Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-327/2022 07.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Yevlax rayonu 2ci Salamabad kəndində doğulmuş, orta təhsilli, işləməyən, subay, Bərdərayonu, Əliyanlı kən-dində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 fevral 2022-ci il tarixdə Bərdə şəhəri, Gəncə küçəsində məhkəmənin inzibati binasının yaxınlığında və Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X6 izahatında göstərdi ki, Şəxs oğlnun əvəllər də polis əməkdaşları ilə problemi olub, ona görə də əməkdaşları görəndə mübahisə yaranıb 04 fevral 2022-ci il tarixdə Bərdə şəhəri, Gəncə küçəsində məhkəmənin inzibati binasının yaxınlığında və Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən o məcburi şəkildə polis şöbəsinə gətirilib. Səhvini etiraf edib, əməlindən peşmandır. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsin xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 04 fevral 2022-ci il tarixdə Bərdə şəhəri, Gəncə küçəsində məhkəmənin inzibati binasının yaxınlığında və Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında mübahisə yarandı. Şöbəyə dəvət etdilər, o da getmədi. Səhv edib, əməlindən səmimi peşmandır. Himayəsində iki azyaşlı və biri yetkinlik yaşına çatmayan uşağı var. Söz verir ki, bir daha ictimai qaydanı pozmayacaq. Məhkəmədən barəsində qanunamüvafiq tətbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid Bərdə rayon X10 Patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı şahid X2 verdiyi izahatında göstərdi ki, 04 fevral 2022-ci il tarixdə Bərdə şəhəri, Gəncə küçəsində məhkəmənin inzibati binasının yaxınlığında və Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən o məcburi şəkildə polis şöbəsinə gətirilib. Məhkəmə iclasında şahid Bərdə rayon X10-Patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X9 verdiyi izahatında göstərdi ki, 04 fevral 2022-ci il tarixdə Bərdə şəhəri, Gəncə küçəsində məhkəmənin inzibati binasının yaxınlığında və Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən o məcburi şəkildə polis şöbəsinə gətirilib. Məhkəmə iclasında şahid Bərdə rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsi əməliyyat müvəkilli, polis baş leytenantı X1 verdiyi izahatında göstərdi ki, 04 fevral 2022ci il tarixdə Bərdə şəhəri, Gəncə küçəsində məhkəmənin inzibati binasının yaxınlığında və Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən o məcburi şəkildə polis şöbəsinə gətirilib. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin və şahidlərin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 04 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki Şəxs 04 fevral 2022-ci il tarixdə Bərdə şəhəri, Gəncə küçəsində Məhkəmə inzibati binasının yaxınlığında və Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə həbs tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən Şəxs törətmiş olduğu əməlindən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRAR ALDİ Şəxs Bərdə rayon X7 Təhlükəsizlik Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 04 fevral 2022-ci il tarixdən, saat 18:30-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-327/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-327/2022
07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver