Məhkəmə qərarları › İş №3(021)-329/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-329/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-329/2024 28.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Laçın rayon,Kalafalıq kəndində doğulmuş, subay, orta təhsilli, işləməyən, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində yaşayan Şəxs(Ş/V: AA*******), Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 590.2-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs yaşadığı evdə babasından qalan “İJ 237” markalı, 12 kalibirli qoşa lülə ov tüfəngini Bərdə rayonu, Nazırlı kəndində qanunsuz olaraq heç bir sənəd olmadan gəzdirmişdir. Bərdə rayon Polis şöbəsində 13 mart 2024-cü il tarixdə İXM-in 590.2-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xəta haqqında MN № ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə protokol tərtib etmiş orqana məlumat verilmiş, buna baxmaraq protokol tərtib etmiş orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, həmin tüfəng ona babasından yadigar qalmışdır. Törətdiyi əməldə özünü təqsirli bilir. Məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. İş materiallarında olan Bərdə rayon X4 Bölməsinin təhqiqatçısı, polis mayoru X2 14 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində HK-1/4950 sayla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bərdə rayon Polis şöbəsinin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bərdə rayonu Nazırlı kəndində qanunsuz olaraq İJ 237 markalı, 12 kalibirli qoşa lülə ov silahını heç bir sənəd olmadan gəzdirmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi toplanmış inzibati xəta haqqında material və mötəbər sübutlar ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 590.2.ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs babasına məxsus “İJ 237” markalı, 12 kalibirli qoşa lülə ov tüfəngini Bərdə rayonu, Nazırlı kəndində qanunsuz olaraq heç bir sənəd olmadan gəzdirmişdir. Bununla da Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İXM-in 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İXM-in 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən peşimançılıq hissi keçirməsini və ilk dəfə inzibati xəta törətməsini, vətən müharibəsi iştirakçısı və qazisi olmasını onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır, məhkəmə tərəfindən hazırki inzibati xəta haqqında iş üzrə inzibati xəta törədən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə inzibati xəta törətmiş Şəxs şəxsiyyətini və törətdiyi əməli nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ov silahı müsadirə edilməklə 80 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib bаrəsində “İJ 237” markalı, 12 kalibirli qoşa lülə ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə Rayon Polis Şöbəsinə və Bərdə rаyоn İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar