icraçısı vəzifəsində işləyir. Şəxs MMC-nin direktoru Sübhan Həsənovdur. Şirkətin hüquqi ünvanı Bərdə şəhəri, Nizami küçəsi, ev 6/33-dür. Mahiyyəti üzrə bildirir ki, Şahid1 və Şahid2 2024-cü ilin may ayından Xankəndi şəhər ərazisində tikintisi Şəxs MMC tərəfindən həyata keçirilən Gigiyena və Epidomologiya mərkərzinin binasının təmir və bərpa işlərində müvafiq olaraq santexnik və malyar işlərinin həyata keçirilməsində usta kimi işləmişdirlər. Şahid1 və Şahid2 işə qəbul olmamışdan əvvəl qəbul edən, onları işlərin görülməsinə cəlb edən o, olmuşdur. Onların gördüyü işlərə icraçı kimi nəzarət edən o, olmuşdur. Şahid1 ilə 16.7.2024-cü il tarixdə, Şahid2 ilə 12.8.2024- cü il tarixdə işəgötürən Şəxs MMC arasında əmək müqaviləsi bağlanmışdır. Yəni, Şahid1 2024-cü ilin may ayından 16.7.2024-cü il tarixədək, Şahid2 isə 2024-cü ilin may ayından 12.8.2024-cü il tarixədək əmək müqavilələri olmadan Şəxs MMC-nin işçiləri kimi, usta vəzifəsində işlərin görülməsinə cəlb olunmuşdurlar. Həmin şəxslərin əmək müqavilələrinin olmamasına səbəb özlərinin səhlənkar yanaşması, əmək müqaviləsi bağlanması üçün ofisə gəlməmələridir. 2 may 2024-cü il tarixli 84 nömrəli əmrdən görünür ki, X11 Şəxs firmasında iş icraçısı vəzifəsinə təyin edilməsi, əmək haqqının ştat cədvəlinə uyğun olaraq ödənilməsi əmr edilmişdir. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsinə dair elektron xidmətlərdən çıxarışdan görünür ki, Şəxs Firması vergi ödəyicisidir. Sənədlərə baxış keçirilməsi haqqında Xankəndi şəhər prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas Tural Mustafa tərəfindən tərtib edilmiş 18 oktyabr 2024cü il tarixli protokoldan görünür ki, Xankəndi şəhər prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X12 icraatında olan 18/İXM-24 nömrəli materialın araşdırma zəruruəti ilə əlaqədar tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Xankəndi şəhər prokurorluğunun inzibati binasında, xidməti iş otağında Şahid2 ( FİN: xxxxxxx) və Şahid1 (FİN: xxxxxxx) “X2 Sistemi” vasitəsi ilə əldə olunmuş “əmək müqaviləsi məlumatlarına” baxış keçirtmiş, baxış zamanı müəyyən edilmişdir ki, işçi Şahid1 ilə işəgötürən Şəxs Firması arasında xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış əmək müqaviləsi, işçi Şahid2 ilə işəgötürən Şəxs Firması arasında xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış əmək müqaviləsi barədə məlumatlar vardır. Baxış zamanı Şahid1 2024-cü ilin may ayından xx.xx.2024-cü il tarixədək, Şahid2 isə 2024-cü ilin may ayından xx.xx.2024-cü il tarixdək olan müddət ərzində Şəxs Firmasında işləmələri barədə “EPİS-əmək müqaviləsi məlumatlarında” hər hansı məlumat aşkar edilməmişdir. Baxış zamanı əlavə iş üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir. X2 Sistemindən Əmək müqaviləsi məlumatlarına baxışdan görünür ki, Şahid1 ilə Şəxs Firması arasında 16.7.2024-cü il tarixdə qeydiyyata alınmaqla 16.7.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır, müqavilənin bitmə tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. X2 Sistemindən Əmək müqaviləsi məlumatlarına baxışdan görünür ki, Şahid2 ilə Şəxs Firması arasında əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmaqla xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır, müqavilənin bitmə tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. Əmək Müqaviləsinin bağlanması ilə bağlı X6 görünür ki, Şahid1 ilə Şəxs MMC arasında xx.xx.2024-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. İşə başlama tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. Əmək Müqaviləsinin bağlanması ilə bağlı X6 görünür ki, Şahid2 ilə Şəxs MMC arasında xx.xx.2024-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. İşə başlama tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. Sənədlərə baxış keçirilməsi haqqında Xankəndi şəhər prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas Tural Mustafa tərəfindən tərtib edilmiş 5 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Xankəndi şəhər prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X12 icraatında olan 18/İXM-24 nömrəli materialın araşdırma zəruruəti ilə əlaqədar tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Azərbaycan Respublikası İXM-nin 76,77-ci maddələrinin tələblərinə əsasən Xankəndi şəhər prokurorluğunun inzibati binasında, xidməti iş otağında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdrəetmə Xidməti PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktub və qoşmasına əlavə edilmiş cədvələ baxış keçirtmiş, baxış zamanı müəyyən edilmişdir ki, məktubun qoşmasına əlavə edilmiş cədvəldə Şahid2 usta vəzifəsində işçi olması əsası ilə xx.xx.2024-xx.xx.2024 tarixləri üzrə, Şahid1 usta vəzifəsində işçi olması əsası ilə xx.xx.2024-xx.xx.2024 tarixləri üzrə “İşğaldan azad olunmuş ərazilərə buraxılış” informasiya sistemi vasitəsilə Xankəndi şəhərinə buraxılmasına dair müvafiq icazəni istəyən təşkilat Şəxs Firması (VÖEN: **********) olması barədə məlumatlar əks olunmuşdur. Baxış zamanı əlavə iş üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir. Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ-nin cədvəlindən görünür ki, Şahid2 usta vəzifəsində işçi olması əsası ilə xx.xx.2024xx.xx.2024 tarixləri üzrə, Şahid1 usta vəzifəsində işçi olması əsası ilə xx.xx.2024xx.xx.2024 tarixləri üzrə “İşğaldan azad olunmuş ərazilərə buraxılış” informasiya sistemi vasitəsilə Xankəndi şəhərinə buraxılmasına dair müvafiq icazəni istəyən təşkilat Şəxs Firması olmuşdur. Sənədlərə baxış keçirilməsi haqqında Xankəndi şəhər prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas Tural Mustafa tərəfindən tərtib edilmiş 5 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Xankəndi şəhər prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X12 icraatında olan 18/İXM-24 nömrəli materialın araşdırma zəruruəti ilə əlaqədar tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Azərbaycan Respublikası İXM-nin 76 və 77-ci maddələrinin tələblərinə əsasən Xankəndi şəhər prokurorluğunun inzibati binasında, xidməti iş otağında X8 (FİN: 11ELH8M) “X2 Sistemi” tətbiqi vasitəsi ilə əldə olunmuş xx.xx.2024-cü il tarixli “əmək müqaviləsi məlumatlarına” baxış keçirtiş, baxış zamanı müəyyən edilmişdir ki, X8 Şəxs Firmasında mühəndis vəzifəsində işləməsi barədə qüvvədə olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsi məlumatları vardır. Baxış zamanı əlavə iş üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir. X2 Sistemindən Əmək müqaviləsi məlumatlarına baxışdan görünür ki, X11 ilə Şəxs Firması arasında xx.xx.2024-cü il tarixli müddətsiz əmək müqaviləsi məlumatları vardır. Xankəndi Şəhər Polis Şöbəsinin İstintaq bölməsinin müstətiqi, polis-leytenantı X9 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şahid1 və Şahid2 Selh oğlunun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Xankəndi Şəhər Prokuroru, ədliyyə müşaviri X4 xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarından görünür ki, hüquqi şəxs Şəxs Firması (VÖEN: **********)-hüquqi ünvanı ünvan 2.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikasının İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi, qərar və toplanmış material hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ regional şöbəsinin 29 dekabr 2024-cü il tarixli 3-17-5/2-98374/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əahlinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq”altsisteminə baxış keçirilərkən Şahid1 ilə Şəxs firması arasında əmək müqaviləsi bildirişinin xx.xx.2024-cü il tarixində saat 17.04-də imzalanıb qüvvəyə mindiyi, xx.xx.2024-cü il saat 09.33-də isə əmək müqaviləsi bildirişinə xitam verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ regional şöbəsinin 29 dekabr 2024-cü il tarixli 3-17-5/2-98374/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Şahid1 ilə Şəxs firması arasında əmək müqaviləsi bildirişinin xx.xx.2024-cü il tarixində saat 17.04-də imzalanıb qüvvəyə mindiyi, xx.xx.2024-cü il saat 09.33-də isə əmək müqaviləsi bildirişinə xitam verildiyi müəyyən edilmişdir. Xankəndi şəhərində isə hadisə Şahid1 və Şahid2 məhkəmə iclasında verdiyi izahatlarında 16 iyul 2024-cü ildə günorta saatlarında baş vermişdir, eyni zamanda Şahid1 və Şahid2 məhkəmə iclasında verdikləri izahatlarında 16 iyul 2024-cü il tarixdə Şuşa şəhərində gedib işə baxmışlar, lakin razılaşmamışlar, ona görə də əmək müqaviləsi bağlamamışlar, X11 isə ziddiyyətli izahat verərək Mahir və Vüsalla müqavilə bağlanmadığını, əmək müqaviləsi bağlanıb-bağlanmamasını bilmədiyini göstərmişdir. Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdəretmə Xidməti PHŞ-dən daxil olmuş cədvəldə Şahid2 usta vəzifəsində işçi olması əsası ilə xx.xx.2024-xx.xx.2024 tarixləri üzrə, Şahid1 usta vəzifəsində işçi olması əsası ilə xx.xx.2024-xx.xx.2024 tarixləri üzrə “İşğaldan azad olunmuş ərazilərə buraxılış” informasiya sistemi vasitəsilə Xankəndi şəhərinə buraxılmasına dair müvafiq icazəni istəyən təşkilat Şəxs Firması olmuşdur. Odur ki, işə götürən Şəxs Firmasının Şahid1u və Şahid2 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən inşaat işlərinə cəlb etməsi ilə bağlı Şəxs Firmasının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan Xankəndi şəhər Prokurorluğu tərəfindən inzibati icraat başlanılmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Firmasının nümayəndəsinin, şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, Şəxs Firması fiziki şəxslərlə əmək müqaviləsi bağlanmadan və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə (Əmək qanunvericiliyinin pozulması) əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər 1000 manatdan 2000 manatadək miqdarda, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək miqdarda cərimə edilir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Firması MMC-nin nümayəndəsi və vəkili X1 Mahir Köçəri oğlu, eləcə də Şahid2 Xankəndi şəhərində işlərə cəlb edildiyini, eyni zamanda inzibati xəta üzrə məsuliyyətə cəlb etmə müddətinin ötdüyünü nəzərə alaraq iş üzrə icraata xitam verilməli olduğunu bildirsə də, məhkəmə, hüquqi şəxsin nümayəndəsinin dəlilləri ilə razılaşmır və bunu aşağıdakılarla əsaslandırır: İlk olaraq məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarından da göründüyü kimi inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. İşçilərin "xxxx" Firması tərəfindən Xankəndi şəhərində işlərə cəlb edilməməsinə münasibətdə məhkəmə hesab edir ki, Şahid1, eləcə də Şahid2 ilə "xxxx" Firması arasında mövcud olan münasibətlər əmək hüquq münasibətləridir. Əmək hüquq münasibətlərinin yaranması əsası qismində isə əmək müqaviləsi və həmin müqavilənin hüquqi qüvvəyə minməsi faktı çıxış edir. İnzibati xəta haqqında iş materiallarında olan sübutlardandan göründüyü kimi, Şahid1, eləcə də Şahid2 faktiki əmək münasibətlərində olsalar da onlarla əmək müqaviləsi bağlanmamış və hüquqi qüvvəyə minməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında qərar, inzibati materialda olan digər sənədlər sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" Firması əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid1 və Şahid2 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARALDİ Şəxs Firması İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-3/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-3/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver