Məhkəmə qərarları › İş №3(021)-312/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-312/2021

13.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-312/2021 13.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi X7, Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X8, X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Kəlbəcər rayonunda doğulmuş, orta təhsilli, işləməyən, subay, evli, Bərdə rayonu, Kafarlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)- 933/2018 saylı 22 yanvar 2018-ci il tarixli icra sənədinə əsasən tələbkar X3 aliment üzrə 870 manat borcu yaranmış, həmin borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-933/2018 saylı 22 yanvar 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs X1 xeyrinə tərəflərin birgə nikahlarından 03 avqust 2011-ci ildə doğulan X4 və 23 iyun 2015-ci il tarixdə doğulan X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, ayda cəmi 200 manat aliment 22 yanvar 2018-ci il tarixdən tutulmalıdır. Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, həmin borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəblər olmadan icra etməmişdir. Lakin məhkəmə iclası başlayana qədər həmin 870 manatlıq borc tam şəkildə borclu tərəfindən tələbkara ödənildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)- 933/2018 saylı 22 yanvar 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 870 manat aliment öhdəliyi üzrə borcu yaransa da, məhkəmə iclası başlayana qədər həmin borc ona tam şəkildə borclu tərəfindən ödənildiyindən borclu Şəxs qarşı şikayəti və tələbi yoxdur. Ona görə də Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-933/2018 saylı 22 yanvar 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 870 manat aliment öhdəliyi üzrə borcu yaranmışdı. Son dövrlər pandemiya şəraitində işsizlik olduğundan borcunu vaxtı vaxtında ödəyə bilməmişdir. Hal-hazırda borcu ta şəkildə ödədiyindən, tələbkarın ondan şikayəti və tələbi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaları dinləyərək belə qənaətə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)-933/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, X1 xeyrinə tərəflərin birgə nikahlarından 03 avqust 2011-ci ildə doğulan X4 və 23 iyun 2015-ci il tarixdə doğulan X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, ayda cəmi 200 manat aliment 22 yanvar 2018-ci il tarixdən və ödənilmiş 30 manat dövlət rüsumu borclu Şəxs tutulmalıdır. İş materiallarında olan Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-933/2018 saylı 22 yanvar 2018-ci il tarixli icra sənədinə əsasən tələbkar X3 aliment üzrə 870 manat borcu yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, borclu yaranmış borcunu tam şəkildə ödənmiş və tələbkar da məhkəməyə ərizə ilə müraciət edərək borcluya qarşı şikayət və tələbinin olmadığını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının Şəxs 528.1-ci maddəsinin əlamətləri olması öz təsdiqini tapmadığından onun barəsində olan inzibati xətaya dair işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRAR ALDİ Barəsində inzibati icraat aparılan Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayn Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar