Məhkəmə qərarları › İş №3(021)-342/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-342/2024

16.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-342/2024 16.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Ağdam rayon Tağıbəyli kəndində anadan olmuş, Ağdam rayon Tağıbəyli kəndində qeydiyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində 16 mart 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Bərdə şəhəri Qarabağ küçəsində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək əri Anarın onu döyməsi barədə və Bərdə şəhəri Qarabağ küçəsində yaşayan Şəxs DİN-nin 102 xidmətinə zəng edərək, Zərərçəkmiş şəxs və bacısı Gülmirə Cəfərovanın onun başına daşla xəsarət yetirməsi barədə məlumat vermişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bərdə şəhəri Qarabağ küçəsində yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadığı evə gələrək azyaşlı qızını görmək istəmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs ilə Şəxs arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Anar Hüsyenov Zərərçəkmiş şəxs alın nahiyəsindən yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs almış olduğu xəsarətləri müəyyən etmək üçün qərar qəbul edilərək ekspert həkimlərə təqdim edilmiş, xx.xx.2024-cü il tarixli, 48 saylı rəyə əsasən Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlər- alın, sağ baldır və sağ bud nahiyələrinin qançırları küt əşyanın təsirindən törənmiş, törənmə müddətlərinə görə qərarda göstərilən tarixdə xx.xx.2024-cü il tarixə uyğun gəlmiş, sağlamlığa zərər vurmayan xəsarətlər olduğuna görə dərəcələri təyin edilməmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs onu daşla vurmasına görə heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şəxs Zərərçəkmiş şəxs döyərək qəsdən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxs və Şəxs xx.xx.2024- cü il tarixli müraciəti əsasında toplanmış materialda cinayət faktı aşkar edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs Zərərçəkmiş şəxs qəsdən dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyindən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. Buna görə də Şəxs barəsində protokol tərtib etmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, Zərərçəkmiş şəxs ilə 2015-ci ildə rəsmi olaraq nikaha daxil olmuşdur. Birgǝ nikahdan bir qız övladı var. Zərərçəkmiş şəxs ilə aralarında olan anlaşılmazlığa görə 2018ci ildə rəsmi olaraq boşanmışdırlar. Məhkəmənin qərarı ilə ayda 4 dəfə olmaqla həftənin bazar günləri azyaşlı qızı ilə görüş vaxtı təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhərindən Bərdə şəhərinə gəlmişdir ki, azyaşlı qızını görsün. O, Ülviyyənin yaşadığı evin qarşısına gələrək çöl tərəfdən qaz borusunu daşla "döymüşdür" ki, eşidib çölə çıxsınlar. Həmin vaxtı Ülviyyə çölə çıxmış və hansı səbəbə görə gəldiyini soruşanda o, qızını görməyə gəldiyini demişdir. Ülviyyə ona uşaq göstərməyəcəyini demişdir. O da, Ülviyyəyə, qızına ayda 200 manat aliment ödədiyini demişdir. O, qızı ilə görüşməyinin qanuni olduğunu demişdir. Həmin vaxtı qızı Surə evdən çölə çıxmış və onun yanına gələn zaman Ülviyyə qızının qolundan tutaraq onun yanına gəlməyinə imkan verməmişdir. O da, qızını özünə tərəf çəkmək istəmiş və Ülviyyəyə, imkan ver uşağı öpüm demişdir. Ülviyyə yenə də imkan verməmiş və Ülviyyənin bacısı Gülmirə evdən çölə çıxaraq əlinə daş almış və "elə etmə ki, o birsi avtomobilin kimi bunu da sındırım" demişdir. Bunu dedikdən sonra aralarında söz mübahisəsi başlamış və həmin vaxtı Ülviyyə əlində olan daşla onun alnının sol tərəfindən vurmuş və üzündən qan ağmağa başlamışdır. O, isə üzünün qanın silərək "sizin barənizdə qanunla iş görəcəm" demişdir. Bundan sonra ordan kənarlaşaraq DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Şəxs ilə 2018-ci il tarixdə rəsmi qaydada boşanmışdır. Onların birgǝ nikahdan 1 qız övladı olduğuna görə məhkəmə qərarı ilə həftədə 1 dəfə görüş təyin edilmişdir. Şəxs mütəmadi olaraq onun istifadəsində olan mobil nömrəyə zəng edərək onu təhqir etmiş və hədələmişdir. Hal-hazırda Anarın yazmış olduğu təhqir edici mesajları da ondadır. Anar hər dəfə övladını görmək üçün gələndə mübahisə yaratmışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Anar ona zəng edərək yaşadığı evə gəlmiş və uşaqla görüşmək hüququndan istifadə etmək istədiyini demişdir. Həmin vaxt Anar onun ünvanına təhqir edici sözlər deməyə başlamış və həmin vaxtı aralarında mübahisə başlamışdır. Mübahisə zamanı Şəxs yumruqla onun alın nahiyəsindən vurmuş, daha sonra onu həyətdə yerə yıxaraq boğazından tutan zaman o, uzanıqlı vəziyətdə yerdən daş götürərək Anarın baş nahiyəsindən vurmuşdur. Bundan sonra Anar həmin yerdən çıxaraq uşağıda götürmədən kənarlaşıb getmişdir. O da, DİNnin 102 xidmətin zəng edərək çıxıb getmişdir. Hazırda barışmamışlar. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN №2078530 nömrəli protokolda göstərilmişdir ki, Şəxs keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bərdə RPŞ TB-nin təhqiqatçısı X5 tərəfindən qəbul edilmiş 30 yanvar 2024-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, Bərdə şəhəri Qarabağ küçəsində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək əri Anarın onu döyməsi barədə və Bərdə şəhəri Qarabağ küçəsində yaşayan Şəxs DİN-nin 102 xidmətinə zəng edərək, Zərərçəkmiş şəxs və bacısı Gülmirə Cəfərovanın onun başına daşla xəsarət yetirməsi barədə məlumat vermişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bərdə şəhəri Qarabağ küçəsində yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadığı evə gələrək azyaşlı qızını görmək istəmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs ilə Şəxs arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Anar Hüsyenov Zərərçəkmiş şəxs alın nahiyəsindən yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs almış olduğu xəsarətləri müəyyən etmək üçün qərar qəbul edilərək ekspert həkimlərə təqdim edilmiş, xx.xx.2024-cü il tarixli, 48 saylı rəyə əsasən Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlər- alın, sağ baldır və sağ bud nahiyələrinin qançırları küt əşyanın təsirindən törənmiş, törənmə müddətlərinə görə qərarda göstərilən tarixdə xx.xx.2024-cü il tarixə uyğun gəlmiş, sağlamlığa zərər vurmayan xəsarətlər olduğuna görə dərəcələri təyin edilməmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs onu daşla vurmasına görə heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şəxs Zərərçəkmiş şəxs döyərək qəsdən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxs və Şəxs xx.xx.2024- cü il tarixli müraciəti əsasında toplanmış materialda cinayət faktı aşkar edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs Zərərçəkmiş şəxs qəsdən dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyindən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. MTE və PA X6 Şəxsin Bərdə rayonlararası zona mərkəzinin xx.xx.2024-cü il tarixli, 48 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlər- alın, sağ baldır və sağ bud nahiyələrinin qançırları küt əşyanın təsirindən törənmiş, törənmə müddətlərinə görə qərarda göstərilən tarixdə xx.xx.2024-cü il tarixə uyğun gəlmiş. sağlamlığa zərər vurmayan xəsarətlər olduğuna görə dərəcələri təyin edilməmişdir. xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Zərərçəkmiş şəxs inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Toplanmış material üzrə araşdırma aparılmış, onun əməlində cinayət tərkibi olmadığından sübutlar qiymətləndirilərək barəsində 16 mart 2024-cü il tarixdə Bərdə RPŞdə İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə cəza təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Məhkəmə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Belə olan halda, Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, zərərçəkmiş şəxsə və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan, qərarı surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar