Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-333/2024 04.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X4 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 şikayət verərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsinə əsasən xx.xx.2014-cü il tarixdə MN ******* nömrəli protokol tərtib edilmişdir. Buna əsas kimi qeydiyyat qaydalarına əməl edilməməsi göstərilmişdir. Lakin hesab edir ki, barəsində tərtib olunmuş protokol qanunsuz və əsassızdır. Belə ki, o, Bərdə şəhərində qeydiyyata düşmək üçün Azərbaycan Respublikası DMX-nin Yevlax rayon Regional İdarəsinə müraciət etmiş, müvafiq sənədləri təqdim etmiş və əlavə olaraq Bakı şəhərində yaşadığı və Bakı şəhərinə qeydiyyata düşəcəyini bildirmişdir. Daha sonra o Bərdə şəhərinə qeydiyyata düşmüş və ona xx.xx.2023-cü il tarixdə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Bundan sonra Bakı şəhəri 3 saylı Asan Xidmətdə AR DMX-nə müraciət edərək ünvan 1 ünvanına qeydiyyata düşməyini xahiş etmiş və sənədləri qeydiyyata alınana qədər, yəni müraciətinin icrası təmin olunana qədər Bərdə şəhərinə geri qayıtmışdır. Daha sonra onu AR DMX-nin Yevlax rayon Regional İdarəsinə dəvət etmişlər və barəsində protokol tərtib edilərək cərimə olunduğumu bildirmişlər. Göründüyü kimi o, qanunvericiliyin tələblərinə tam əməl etsə də, barəsində əsassız olaraq protokol tərtib edilmiş və cərimə edilmişdir. O, qeydiyyat yerini dəyişmək barədə qanunvericiliyin tələblərinə uyğun şəkildə AR DMX-nə müraciət etmiş, lakin AR DMX-nin Yevlax rayon Regional İdarəsi qeydiyyat qaydalarına əməl etmədiyini əsas gətirərək onu cərimə etmişdir. Halbuki, onun müraciətinin qeydiyyata alınması, baş idarədən aidiyyəti üzrə göndərilməsi AR DMX-nin daxili məsələsidir. AR DMX-nə müraciət etdiyi halda həmin müraciətin aidiyyəti üzrə göndərilmədiyi hallar vətəndaşın, o cümlədən onun vəziyyətinin ağırlaşmasına yönləlməməlidir. Buna görə də hesab edir ki, barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X4 İdarəsinin mümayəndəsi X5 məhkəməyə sənədlər təqdim edəərk, bildirdi ki, X10 Bərdə şəhəri,Qasım bəy Zakir küçəsi,ev 23 ünvanına 30 dekabr 2023-cü il tarixdən 30 mart 2024-cü il tarixinədək müvəqqəti yaşamaq üçün qeydiyyata düşüb. Lakin həmin gündən Bakı şəhərində yaşamış və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məlumat verməmişdir. Məhkəmə iclasında şikayətçi X10 məhkəməyə ərizə ünvanlayaraq hazırda Türkiyədə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərərk, həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını, barəsində şikayət verilmiş qərar üzrə ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim edilmiş materiallarla birlikdə əlaqəli şəkildə araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Əcnbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsi müddətinin uzadılması barədə Ərizə-Anketdən görünür ki, X10 ərizə anketdə qeydlər aparmış və İXMnin 575.1.5-ci maddəsinin ona izah edildiyini və məsuliyyətini dərk etdiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, X10 Bərdə şəhəri,Qasım bəy Zakir küçəsi,ev 23-də qeydiyyatdadır. Ona müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. İcazənin verilmə tarixi xx.xx.2023. Etibarlılıq tarixi-xx.xx.2024 İş materiallarına əlavə edilmiş X3 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, bildirmişdir ki, X10 Bərdə şəhəri,Qasım bəy Zakir küçəsi,ev 23 envanına qeydiyyata düşmüşdür. Həmin ünvanda yerləşən mənzil ona məxsusdur. X10 30 dekabr 2023-cü il tarixdən 30 mart 2024-cü il tarixinədək müvəqqəti yaşamaq üçün onun ünvanına qeydiyyata düşüb. Vəsiqəni aldığı vaxtdan Bakı şəhəri Xırdalan rayonu Abşeron City yaşayış massivində yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN №1902692 saylı protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdən şəxsin bir yerdən başqa yerə getdikdə yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etmədiyindən X10 barəsində İXM-nin 575.1.5-ci maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş X4 İdarəsinin 19 fevral 2024-cü il tarixli MN №1584120 saylı qərardan görünür ki, xx.xx.2024-cü il tarixli MN №1902692 saylı protokola baxılaraq X10 İXM-nin 575.1.5-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 23-1-ci bəndinə əsasən Əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verilərkən, habelə əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılarkən onlar eyni zamanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınırlar. Həmin Əsasnamənin 23-2-ci bəndinə əsasən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə və ya qaçqın statusu almış, habelə ölkədə müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yaşayış yerini dəyişdikdə 10 gündən gec olmayaraq yeni yaşayış yeri üzrə qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. İş materiallarından görünür ki, X10 Bərdə şəhəri,Qasım bəy Zakir küçəsi,ev 23 ünvanına 30 dekabr 2023-cü il tarixdən 30 mart 2024-cü il tarixinədək müvəqqəti yaşamaq üçün qeydiyyata düşüb. Lakin həmin gündən Bakı şəhərində yaşamış və yeni yaşayış yeri üzrə qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdir. Miqrasiya Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Həmin Məcəllənin 21.5.2-ci maddəsinə əsasən, viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə qeydiyyata alınırlar. Həmin Məcəllənin 21.8-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər. Həmin Məcəllənin 21.9-ci maddəsinə əsasən , əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində bu Məcəllənin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X8 əməlində İXM-nin 575.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi işdə olan material ilə sübut olunur. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə protokol tərtib olunarkən və qərar qəbul olunarkən mahiyyəti pozulmamış, yəni inzibati xətanı törədildiyi aydın olur. Beləliklə məhkəmə qeyd edir ki, X8 şikayəti təmin olunmamalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından X10 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı qanuni hesab edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-333/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-333/2024
04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver