Məhkəmə qərarları › İş №3(021)-322/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-322/2022

17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-322/2022 17.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, X19 Polis Şöbəsinin polis baş inspektoru X9-lunun, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, 20 noyabr 1970-ci il tarixdə Bərdə rayonun-da doğulmuş,orta təhsilli, fərdi əməklə məş-ğul olan, Bərdə rayonu, Məmmədli kəndin-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* və İXP ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 11 noyabr 2021-ci il tarixdə X5 idarə etdiyi Vaz 21013 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə vətandaş Şəxs idarə etdiyi Vaz-21061 markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobillər Alpout-Qılınlı kənd avtomobil yolunun Bərdə rayonunun Hacılar kəndi ərazisindən keçən 6cı km-də toqquşmuşlar. Nəticədə Vaz 21013 markalı avtomobilin sürücüsü Ruhi Əlizadə və onun avtomobilində olmuş sərnişin X10 və Vaz-21061 markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs və sonuncunun avtomobilində olmuş sərnişinlər X6 və X1 yüngül zərər vurmaya aid xəsarətlər almışlar. Bununla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllə-sinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında X19 Polis Şöbəsinin polis baş inspektoru X4 ifadəsində göstərdi ki, 11 noyabr 2021-ci il tarixdə X5 idarə etdiyi Vaz 21013 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə vətandaş Şəxs idarə etdiyi Vaz-21061 markalı **-OD- *** dövlət qey-diyyat nişanlı avtomobillər Alpout-Qılınclı kənd avtomobil yolunun Bərdə rayonunun Hacılar kəndi ərazisindən keçən 6-cı km-də toqquşmuşlar. Nəticədə Vaz 21013 markalı avtomobilin sürücüsü Ruhi Əlizadə və onun avtomobilində olmuş sərnişin X10 və Vaz-21061 markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs və sonuncunun avtomobilində olmuş sərnişinlər X6 və X7 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışlar. Məhkəmədən onun barəsində qanunamüvafiq tətbir görül-məsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs bildirdi ki, o, özünə məxsus Vaz 21061 markalı **-OD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 11 noyabr 2021-ci il tarixdə saat 17-30 radələrində heç bir spirtli içki gəbul etmədən və avtomobilində X8 və X6 olmaqla Alpout- Qılınclı kənd avtomobil yolunun Bərdə rayonunun Hacılar kəndi ərazisindən keçən 6-cı km ilə Qılınclı kənd istiqamətinə təxminən saat 60-70 km saat sürəti ilə hərəkətdə olarkən, hava yağmurlu olduğundan yol yol yaxşı görünmədiyindən o, hardasa 15-20 metr məsafədən hadisədən sonra adını bildiyi Ruhi adlı şəxsin idarə etdiyi Vaz 21013 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin yolun ortasında dayanmış olduğunu, yəni avtomobilin qarşı tərəfi onun yluna doğru istiqamətdə olsa da onun yoluna daxil olmadığı vəziyyətdə dayanmış olduğunu görmüşdür. Həmin vaxt elə güman etmişdir ki, o, həmin maşınba çatana gədər Ruhi adlı şəxs avtomobilini idarə edib yolun sol tərəfindən keçib gedəcəkdir. Həmin an çaşqınlıq edərək, yəni öz yolunun soluna tərəf avtomobilini çıxardaraq, həmin sürücünün onun yolundan ötüb keçəcəyini və özünün də onun arxa tərəfindən ötüb keçəcəyini düşünüb hərəkət etsə də hər şey onun düşündüyü kimi olmamışdır. Həmin sürücü elə maşını həmin vəziyyətdə saxladığından o, maşının ön hissəsi ilə həmin Vaz 21013 markalı avtomobilin sağ yan tərəfi ilə öz avtomobilinin qabağ sağ tərəfini toqquşmuşdur. Nəticədə o öz avtomobilində olmuş sərnişinlər Bəhram və İlham xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanansına daxil olub ilkin tibbi yardım almışlar. Eyni zamanda qarşı avtomobildə olmuş sürücü və onun avtomo-bilində olmuş sərnişin Elşən xəsarət alaraq onlar da xəstəxanaya daxil olmuşlar. Hadisə ərafəsində heç bir spirtli içki qəbul etməmişdir. Barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin 17 yanvar 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkib əlamətləri olmasına baxmayaraq zərərçəkmiş şəxslə barışdığından və onlara dəymiş ziyanı tam ödəməklə törətmiş olduğu cinayət əməlinin səmimi etiraf edib peşmançılıq çəkməsini nəzərə alıb, onun barəsində həmin maddə ilə cinayət tərkibi olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş,sürücü X5 əməlində Azər-baycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun da barəsində həmin maddəsinin tərkib əlamətləri olmadığından onun da barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş. Sürücü Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri, sürücü X5 əməlində İnzibati Xətalar Məcəlləsinin 332.2-ci və X11 əməlində İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə barələrində inzibati icraat açılması üçün qərarın surəti Bərdə rayon Polis şöbəsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Bərdə rayon Polis şöbəsinin istintaq bölməsinin müstəntiqi polis mayoru X2 cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 yanvar 2022-ci il tarixli qərarı, habelə inzibati xəta haqqında 11 noyabr 2021-ci il tarixli İXP ******* və İXP ******* nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barə-sində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarından ödənişindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ İnzibati xəta törətmiş Şəxs əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar