Məhkəmə qərarları › İş №3(021)-314/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-314/2022

31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-314/2022 31.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Bərdə rayonu Zümürxaç kəndində doğulmuş, evli, orta təhsilli, işsiz, Bərdə rayonu Zümürxan kəndində qeydiyyatda olmaqla yaşayan barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-2408/2019 saylı 11 iyul 2019-cu il tarixli, Bərdə Rayon Məhkəməsinin 2(021)-3176/2021 saylı 20 oktyabr 2021-ci il tarixli və Bərdə Rayon Məhkəməsinin 2(021)-2411/2019 saylı 13 iyun 2019-cu il tarixli,və icra sənədi üzrə tələbkarlara cəmi 3080 manat borcu yaranmışdır. Borclu Şəxs icraçının qanuni tələblərinə tabe olmamış, borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2408/2019 saylı 11 iyul 2019-cu il tarixli icra sənədi üzrə cavabdeh Şəxs 2000 manat pul və 30 manat dövlət rüsumu alınaraq iddiaçı X4, Bərdə Rayon Məhkəməsinin 2(021)-3176/2021 saylı 20 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə cavabdeh Şəxs 1900 (min doqquz yüz) manat və 30 manat dövlət rüsumu alınıb iddiaçı X7 və Bərdə Rayon Məhkəməsinin 2(021)-2411/2019 saylı 13 iyun 2019-cu il tarixli icra sənədi üzrə cavabdeh Şəxs və X2 müştərək qaydada 500 (beş yüz) manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı X5 verilməlidir. X4 2030 mantdan 930 manat borcu qalıb. X7 1930 manat və X5 250 manat ödənilməmiş borcu vardır. Barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, borcu ödəməkdən yayınmır. 3-4 ay xəstə olublar ailəvi. Evdən çölə çıxa bilməyiblər. Sonra qardaşı rəhmətə gedib. Başı qarışıq olub. Hal-hazırda X5 bütün borcunu və X4 250 manat ödəniş edə bilər. Bundan sonra hər ay ödəniş edəcəyini söz verdiyini qeyd edərək məhkəmədən ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmır. Belə ki, Şəxs iş materiallarından da görünür ki, X4 bir neçə dəfə hissəhissə də olsa borcunu ödəyib və məhkəmə iclasında da əlavə olaraq 250 manat pul ödəmişdir. Bundan başqa X5 olan borcunu isə tam şəkildə məhkəmə iclasında ödəmişdir. X7 isə borcu hissə-hissə ödəyəcəyinə söz verdiyini qeyd etmişdir. Bu faktlar icra məmuru və tələbkarın izahatında da məhkəmə iclas zalında öz təsdiqini tapmışdır. Belə olduğu təqdirdə məhkəmə Şəxs əməlində qərəzlilik kimi halları müşahidə etmir. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar