Məhkəmə qərarları › İş №3(021)-328/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-328/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-328/2024 28.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin, polis polkovnik X2 tərəfindən qəbul edilmiş EQ/17927092 saylı, 08 noyabr 2023-cü il tarixli qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin, polis polkovnik X2 tərəfindən qəbul edilmiş EQ/17927092 saylı, 08 noyabr 2023-cü il tarixli qərar ilə X8 barəsində İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X8 həmin qərardan şikayət verərək, qəbul edilmiş EQ/17927092 nömrəli, xx.xx.2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X8 şikayətini belə əsaslandırmışdır ki, "Mersedes Benz E220" markalı, **-MT-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili mülkiyyətindədir. Səhhəti ilə əlaqədar Bakı şəhərinə gedərkən avtomobilini yaxın qohumu Ramil Xudai idarə etmişdir. 08 noyabr 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında EQ 17927092 nömrəli protokol tərtib olunub və həmin protokola əsasən guya o, Bakı şəhəri Qaradağ rayonu, Korgöz qəsəbəsi ərazisində sürücülük hüququ olmadan özünə məxsus avtomobili idarə etməklə yol hərəkəti haqqında qaydanı pozmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, 08 noyabr 2023-cü il tarixli, EQ 17927092 saylı inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Belə ki, mülkiyyətində olan "Mersedes Benz E220" markalı, **-MT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sürücülük hüququ olmadığı üçün idarə etmir. 08 noyabr 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən həmin avtomobil onun tərəfindən yox, qohumu Ramil Xudai oğlu tərəfindən idarə olunmuşdur. Həmin vaxt o, avtomobilin qabaq oturacaq hissəsində əyləşmişdir. Bu fakt yolda quraşdırılmış texniki vasitələr tərəfindən tam qeydə alınmış və fotoşəkil çəkilmişdir. Lakin buna baxmayaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən 300 manat məbləğində cərimə olunmuşdur. Qərarın ləğv olunması xahiş olunmuşdur. Məhkəmə iclasında şikayətçi X8 göstərdi ki, "Mersedes Benz E220" markalı, **-MT-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili mülkiyyətindədir. 08 noyabr 2023-cü il tarixdə Bakı şəhərinə gedərkən avtomobili sürücülük hüququ olan şəxs qohumu Ramil tərəfindən idarə olunmuş, Bakı şəhəri Qaradağ rayonu, Korgöz qəsəbəsi ərazisində Ramil tərəfindən surət həddi nəzərdə tutulmuş sürət həddindən 20 km/saat artıq olmuşdur. Avtomobil onun mülkiyyətində olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək, 08 noyabr 2023-cü il tarixdə barəsində 300 manat məbləğində cərimə olunmasına dair EQ 17927092 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan başqa qohumu Ramil 26 oktyabr 2023-cü il tarixdə onun mülkiyyətində olan Mercedes Benz E220 CDİ minik markalı **-MT- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan yolunun 91.3-cü km-də hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 20 km/saat həddini aşmış, bununla da Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün, onun barəsində İXM-nin 328.1-ci maddəsinin sanksiyasında qeyd olunan inzibati xətanın törədilməsinə görə 10 manat məbləğində inzibati cərimə nəzərdə tutulsa da, 26 oktyabr 2023-cü il tarixli EQ 17696514 nömrəli qərarla ona 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17696514 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş, Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)- 1742/2023 saylı qərarı ilə xx.xx.2023-cü il tarixli, EQ 17696514 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında material yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə göndərilmişdir. Araşdırma aparılmış, barəsində 10 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmiş və həmin cəriməni ödəmişdir. Ödəniş qəbzini şikayətə əlavə etmişdir. Odur ki, şikayətinin təmin edilməsi, 08 noyabr 2023-cü il tarixdə mülkiyyətində olan "Mersedes Benz E220" markalı, **-MT-*** dövlət nömrə nişanlı minik avtomobil onun tərəfindən idarə olunmadığı halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə olunması barədə qəbul edilmiş 08 noyabr 2023-cü il tarixli, EQ 17927092 nömrəli, həmçinin həmin qərardan əlavə qəbul edilmiş 08 noyabr 2023-cü il tarixli nömrəsiz inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini məhkəmədən xahiş edir. Qərar qəbul etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin texniki vasitələri olan SmartRadar tərəfindən ötürülən məlumat əsasında qəbul edilmiş 08 noyabr 2023-cü il tarixli, EQ 17927092 saylı qərarından görünür ki, X8 İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin, polis polkovnik X2 tərəfindən qəbul edilmiş 08 noyabr 2023-cü il tarixli qərarından görünür ki, X8 İXM-nin 328.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)- 1741/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş 08 noyabr 2023-cü il tarixli, EQ 17927092 saylı qərarından X5 verdiyi şikayət təmin edilməmiş, EQ 17927092 saylı, 08 noyabr 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 3(104)-87/2024 nömrəli qərarından görünür ki, Apellyasiya şikayətinin qismən təmin edilməsi, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)-1741/2023 saylı qərarı ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən araşdırılması üçün Bərdə rayon Məhkəməsinə qaytarılması haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, EQ/17696514 saylı qərar üzrə 9 manat cərimə ödənilmişdir. AZE №13207635 saylı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1955-ci ildə Bərdə rayonu, Kələntərli kəndində doğulmuşdur, Bərdə rayonu, Kələntərli kəndində qeydiyatdadır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2424 saylı arayışdan görünür ki, X4 rayonu, Kələntərli kəndində yaşayır. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materialları və şikayətçinin izahatı ilə müəyyən olunur ki, "Mersedes Benz E220" markalı, **-MT-*** dövlət nömrə nişanlı minik avtomobili X5 mülkiyyətində olmasına baxmayaraq 08 noyabr 2023-cü il tarixdə X5 qohumu Ramil Xudai tərəfindən idarə olunmuş, Bakı şəhəri Qaradağ rayonu, Korgöz qəsəbəsi ərazisində Ramil tərəfindən "Mersedes Benz E220" markalı, **-MT-*** dövlət nömrə nişanlı minik avtomobili idarə olunarkən, idarə olunan surət həddi yolda nəzərdə tutulmuş sürət həddindən 20 km/saat artıq olmuşdur. Lakin buna baxmayaraq "Mersedes Benz E220" markalı, **-MT-*** dövlət nömrə nişanlı avtomobil X5 mülkiyyətində olduğundan X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək, 08 noyabr 2023-cü il tarixdə barəsində 300 manat məbləğində cərimə olunmasına dair EQ 17927092 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan başqa 26 oktyabr 2023-cü il tarixdə X5 mülkiyyətində olan Mercedes Benz E220 CDİ minik markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil qohumu Ramil tərəfindən Bakı-Qazax-Gürcüstan yolunun 91.3-cü km-də idarə olunarkən Ramil yolda müəyyən edilmiş hərəkət sürəti 20 km/saat həddini aşmış, İXM-nin 328.1-ci maddəsinin tələbləri pozulduğundan X8 26 oktyabr 2023-cü il tarixli, EQ 17696514 nömrəli qərara əsasən 100 manat cərimə olunmuşdur. İXM-nin 328.1-ci maddəsinin sanksiyasında qeyd olunan inzibati xətanın törədilməsinə görə 10 manat məbləğində inzibati cərimə nəzərdə tutulduğundan X8 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17696514 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş, Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)-1742/2023 saylı qərarı ilə xx.xx.2023-cü il tarixli, EQ 17696514 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında material yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə göndərilmişdir. Araşdırma aparılmış, X8 barəsində 10 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmiş və o, həmin cəriməni ödəmişdir. Məhkəmə hesab edir ki, EQ 17927092 saylı xx.xx.2023cü il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edərkən gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, Belə ki, İXM-in 328.1-ci maddəsi ilə 10 manat inzibati cərimə nəzərdə tutulduğu halda şikayət verən şəxs İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinib 300 manat inzibati cərimə tənbehi tətbiq edilmişdir. Göründüyü kimi inzibati orqan tərəfindən qanunvericilik norması səhv tətbiq edilmişdir və həmin ziddiyyətli halın məhkəmə tərəfindən aradan qaldırılması mümkün deyil. Bundan başqa Bərdə rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 3(021)- 1742/2023 saylı qərarı ilə X8 barəsində DİN BDYPİ tərəfindən İXM-in 328.1-ci maddəsi ilə qəbul edilmiş 26 oktyabr 2023-cü il tarixli EQ 17696514 saylı inzibati tənbeh vermə haqqında qərar da ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN BDYPİ-yə göndərilmişdir. İş materialında olan inzibati tənbeh vermə haqqına qərara əlavə edilmiş fotoşəkildən isə şikayət verən şəxs X3 arxasında deyil, sükan yanındakı sərnişin oturacağında əyləşdiyi görünür. Belə olan halda məhkəmə hesab edir ki, şikayət təmin edilməklə EQ/17927092 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, İXM-in 332.3-cü maddəsi ilə olan hissədə iş üzrə icraata xitam verilməli, İXM-in 328.1-ci maddəsi ilə olan hissədə iş yenidən araşdırma aparılması üçün BDYPİ-nə göndərilməlidir. İXM-nin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir. İXM-in 332.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə üç yüz manat məbləğində cərimə edilir. İXM-in 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Həmin maddənin İV hissəsində nəqliyyat vasitələrinin dayanmasının, Vİ hissəsində isə nəqliyyat vasitələrinin durmasının qadağan edildiyi yerlərin siyahısı verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206– 208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 saylı Fərmanının 5.1-ci bəndinə əsasən həmin İXM-nin 157, 209, 212.1, 212.4, 266.3, 266.4, 290.1.1 – 290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 326-1, 327.1 – 327.7, 328 – 331, 332.1 – 332.3, 333.1, 333-1.1, 334.1, 334-1.1,335.1 – 335.4, 336, 337.1 – 337.4, 338.1 – 338.5, 338.8, 338.9, 339.1, 339.1-1, 342.1.1 – 342.1.8, 342.1.11, 342.2 – 342.7, 343.1, 343.4, 343.8, 343-1.1, 343-1.5, 343-1.10, 344, 345, 346, 347, 352.0.1, 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1 – 353.4, 353.6, 354.0.7, 355 – 358, 428.5, 443.2, 457-1.1.1, 457-1.1.2, 457-1.2, 510, 513, 514, 517.0.1 – 517.0.6, 517.0.9 – 517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583 – 586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. İXM-in 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və İXM-in 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. İXM-in 137.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: X8 barəsində İXM-in 332.3-cü mаddələri ilə DİN BDYPİ Polis Polkovnik X2 tərəfindən EQ/17927092 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında Elektron qərar ləğv edilsin, X8 barəsində İXM-in 332.3-cü maddəsi ilə olan hissədə iş üzrə icraata xitam verilsin, İXM-in 328.1-ci maddəsi ilə olan hissədə isə qərar inzibati araşdırma aparılması üçün səlahiyyətli orqan olan DİN BDYPİ-nə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar