Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-30/2021 12.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X8 iclas katibliyi, protokol tərtib etmiş şəxs X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1993-cü ildə Bərdə rayonu, Ərəblər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bərdə rayonu, Güloğlular kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci mаddəsi ilə inzibаti xətа haqqında Bərdə rayon İcra və probasiya Şöbəsində (Bundan sonra Bərdə RİPŞ) 12 yanvar 2021-ci il tarixdə, MN № ******* saylı protokol tərtib edilmişdir ondan ötəri ki, o, Bərdə rayon Məhkəməsinin 2(021)-3656/2019 saylı, 18.12.2019-cu il tarixli icra sənədi üzrə icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini üzürlü səbəbdən icra etməmişdir və nəticədə 10000 manat ödənilməmiş pul borcu yaranmışdır. Bununlada İXM 528.1-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bərdə RİPŞ-nin böyük icra məmuru X10 izahatında göstərdi ki, Bərdə rayon Məhkəməsinin 2(021)-3656/2019 saylı, 18.12.2019-cu il tarixli icra sənədinə əsasən borclu X1 10000 manat,X9 12000 manat, X5 12000 manat və X7 12000 manat alınaraq iddiaçı, cavabdehlər tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsində tikilmiş tikililər cavabdehlərin hesabına sökülərək həmin torpaq sahəsi iddaçıya tanıdılmalıdır. Beləliklə borclu icra sənədini icra etməmiş və nəticədə onun ödənilməmiş 10000 manat borcu qalmışdır. Borcluya dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o borcu ödəməmiş, ödəməkdən yayınmışdır. Buna görə də o, İXM-in 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. O, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Bərdə rayon Məhkəməsinin 2(021)-3656/2019 saylı, 18.12.2019cu il tarixli icra sənədi ilə razı deyil. Həmin qətnaməni əsassız hesab edir. Həmin məhkəmənin keçirilməsindən xəbəri olmamışdır. Ona bildiriş göndərilməyib və məhkəməyə dəvət edilməmişdir. Qətnamənin və icra sənədinin çıxarılmasından xəbəri olmamışdır.Bundan başqa icra sənədindən onun soy adı və atasının adı səhv yazılmışdır. Belə ki, o, Şəxs olduğu halda icra sənədində və qətnamədə X6 yazılmışdır. Onun bu məsələdən təsadüfən xəbəri olmuşdur.Hesab edir ki, qətnamə qanuni olmadığından barəsində tərtib edilmiş protokol da qanunsuzdur. Ona görə də həmin protokolun ləğv edilməsini məhkəmən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Bərdə rayon Məhkəməsinin 2(021)-3656/2019 saylı, 18.12.2019-cu il tarixli icra sənədindən görünür ki, X1 10000 manat,X9 12000 manat, X5 12000 manat və X7 12000 manat alınaraq iddiaçı X11 verilməli, cavabdehlər tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsində tikilmiş tikililər cavabdehlərin hesabına sökülərək həmin torpaq sahəsi iddaçıya tanıdılmalıdır. Bərdə RİPŞ-nin icra məmurunun 11.08.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 18.12.2019-cu il tarixli, 2(021)-3656/2019 nömrəli icra sənədinə əsasən X2 və qeyrilərinin barəsində icraat başlanmışdır. Bərdə RİPŞ-nin icra məmurunun 11.08.2020-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, ildə borclu X3 Bərdə Rayon Məhkəməsinin 18.12.2019-cu il tarixli, 2(021)-3656/2019 nömrəli icra sənədindən irəli gələn öhtəlikləri könüllü icra etməsi üçün 10 gün vaxt verilir. Bərdə RİPŞ-nin 14.12.2020-ci il tarixli iş № 113980/06 nömrəli məktubunun surətindən görünür ki, Bərdə rayonu, Ərəblər kəndində yaşayan X6 və qeyrilərinin Bərdə Rayon Məhkəməsinin 18.12.2019-cu il tarixli, 2(021)-3656/2019 nömrəli icra sənədinin icrası ilə əlaqədar Bərdə RİPŞ-nə sahə müvəkkilinin müşayiəti ilə gətirilmişlər. Bərdə RİPŞ-nin icra məmurunun 17.09.2020, 10.10.2020 və 22.12.2020-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, X3 və qeyrilərinə Bərdə Rayon Məhkəməsinin 18.12.2019-cu il tarixli, 2(021)-3656/2019 nömrəli icra sənədindən irəli gələn ötəlikləri, yani icra sənədi üzrə yaranmış borcunu könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilməsi, verilən müddət ərzində icranı könüllü icra etmədiyi halda icra tədbirləri məcburi qaydada həyata keçiriləcəyi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, əmlakının üzərinə həbsin qoyulması, tələbin gəlirinə yönələcəyi, məcburi qaydada məhkəməyə gətiriləcəyi, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəyi barədə xəbərdar olunmuşdur. İnzibati işin materiallarına əlavə edilmiş elektron portal sistemindən çıxarışın surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Şəxs Bərdə rayonu Ərəblər kəndində doğulmaqla rayonun Güloğlular kəndində qeydiyyatdadır. Şəxs 12.01.2021-ci il tarixli Bərdə RİPŞ-nə verdiyi izahatın surətindən də görünür ki, Şəxs məhkəmə qərarından xəbəri olmayıb, tələbkarın onda torpaq sahəsi yoxdur. Bundan başqa qətnamə və icra sənədində onun soyadı və ata adı səhv yazılmışdır. Bərdə RİPŞ-nin böyük icra məmuru X10 tərəfindən tərtib edilmiş 12.01.2021-ci il tarixli, MN № ******* nömrəli protokolda göstərilmişdir ki, Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 18.12.2019-cu il tarixli, 2(021)-3656/2019 nömrəli sənədinə əsasən borclunun 10000 manat pul borcu yaranmışdır. Məhkəmə hesab edir ki, belə olan halda Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. Belə ki, məhkəmə iclasında aparılmış və inzibati işin materiallarına əlavə edilmiş sənədləri araşdırma zamanı müəyyən edilmişdir ki, X6 ilə Şəxs eyni şəxs deyil və Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 18.12.2019-cu il tarixli, 2(021)-3656/2019 nömrəli icra sənədində göstərilən öhtəlik Şəxs tələb oluna bilməz. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-3656/2019 saylı, 18.12.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh X1 10000 manat alınaraq iddiaçı X11 verilməlidir. Məhkəmə iclasında X6 ilə Şəxs eyni şəxsin olmadığı müəyyən olunduğundan Bərdə rayon Məhkəməsinin 2(021)-3656/2019 saylı, 18.12.2019-cu il tarixli icra sənədi tələbin Şəxs tələb oluna bilməməsini nəzərə alaraq Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-30/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-30/2021
12.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver