Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-303/2021 17.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi X1, X2 iştirakları ilə, Barəsində inzibati icraat aparılan X4 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* saylı, 15 fevral 2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarından verilmiş şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y yə n e t d i: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müavini X3 tərəfindən ******* saylı, 15 fevral 2021-ci il tarixli qərarı ilə X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 800 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X4 həmin qərardan şikayət verərək, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X3 tərəfindən ******* saylı, 15 fevral 2021-ci il tarixli qərarını ləğv olunmasını və barəsində aparıla inzibati xəta hqıında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, fəaliyyət göstərdiyi müddətdə heç bir inzibati xətaya yol verməmişdir. Xüsüsi linsenziya olmadan cərrahi stomotoloji fəaliyyətlə məşgul olmayıb. Onunla çalışan digər həkim yoldaşının pasiyentin dişini çəkərkən ağırlaşma olmuş və həkim müdaxiləsi ilə ağırlaşdırma aradan qaldırımışdır. Bərdə rayonunun son dövürlərdə müharibə zonası olması, daha sonra sərt karantin rejimi zonası olması səbəbindən hazırki maddi vəziyyəti inzibati cəriməni ödəməyə imkan vermir. Əvvəllər hər-hansı bir inzibati xətaya yol vermədiyinə görə, hazırki inzibati xətaya subyekti olmadığını nəzərə alaraq məhkəmədən mübahisələndirilən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan X4 şikayətin dəlillərini uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azerbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03/19-745 saylı 22 fevral 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, X4 özəl tibb fəaliyyəti sahəsində lisenziyada göstərilən işlərdən kənar tibb fəaliyyəti ilə (cərrahi stomotoloji) məşğul olduğuna görə X4 barəsində Bərdə rayon prokurorluğu tərəfindən 30 dekabr 2020-ci il tarixli qərarına əsasən inzibati icraatın başlanması haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* saylı, 15 fevral 2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 800 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə şikayətin dəlillərinə münasibət bildirərək qeyd edir ki, X4 tərəfindən verilmiş şikayətdə iki mühüm dəlil göstərilmişdir ki, həmin dəlillər bir-birini təkzib edir. Belə ki, həmin dəlillərdən biri şikayətçi tərəfindən ümumiyyətlə inzibati xətanın törədilməməsidir, digər dəlil isə onun inzibati cəriməni ödəməyə maddi imkanının olmamasıdır. Məhkəmə şikayəti və şikayətə əlavə edilmiş sənədləri araşdıraraq qeyd edir ki, sözügedən inzibati xətanın X4 tərəfindən törədilməsi iş materialları ilə təsdiq edilir, inzibati cərimənin ödənilməsinə maddi imkanın olmaması faktı isə inzibati xəta tətbiq etmək haqqında qərarın ləğv edilməsi üçün əsas deyildir. Azırbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsasən qeyd edir ki, məhkəmə iclasında barəsində inzibati icraat aparılan X4 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* saylı, 15 fevral 2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasları müəyyən etmədiyindən şikayəti əsassız hesab edir və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* saylı, 15 fevral 2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarını dəyişdirilmədən saxlanılmasını məqsədəmüvafiq bilir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128 - 130-cu maddələrini rəhbər tutараг məhkəmə, Qərarа aldı: Barəsində inzibati icraat aparılan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* saylı, 15 fevral 2021-ci il tarixli qərarı dəyişdrilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-303/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-303/2021
17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver