Məhkəmə qərarları › İş №3(021)-304/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-304/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-304/2021 29.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə rayon Yol Patrul Xidmətinin baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1995-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.1, 327.2, 342.2.3, 342.9 və 342.2.4-cü maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs oğlu İXM-in 332.1, 327.2, 342.2.3, 342.9 və 342.2.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsində 06 mart 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs oğlu 04 mart 2021ci il tarixdə LADA 21214 minik markalı, 90PJ093 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 332.1, 327.2, 342.2.3, 342.9 və 342.2.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında Bərdə rayon Yol Patrul Xidmətinin baş inspektoru X3 bildirdi ki, Şəxs oğlu 04 mart 2021-ci il tarixdə LADA 21214 minik markalı, 90PJ093 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 332.1, 327.2, 342.2.3, 342.9 və 342.2.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu törətdiyi əməldə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əməlinin məsuliyyətini dərk edir və etdiyi əməldən peşmandır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs oğlu İXM-in 332.1, 327.2, 342.2.3, 342.9 və 342.2.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 332.1, 327.2, 342.2.3, 342.9 və 342.2.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İXP ******* saylı 06 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokolla, özünün etirafı və digər iş materialları ilə təsdiq olunur. Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs oğlu İXM-in 332.1, 327.2, 342.2.3, 342.9 və 342.2.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə daha ciddi xətaya görə tənbeh tətbiq edilməlidir. Şəxs oğluna inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs oğlu oğlu İXM-in 332.1, 327.2, 342.2.3, 342.9 və 342.2.4-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 26-cı maddəsinə əsasən inzibati xətanın törədilməsində bilavasitə obyekti olmuş əşyanın müsadirə edilməklə 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. ədrlik edən: imza var Əsli ilə düzdür

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar