Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-317/2022 31.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon мəhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayon Qaradəmirçi kəndində qeydiyyatda olub yaşayan Şəxs barəsində Bərdə Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundаn sоnrа İXM) 211.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol araşdırıb, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə Rayon Məhkəməsinə Bərdə Rayon Polis Şöbəsindən Şəxs barəsində İXM-in 211.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında protokol daxil olmuşdur. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X4 bildirdi ki, Şəxs 31.01.2022-ci il tarixdə inzibatçısı olduğu “Qızıl Tac” şadlıq sarayının kiçik banket zalında keçirilməli olan 78 nəfərlik toy mərasimini şaqdlıq sarayının böyük toy zalında keçirmişdir. Bu barədə onlara heç bir sənəd təqdim edilməmişdir. Həmçinin 78 nəfərlik nəzərdə tutulmiş mərasimi 96 nəfərdən ibarət olmuşdur. Bərdə şəhəri H.Aslanov küçəsində icazəsi olmadan karantin qaydalarını pozmuşdur. Barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, “Qızıl Tac” şadlıq sarayını özü idarə edir. O, kiçik banket zalına sifariş qəbul etmiş, lakin mərasimdə iştirak edənlərin sayı 78 nəfərdən çox olduğundan böyük zala keçirmişdir. Həmçinin qeyd etdi ki, şadlıq sarayının böyük zalında da toy keçiriləcəkdi, ancaq sonradan ləğv olunmuşdur. Hər iki zalda məclis keçirilməsi barədə portala məlumat yerləşdirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, Bərdə Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, Şəxs barəsində İXM-in 211.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Bərdə Rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş materiallar natamamdır. Materiallara Şəxs inzibatçısı olduğu “Qızıl Tac” şadlıq sarayında 31 yanvar 2022-ci il tarixdə şənlik mərasimlərinin keçirilməsi üçün icazənin olub-olmaması barədə məlumat əlavə edilməmişdir. Həmçinin böyük toy mərasiminin keçirilməsi üçün qeydiyyatdan keçirilib-keçirilməməsi müəyyən deyil. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən şənlik mərasimlərinin keçirilməsi üçün icazə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 X3 (EHİM) tərəfindən idarə olunan icaze.e-gov.az portalından əldə olunmalıdır. Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumatı portala daxil etməlidir. Həmçinin şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı , qonaq sayı haqqında məlumatlar icaze.e-gov.az portalına əlavə olunmalıdır. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesаb edir ki, Şəxs barəsində İXM-in 211.1-ci maddəsi ilə olan inzibаti prоtоkоl nаtаmаm оlduğundаn inzibаti xətа hаqqındа prоtоkоl onu tərtib etmiş orqana Bərdə Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109-cu mаddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş Şəxs barəsində İXM-in 211.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа Bərdə Rayon Polis Şöbəsinə qaytarılsın. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-317/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-317/2022
31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver