Məhkəmə qərarları › İş №3(021)-34/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-34/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-34/2024 18.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X10 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X5, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1974-cü ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 18 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli icra vərəqəsi üzrə cəmi 28030 manat məbləğində pulu tələbkar X5 xeyrinə ödəməli olsa da, borclu Şəxs icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən tələbkar X6 28000 manat məbləğində pul ödəməlidir. Xəstədir, heç bir yerdə işləmir, əmək haqqı almır. Borcu birdəfəyə ödəməyə imkanı yoxdur. Borcunu hissə-hissə ödəyə bilər. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə Şəxs 2800 manat məbləğində pul alınaraq ona ödənilməlidir. Şəxs bu vaxtadək borclu olduğu puldan ödəniş etməmişdir. Borcun ödənilməsi üçün Şəxs mülkiyyətində olan fərdi yaşayış evi hərraca çıxarılmış, evin ilkin satış qiyməti həqiqi dəyərindən baha qiymətə, 45000 manat məbləğində müəyyən edilmişdir. Lakin ev hərracda satılmamışdır. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 2800 manat məbləğində pul alınaraq X6 ödənilməlidir. Borclu Şəxs borclu olduğu puldan bu vaxtadək heç bir ödəniş etməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyularaq hərraca çıxarılmış, lakin yaşayış evinin hərracda satılması mümkün olmamışdır. Tərəflərindən Şəxs dəfələrlə borcunu ödəməsi tələb edilsə də, o, borcunu ödəməmişdir. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin 28 iyul 2022-ci ildə verilmiş icra vərəqəsindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 13 iyun 2022-ci ildə qanuni qüvvəyə minmiş 22 oktyabr 2021-ci il tarixli, 2(104)-2753/2021 nömrəli qətnaməsi ilə, apellyasiya şikayətinin qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 2(021)-117/2021 saylı mülki iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsinin iddiaçı X5 Şəxs qarşı irəli sürdüyü 28000 manat məbləğində pul tələbinə dair iddianın təmin edilməməsinə dair hissədə ləğv edilməsi, cavabdeh Şəxs 28000 manat məbləğində pulun alınıb iddiaçı X6 verilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(104)-2753/2021 saylı icra sənədi üzrə borclu Şəxs məxsus olan ünvan 1 ünvanda yerləşən əmlakının üzərinə həbs qoyulması qərara alınmışdır. “Hərracın baş tutmamasına dair” 15 sentyabr 2023-cü il tarixli, 79 nömrəli yekun protokoldan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)- 2753/2021 saylı (xx.xx.2022-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Bərdə Rayon İcra Şöbəsinin 175723/10 saylı, xx.xx.2023-cü il tarixli (daxil olma xx.xx.2023-cü il) sifarişi üzrə, Şəxs məxsus olan və Bərdə şəhəri M.Hüseynzadə küçəsi ünvanında yerləşən 74 saylı fərdi yaşayış evinin "xxxx" MMC-də açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac 15 sentyabr 2023-cü il tarixinə, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmişdir. Yuxarıda göstərilən hərracın keçirilməsinin tarixi və yeri xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) dərc olunmuş, maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. 15 sentyabr 2023-cü il tarixinə saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edib, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsassızdır. Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə görə, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2-ci maddəsinə görə, vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 53.3-cü maddəsinə əsasən, əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(104)-2753/2021 saylı icra sənədini icra etməməsi qeyd olunsa da, protokola əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədinin icrasının təmin edilməsi məqsədilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən borclu Şəxs mülkiyyətində olan ünvan 1-də yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyularaq satılması üçün hərraca çıxarılmış, yaşayış evinin ilkin satış qiyməti 45000 manat məbləğində müəyyən edilmişdir. “Hərracın baş tutmamasına dair” 15 sentyabr 2023-cü il tarixli 79 nömrəli yekun protokoldan müəyyən olunur ki, hərrac baş tutmamışdır. Belə olan halda, borclu Şəxs mülkiyyətində olan əmlak satılmadığına görə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə uyğun olaraq, həmin əmlak icra məmuru tərəfindən borc məbləğinin əvəzində yenidən tələbkara təklif olunmalı, tələbkar əmlakdan imtina etdikdə isə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəməyə qaytarılmalı olduğu halda, icra məmuru qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməyərək, hazırkı inzibati xəta haqqında protokolu tərtib edərək Şəxs barəsində tədbir görülməsi üçün məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Bərdə Rayon İcra və X8 Apellyasiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(104)-2753/2021 nömrəli qətnaməsinin icra edilməsi məqsədi ilə üzərinə həbs qoyularaq hərraca çıxarılmış borclu Şəxs mülkiyyətində olan və ünvan 1-də yerləşən fərdi yaşayış evinin realizə edilərək sözügedən borcun ödənilməsi üçün bütün qanunauyğun hərəkətləri axıra kimi yerinə yetriməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borclu Şəxs mülkiyyətində daşınmaz əmlak aşkar edildiyindən, Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(104)-2753/2021 nömrəli qətnaməsi üzrə tələb həmin əmlaka yönəldilərək hərraca çıxarıldığından borclu Şəxs hərəkətlərində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsində və ya icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsində ifadə olunan qərəzli hərəkətlər müəyyən edilmir. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında material üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar