Məhkəmə qərarları › İş №3(021)-334/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-334/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-334/2024 04.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 15 yanvar 2024-cü il tarixli EQ19805902 nömrəli protokol və 11 fevral 2024-cü il tarixli EQ19805906 nömrəli protokol üzrə 06 mart 2024-cü il tarixli qərarlarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 06 mart 2024-cü il tarixli qərar ilə 15 yanvar 2024-cü il tarixli EQ19805902 nömrəli protokola əsasən X4 barəsində İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 06 mart 2024-cü il tarixli qərar ilə 11 fevral 2024-cü il tarixli EQ19805906 protokol nömrəli protokola əsasən X4 barəsində İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 həmin qərardan şikayət verərək, Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş EQ 19805902 nömrəli protokol üzrə çıxarılmış xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 həmin qərardan şikayət verərək, Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş EQ 19805906 nömrəli protokol üzrə çıxarılmış xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki,**-AX-*** dövlət qeydiyyat nişanlı, "Toyota Camry" markalı avtomobil hazırda onun istifadəsindədir. Ona xx.xx.2024-cü il tarixdə İXMnin 339.1-1 (avtomobili texniki baxışdan keçirmədən idarə etməyə görə) maddəsi ilə cərimə barədə sms bildiriş gəlib. Daxili İşlər Nazirliyinin "e- xidmet.mia.gov.az" saytı vasitəsilə şəxsi kabinetə baxarkən, onun barəsində EQ 19805901, EQ 19805902, EQ 19805905, EQ 19805906 nömrəli protokollar üzrə xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarların olduğunu görmüşdür. İlk öncə EQ 19805901 saylı protokol üzrə qərar çıxarılmış və onunla eyni gündə eyni maddə ilə digər qərarlar da çıxarılmışdır. Hesab edir ki, 2-ci, 3-cü və 4-cü qərarlar qanunsuz və əsassızdır. Belə ki, onun barəsində İXM-nin 339.1-1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə EQ 19805901 nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Beləliklə, o, xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İXM- nin 339-cu maddəsinin qeydində göstərilir ki, Şəxs bu Məcəllənin 339.1-ci və 339.1- 1-ci maddələrində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Lakin buna baxmayaraq, bundan nəinki 20 gün, heç bir gün belə keçmədən onun barəsində xx.xx.2024-cü il tarixdə İXM-nin 339.1-1-ci maddəsinə əsasən təkrarən EQ 19805902 saylı protokol üzrə inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və o təkrarən həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Beləliklə, 20 gün keçmədən, onun ikinci dəfə eyni maddə ilə inzibati məsuliyyətə cəlb olunmağı qanunun tələblərinə ziddir. X7 tərəfindən artıq ikinci dəfədir ki belə hala yol verilir və onun barəsində elektron qərar çıxarılır. Bundan əvvəl də, eyni qaydada 20 gün keçmədən 339.1-1-ci maddə ilə təkrarən inzibati məsuliyyətə cəlb olunmuşdur. Gəncə Apelyasiya Məhkəməsinin müvafiq qərarı ilə BDYPİ-nin həmin qərarına xitam verilmişdir. DYP-nin bu qanunsuz hərəkətləri səbəbindən o, uzun müddətdir ki, avtomobili texniki baxışdan keçirə bilmirə. Məhkəmə cəriməyə xitam versə belə, DYP tərəfindən məhkəmənin qərarı icra edilmirdi və yalnız Daxili İşlər Nazirliyinə şikayət ünvanladıqdan sonra 2 ay sonra məhkəmənin qərarı icra olunmuş və cərimə DYP sistemindən silinmişdir. Bu yubatmalara görə, avtomobilin üzərində uzun müddət cərimə qalmış və bu səbəbdən texniki baxışdan imtina olunmuşdur. Avtomobil üzərində cərimə olduğu hallarda DYP texniki baxışdan imtina edir. Beləliklə, bütün bu hərəkətlər hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Qeyd olunanları nəzərə alaraq, hesab edir ki, şikayəti təmin olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bərdə rayon Məhkəməsinin 3(021)-335/2024 saylı, 04 aprel 2024-cü il tarixli qərarı ilə X2 şikayətləri üzrə 3(021)-334/2024 və 3(021)-335/2024 saylı inzibati işlər bir icraatda birləşdirilərək 3(021)-334/2024 nömrə ilə baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərar qəbul etmiş Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasına gəlməmişlər. Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 isə məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 06 mart 2024-cü il tarixli qərar ilə 13 dekabr 2023-cü il tarixli EQ19805901 nömrəli protokola əsasən X4 barəsində İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 06 mart 2024-cü il tarixli qərar ilə 15 yanvar 2024-cü il tarixli EQ19805902 nömrəli protokola əsasən X4 barəsində İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 06 mart 2024-cü il tarixli qərar ilə 11 fevral 2024-cü il tarixli EQ19805906 protokol nömrəli protokola əsasən X4 barəsində İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olunur ki, X4İXM-nin 339.1-1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 15 yanvar 2024-cü il tarixli EQ19805902 nömrəli protokol v ə 11 fevral 2024-cü il tarixli EQ19805906 protokol üzrə 06 mart 2024-cü il tarixli qərarlar ilə inzibati qaydada cərimələnmişdir. Həmçinin müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 06 mart 2024-cü il tarixli qərar ilə 13 dekabr 2023-cü il tarixli EQ19805901 nömrəli protokola əsasən X4 barəsində İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi olmuşdur. X3 Məhkəməsinin 3(104)-22/24 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)-1734/2023 saylı qərarı ləğv olunmuş, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 13 noyabr 2023-cü il tarixli, EQ 18025061 saylı qərarından verdiyi şikayət təmin edilsin. Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 13 noyabr 2023-cü il tarixli, EQ 18025061 saylı qərarı ləğv edilmiş və X2 barəsində Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə şikayətin dəlillərini, həmin qərarların qanuniliyini və əsaslılığını işin müəyyən olunmuş halları əsasında yoxlayaraq hesab edir ki, səlahiyyətli orqanın qərarından verilən şikayət əsaslı olduğundan təmin edilməli və həmin qərarlar ləğv edilərək yenidən araşdırılmaya göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (mətndə bundan sonra: «Konstitusiya») 60-cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İkinci (İİ) hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci (Vİİ) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (İİİ) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1 və 84.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. İXM-in 339.1-1-ci maddəsində nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdur. Həmin maddənin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 339.1-ci və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Maddənin “Qeyd” hissəsində təsbit edilmiş müddəalardan göründüyü kimi, şəxs nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqdan sonra 20 gün ərzində həmin əməli törətdikdə buna görə təkrarən inzibati məsuliyyətə cəlb oluna bilməz. Hazırkı işin hallarından müəyyən edilir ki, X4 13 dekabr 2023-cü il tarixdə “Toyota Camry” minik markalı 77AX308 dövlət qeydiyyat nömrə nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanyunun ilə müəyyən edilmiş müddətdə texniki baxış keçirmədən idarə etdiyinə görə Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin inzibati tənbeh vermə haqqında 06 mart 2024-cü il tarixli qərarı ilə inzibati masuliyyətə cəlb edilərək İXMnin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan X4 15 yanvar 2024-cü il tarixdə “Toyota Camry” minik markalı 77AX308 dövlət qeydiyyat nömrə nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun ilə müəyyən edilmiş müddətdə texniki baxış keçirmədən idarə etdiyinə görə Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin inzibati tənbeh vermə haqqında 06 mart 2024-cü il tarixli qərarı ilə təkrarən inzibati məsuliyyətə cəlb olunmuşdur ki, bu da qanunun yuxarıda qeyd edilən tələbinə ziddir. Belə ki, İXM-in 339-cu maddəsinin “Qeydi”nə əsasən X4 eyni gündə İXM-in 339.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməyə görə təkrar inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-nin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin məcəllənin 122.3-cü maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); Hazırkı protokola foto və ya video materiallar əlavə edilməmişdir. Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin əməkdşları məhkəməyə gəlməmiş buna aydınlıq gətirməmişlər. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, səlahiyyətli orqanın qərarından verilən şikayət təmin edilərək həmin qərarlar ləğv edilməli və X2 barəsində 15 yanvar 2024-cü il tarixli EQ19805902 nömrəli protokol və 11 fevral 2024-cü il tarixli EQ19805906 nömrəli protokol üzrə 06 mart 2024-cü il tarixli qərarlar yenidən araşdırılma üçün həmin orqana qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayətlər təmin edilsin. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 06 mart 2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilsin. Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 15 yanvar 2024-cü il tarixli EQ19805902 nömrəli protokol yenidən araşdırılma üçün həmin orqana qaytarılsın. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 06 mart 2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilsin. Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 11 fevral 2024-cü il tarixli EQ19805906 nömrəli protokol yenidən araşdırılma üçün həmin orqana qaytarılsın. Qərardan, qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar