Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-31/2023 27.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abbasov Gündüz Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1986-cı ildə Bərdə rayonu Muğanlı kəndində anadan olmuş, evli, orta təhsilli, evli, Bərdə rayonu Muğanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* saylı 28 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 10 may 2022-ci ildə 40 manat məbləğində cərimə olunmuş və cərimə olunması barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay ərzində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etməmişdir. Bununla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, 10 may 2022-ci ildə təhlükəsizlik kəmərini bağlamadan avtomobil idarə etdiyindən 40 manat məbləğində inzibati qaydada cərimə edilmiş, imkanı olmadığından cəriməni vaxtında ödəyə bilməmişdir. 04 noyabr 2022-ci il tarixdə cəriməni və ona hesablanmış dəbbə pulunu ödəmişdir. İnzibati məsuliyyətdən azad edilməsini məhkəmədən xahiş etmişdir. İşə materiallarına əlavə edilmiş 04 noyabr 2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən müəyyən edilir ki, Şəxs EQ-9819054 nömrəli inzibati protokol üzrə cəriməni və ona hesablanmış dəbbə pulunu tam olaraq dövlət büdcəsinə ödəmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, protokol və protokola əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeyd hissəsinə əsasən cəriməni və dəbbə pulunu ödədiyindən inzibati məsuliyyətdən azad edilməlidir. Həmin maddənin qeydində göstərilmişdir ki, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutub, Q Ə R A R V E R D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalat Məcəlləsinin 529.3-cü maddəsilə inzibati məsuliyyətə cəlb edilməsinə dair iş üzrə cəriməni və dəbbə pulunu ödədiyindən inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-31/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-31/2023
27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver