Məhkəmə qərarları › İş №3(021)-338/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-338/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-338/2024 04.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X7 iclas katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 16 fevral 2024-cü il tarixli qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 barəsində İXM-nin 257-ci maddəsi ilə 08 fevral 2024-cü il tarixli MN №1764833 saylı protokol tərtib edilmişdir. X5 şikayət verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 16 fevral 2024-cü il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkün düşdükləri vaxtdan Ağdaş rayonu, Kotavan kəndinin yaxınlığındakı meşə sahəsində məskunlaşmışlar. Bu vaxtadək həmin yerdə yaşamışlar və dövlətin qayğısını daim hiss etmişlər. Ailəsinin yeganə dolanışığı həmin ərazidə iribuynuzlu heyvan saxlamaqlarından olub. Uzun illərdir min bir əziyyətlə ailəsini dolandırmışdır. 2023-cü ilin sonunda həyat yoldaşı onkoloji xəstəlikdən vəfat edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamına uyğun olaraq onlar məskunlaşdıqları ərazidən bu vaxtadǝk istifadə etmişlər və hər hansı irad bildirilməmişdir. Əksinə yuxarıda qeyd edilən Sərəncama uyğun olaraq şərait yaradılıb ki, məskunlaşdıqları həmin sahədə mal-qaralarını saxlayaraq dolansınlar. 06 fevral 2024-cü il tarixdə, ona Əliyev Fuad və Müştaba Nağıyev həmin ərazidə bildirdilər ki, ondan Kotavan kənd sakini X4 şikayət edib və guya onun meşə ərazisində iribuynuzlu heyvanları meşədəki ağaclara ziyan vurmuşdur. O da onlara onun bir məcburu köçkün kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən uçota alındığını və heyvanlarını ancaq ağac olmayan sahələrdə və xüsusi ilə açıq sahədə otardığını bildirmişdir. Onlar da bunu bildiklərini, şikayətçinin ərizəsini bağlamaq üçün izahat verməli olduğunu bildirmişlər və o, xx.xx.2024-cü il tarixdən sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin əmkdaşı Əliyev Fuad və Müştaba Nağıyevidən başqa əkdaşları görməmişdir. Məsələnin əsas səbəbi isə aşağıdakı kimidir: Cərimənin əsas səbəbi isə ona məxsus bir baş dananın oğurlanması ilə bağlı adiyyəti orqanlara müraciət etməyilə əlaqədar eşitdiyinə görə Kotavan kənd sakini X4 barəsində aparılan araşdırma ilə əlaqədar olaraq onun guya adiyyəti üzrə oğurlanan dananın meşədə saxlanılmasının qanunuz olması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı ekologiya və təbii sərvətlər idarəsinə müraciəti olubdur. Həqiqətən də Kotavan kənd sakini X4 ona məxsus oğurladığı bir baş dananı sonradan qaytarmış və bu polis şöbəsində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamın nəzərə almadan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı ekologiya və təbii sərvətlər idarəsi qərəzli olaraq xx.xx.2024-cü il tarixli ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edərək onu 400 (dörd yüz) manat məbləğində cərimə etmişdir. Hesab edir ki, həmin qərar qanunsuz olduğu üçün ləğv edilməlidir. Əvvəla bildirir ki, xx.xx.2024-cü il tarixdə o, hər hansı inzibati xəta törətməmiş və xx.xx.2024-cü il tarixdən sonra mal-qaranı meşə sahəsinə buraxmamışdır. Onun xx.xx.2024-cü il tarixdə inzibati xəta törətməyini təsdiq edən hər hansı sübut sübut yoxdur. İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilən zamanı protokol saxtalaşdırılıb. İnzibati orqan qərarında əsas kimi, xx.xx.2024-cü il tarixli protokola istinad edərək qərar çıxarıb. Ancaq iş materialları ilə sübut edilir ki, həmin xx.xx.2024-cü il tarixli protokol sonradan saxta yolla tərtib edilib. Bu faktı təsdiq edən əsas sənəd inzibati orqanın özünün tərtib etdiyi xx.xx.2024-cü il tarixli imtina aktıdır. Həmin akta əsasən guya onun barəsində xx.xx.2024-cü il tarixdə MN-1764833 saylı protokol tərtib edilib və mən guya onu imzalamaqdan imtina etmişdir. Bu faktda onu təsdiq edir ki, qeyd edilən qərarın qəbul edilməsinə əsas olmuş protokol qanunsuz və saxtadır. Düzdür həmin protokolun nömrəsi eyni olsa da, sonradan ona ümumiyyətlə məlumat vermədən, iştirakı təmin edilmədən qanunsuz xx.xx.2024-cü il tarixli protokol tərtib edilib. Qanunvericilik inzibati orqana istisna hallarda, video müşahidə vasitələri ilə inzibati pozuntu qeyd alan zamanı şəxsin iştirakı olmadan protokolu rəsmiləşdirməyə səlahiyyət verir və bununla bağlı şəxsi müəyyən edilmiş müddət ərzində məlumatlandırmaq öhdəliyi qoyur. Misal üçün yol hərəkəti qaydalarının pozulaması zaman. Hazırkı işdə isə qanunvericilik mənim iştirakım olmadan protokol tərtib etməyi qadağan edir. Ona xx.xx.2024-cü il tarixdə hər hansı protokol tərtib edilməsi barədə məlumat belə verilməyib. Bu protokoldan ümumiyyətlə məlumatsızdır. Hətta protokoldan görünür ki, guya protokolun surətini o, xx.xx.2024-cü il tarixdə almışdır. Ancaq imzası yoxdur. Məhkəmə iclasında X5 şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nüamyəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, barəsində şikayət verilmiş qərar üzrə ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim edilmiş materiallarla birlikdə əlaqəli şəkildə araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli №83831 Aktdan görünür ki, Ağdaş rayonu Ağzıbir meşəbəyliyinin 4 saylı dolayının 17-ci kvartalında X3 məxsus 23 baş iri buynuzlu malqaranın otarılması faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinə verdiyi izahatında bildirmişdir ki, 1992-ci ildən məcburi köçkün kimi Ağzıbir meşəbəyliyinin 4 saylı dolayının 17-ci kvartalında məskunlaşmışlar. Dolanışıq üçün meşədə mal-qara saxlayırlar, 20 baş mal qaraları var. Bilir ki, meşədə mal-qara otarmaq olmaz,lakin dolanışıq üçün saxlayırlar. İş materiallarına əlavə edilmiş Cədvəldən görünür ki, Ağzıbir meşəbəyliyinin 4 saylı meşə dolayısında xx.xx.2024-cüil tarixdə aparılmış yoxlamanın hesablama cədvəlindən görünür ki, Aktda göstərilən Meşə pozuntularının nəticəsində meşəyə dəyən ziyan Azərbaycan Respublikası Nazirliər Kabinetinin xx.xx.2019-cu il tarixli 30 saylı qərarının 3 saylı əlavəsinə əsasən 151 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 fevral 2024-cü il tarixli MN №1764833 saylı protokoldan görünür ki, Ağdaş rayonu Ağzıbir meşəbəyliyinin 4 saylı dolayının 17-ci kvartalında X3 məxsus 23 baş iri buynuzlu mal-qaranın otarılması faktı müəyyən edildiyindən X5 barəsində İXM-nin 257-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Həmçinin müəyyən olunur ki, X5 həmin protokolu imza etməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli imtina Aktından görünür ki, X5 08 fevral 2024-cü il tarixli MN №1764833 saylı protokolu imza etməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 fevral 2024-cü il tarixli MN №1440919 saylı qərardan görünür ki, 08 fevral 2024-cü il tarixli MN №1764833 saylı protokola baxılaraq X5 İXM-nin 257-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X2 əməlində İXM-nin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi işdə olan material ilə sübut olunur. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə protokol tərtib olunarkən və qərar qəbul olunarkən mahiyyəti pozulmamış, yəni inzibati xətanı kimin tərəfindən törədildiyi aydın olur. Belə ki, məhkəmə iclasında X5 bildirdi ki, ondan başqa da həmin ərazidə mal qara saxlayan var. Bu da onu ehtiva edir ki, onun əməlində inzibati hüquq pozuntusu var. Beləliklə məhkəmə qeyd edir ki, X2 şikayəti təmin olunmamalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 16 fevral 2024-cü il tarixli qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 16 fevral 2024-cü il tarixli qərarı qanuni hesab edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar