Məhkəmə qərarları › İş №3(021)-33/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-33/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-33/2024 30.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X4 məhkəmə iclas kаtibliyi, şikayətçi X1 iştirakı ilə, Şikayətçi (barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs) X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında protokol tərtib edilən X3 məhkəməyə şikayət verərək ona yazılan İXP5929935 nömrəli protokolun ləğv edilməsini, sürücülük vəsiqəsində qeyd olunan 5 (beş) balın ləğv edilməsini, onun şəxsiyyətini təhqir edən və sağlamlığına zərər vuran polis polkovnik-leytenantı Yelmar Paşayevin, polis kapitanı Valeh Mustafayevin, 1805, 1806 döş nişanları olan YPX inspektorları və şəxsiyyətini məlum olmayan PPX əməkdaşı şəxslərin cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə müvafiq qərardadla şikayətçi X2 geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, İXM-nin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə, iş materiallarından göründüyü kimi şikayət verən şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan deyil, inzibati tənbeh vermə haqqında qərardan yaşayış yeri üzrə məhkəməyə şikayət verə bilər ki, şikayət verən Taleh Məşədiyev belə (mübahisələndirdiyi) qərarı şikayət ərizəsinə əlavə etməmişdir, belə olduğu təqdirdə şikayət geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə şəxsin döyülməsi və xəsarət alması məsələsinin araşdırılması üçün Taleh Məşədiyevə aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyyə edir. Qeyd edilənləri və İXM-in 130-cu maddəsini nəzərə alaraq məhkəmə QƏRАRА АLDİ: X3 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar