Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-33/2022 03.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1980-cı ildə Bərdə şəhərində anadan olmuş, orta təhsilli, subay, Bərdə şəhəri, A.Əhmədov küçəsi ev 13-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 yanvar 2022-ci ildə saat 1330-da idarə etdiyi VAZ-21214 minik markalı 90 TT-167 dövlət qeydiyyat nişanlı avtomaşına çoxavazlı səs siqnalı quraşdıraraq idarə etmişdir. Bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, VAZ-21214 minik markalı 90 TT-167 dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. Avtomobilinə çoxavazlı səs siqnalı quraşdırmışdır. 11 yanvar 2022-ci ildə saat 13 radələrində Bərdə şəhəri “Nüşabə” qalasının həyətində işlətdiyi çayxanada olarkən polis əməkdaşı gəlmiş, ona məxsus VAZ-21214 minik markalı 90 TT-167 dövlət qeydiyyat nişanlı avtomaşına yaxınlaşaraq avtomobildə çoxavazlı səs siqnalının olub-olmadığını soruşmuşdur. Özü də avtomobilində çoxavazlı səs siqnalının olduğunu, lakin siqnaldan istifadə etmədiyini bildirmişdir. Daha sonra bir neçə polis əməkdaşı həmin yerə gələrək avtomobilini polis şöbəsinə aparmışlar. Avtomobilinə çoxavazlı səs siqnalı quraşdırdığına görə peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə inzibati xəta haqqında 11 yanvar 2022-ci il tarixli İXP ******* nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 342.9, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinib, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş çoxavazlı səs siqnalı müsadirə edilməklə 500(beş yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-33/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-33/2022
03.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver