Məhkəmə qərarları › İş №3(021)-32/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-32/2024

15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-32/2024 15.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X11 məhkəmə iclas katibliyi, protokol tərtib etmiş şəxs X13, icra işi üzrə X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1987-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 43 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon İcra və Probasiya şöbəsində xx.xx.2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur. Həmin protokol baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl ona görə tərtib olunmuşdur ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(021)-770/2015 nömrəli icra sənədi üzrə 3.300 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X13 izahatında göstərdi ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(061)-770/2015 nömrəli icra sənədinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X4 və X1 üçün cavabdeh Şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(021)-1387/2014 nömrəli icra sənədi əsasında tutulan alimentin məbləği dəyişdirilərək xx.xx.2015-ci ildən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü xx.xx.2012-ci il təvəllüdlü X4 və X1 üçün hər ay hər uşaq üçün 70 manat və uşaqların müalicəsi başa çatanadək əlavə xərclərə görə hər ay hər uşaq üçün 40 manat müalicə xərci olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat miqdarında pul tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. İcra Şöbəsi tərəfindən borcluya dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə gətirmişdir. Hazırda borclunun tələbkara 3300 manat aliment borcu toplanmışdır. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 1300 manat pulu indi ödədiyini, qalan məbləği isə ödəyəcəyi ilə bağlı tələbkarla razılığa gəldiklərini bildirmişdir. Odur ki, barəsində tərtib edilmiş Bərdə rayon İcra və Probasiya şöbəsinin protokolunun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclаsındа iştirak edən icra işi üzrə X2 ifadəsində borclunun 1300 manatı ödəməyinə və qalan məbləği də 1 (bir) ay müddətinə ödəməyinə razılaşdığını bildirmiş və məhkəmədən işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, X18 barədə İXM-in 528.1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti xəta haqqında işin mаteriаllarına əlаvə edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Şəxs xx.xx.1987-ci il tarixdə ünvan 1 ünvanında yaşayır. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(061)-770/2015 nömrəli icra sənədinə əsasən iddia qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X4 və X1 üçün cavabdeh Şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(021)-1387/2014 nömrəli icra sənədi əsasında tutulan alimentin məbləği dəyişdirilərək xx.xx.2015-ci ildən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü xx.xx.2012-ci il təvəllüdlü X4 və X1 üçün hər ay hər uşaq üçün 70 manat və uşaqların müalicəsi başa çatanadək əlavə xərclərə görə hər ay hər uşaq üçün 40 manat müalicə xərci olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat miqdarında pul tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. İş materiallarında olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X13 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədi üzrə icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borcluya tələbin könüllü icra olunması üçün 10 gün müddət verilmişdir. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmurları X13, X22, hal şahidləri X7, X8 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-770 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs yaşadığı ünvana baxış keçirilmiş və baxış zamanı ailənin zəruri istifadədən həbs qoyulması üçün götürülə biləcək əmlak aşkar edilməmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(021)-177/2022 nömrəli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. Borclu Şəxs məhkəməyə ərizə verərək iş üzrə X5 3300 manat aliment borcu olduğunu, hazırda həmin borcdan 1300 manat ödədiyini, qalan 2000 manat borcu isə 2 ay müddətinə ödəyəcəyi ilə bağlı tələbkarla razılığa gəldiklərini bildirmiş və məhkəmədən işə xitam verilməsini xahiş etmişdir. X2 məhkəməyə ərizə verərək borclu Şəxs borclu olduğu 3300 manat aliment borcu ilə əlaqədar 1300 manat aliment ödədiyini, qalan aliment borcunu isə 1 (bir) ay müddətinə ödəyəcəyi ilə bağlı razılığa gəldiklərini bildirmiş və məhkəmədən işə xitam verilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, olan Şəxs borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, olan Şəxs borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. Bundan başqa o, borcu bu günədək tam ödəyə bilməməsini maddi imkanı olmaması ilə əlaqələndirmiş, hər bir halda özünü təqsirli bilmiş, icra işi üzrə xeyli məbləğdə ödənişlər etmiş, icra sənədinin icrasından qərəzli yayınması nəticəsinə gələcək hər hansı hərəkətə yol verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs bu günə qədər borcu ödəməməkdə heç bir qərəzliliyi yoxdur, sadəcə olaraq maddi imkanı olmadığından bu günədək borcunu tam ödəyə bilməmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdən görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(061)- 770/2015 nömrəli icra sənədinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X4 və X1 üçün Bərdə rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(021)-1387/2014 nömrəli icra sənədi əsasında tutulan alimentin məbləği dəyişdirilərək xx.xx.2015-ci ildən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü xx.xx.2012-ci il təvəllüdlü X4 və X1 üçün hər ay hər uşaq üçün 70 manat və uşaqların müalicəsi başa çatanadək əlavə xərclərə görə hər ay hər uşaq üçün 40 manat müalicə xərci olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat miqdarında pulun tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda tərəflər ödənişlə bağlı razılaşmışlar, belə ki, iddiaçı tərəfindən borcun 1300 manatı hazırda ödənilmiş, geri qalan borcun növbəti ay ərzində ödənilməsi ilə bağlı tərəflər razılaşmışlar. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs icranı qərəzli gecikdirməsindən və əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar