Məhkəmə qərarları › İş №3(021)-337/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-337/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-337/2024 01.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, Bərdə Rayon Polis X6 Polisi Bölməsi tərəfindən qəbul edilmiş 08 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərardan X1 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Bərdə Rayon Polis X6 Polisi Bölməsi tərəfindən qəbul edilmiş 08 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərara əsasən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə 80 (səksən) manat məbləğində cərimə edilmişdir. X3 məhkəməyə şikayət ərizəsi ilə nüraciət edərək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus olan VAZ-21074 markalı, **- BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə Bərdə şəhəri H.Əliyev prospekti istiqamətində idarə edərkən barəsində İXM-nin 327.1 və 327.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Qeyd olunmuş maddəyə görə isə ona cərimə yazılmışdır. Hesab edir ki, onun barəsində qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar və protokol qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və onun tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Beləki, ona məxsus olan VAZ-21074 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bərdə şəhəri H.Əliyev prospekti istiqamətində Diş poliklinkası ətrafında idarə etdiyi zaman dövlət yol polis idarəsinin əməkdaşları tərəfindən ona qanunsuz olaraq İXP ******* saylı protokol tərtib olunmuşdur. Belə ki, protokola əsasən onun əks istiqamətli hərəkət zolağını ötmə və stop işarəsini gözləmədən avtomobili idarə etmə qaydalarını pozduğunu qeyd edirlər. Protokola əsasən isə ona 80 manat cərimə yazılmışdır. Halbuki, ona qanunsuz olaraq cərimə yazılmışdır. Hazırda ona yazılmış cərimə yol polis idarəsinin əməkdaşlarının qanunsuzluğundan yaranmışdır. Heç bir qanun pozuntusuna yol verməmiş, heç bir zolağı tapdalamamışdır. Orada heç bir video görüntü olmadan ona cərimə yazılması qanunsuzluqdur. Yol polisi idarəsinin əməkdaşlarından video görüntünü təqdim etdiyi zaman video görüntünün olmadığını və ona verə bilməyəcəklərini bildirmişlər. Ona cərimə yazılan zaman polis əməkdaşlarından zolağı tapdalamağı barədə hər hansı bir video görüntü təqdim etməsini tələb etsə də, heç bir qayda pozuntusu və video görüntü olmadığı üçün təqdim etməkdən imtina etmişlər. Buradan da görünür ki, o qanunsuzluq etməmiş və İXM-nin müvafiq maddələrini pozmamışdır. Məhkəmə iclasında şikayət verən şəxs X3 şikayəti müdafiə edərək, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş orqan Bərdə Rayon Polis Şöbəsinə işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qərar tərtib etmiş orqan Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, X1 İXM-nin 327.1 və 327.2-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə 80 (səksən) manat məbləğində cərimə edilməsinə dair Bərdə RPŞ-nin DYPB-nin 08 mart 2024-cü il tarixli TP ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X3 xx.xx.1997ci ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə şəhəri M.Cəfərov küçəsi 7-də qeydiyyatdadır. AE217916 seriyalı sürücülük vəsiqəsindən görünür ki, X2 “BC” kateqoriya sürücülük hüququ verilmişdir. AE 041773 seriyalı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ 21074 minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X1 adına qeydiyyata alınmışdır. “Yol hərəkət qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında” 08 mart 2024-cü il tarixli İXP ******* saylı protokoldan görünür ki, X3 idarə etdiyi VAZ-21074 minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” 08 mart 2024-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.2ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X1 barəsində 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM): 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2-ci və 128.2.3-cü maddələrinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. 129.1-ci və 129.1.3-cü maddələrinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət və ya protest verilir. 327.1-ci maddəsinə görə, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 327.2-ci maddəsinə görə, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. İş materiallarından müəyyən edildi ki, X3 08 mart 2024-cü il tarixdə idarə etdiyi VAZ 21074 minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmiş, “Stop” işarəsini gözləmədən hərəkəti davam etdirmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X3 yuxarıda qeyd olunan inzibati xətaları törətməməsi barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə iclasında araşdırılan sübutlarla Tural Həsənovun hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa iş materialına əlavə edilmiş diskdə olan videogörüntüdən görünür ki, yol patrul xidməti inspektoru tərəfindən inzibati xəta aşkar edilərkən Tural Həsənovun idarə etdiyi VAZ 21074 minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili videogörüntüdən istifadə edərək saxlanılmış və həmin vaxt Tural Həsənov yol patrul xidməti inspektoruna təqsirini etiraf etmiş, inzibati xətanı törətdiyi yerdə “Stop” işarəsinin mövcud olduğunu görmədiyini bildirmiş, ona güzəşt edilməsini, təqsirinin bağışlanılaraq barəsində protokol tərtib edilməməsini təkidlə xahiş etmişdir. Belə olan halda, həmin video-audio yazıda olan görüntülərlə Tural Həsənovun sözügedən inzibati xətanı törətməsi təsdiq edilir. Ona görə də məhkəmə hesab edir ki, X4 RPŞ-nin DYPB tərəfindən qəbul edilmiş 08 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: X1 Bərdə Rayon Polis X6 Polisi Bölməsi tərəfindən qəbul edilmiş 08 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar