Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-345/2022 18.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə 29 noyabr 1988-ci ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, evli, Bərdə rayonu Gərənə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 sentyabr 2021-ci ildə saat 1100 radələrində idarə etdiyi İVECO ML75E yük markalı 21 AC-267 dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri, İ.Qayıbov küçəsində piyada X1 dirsək nahiyəsindən vuraraq sonuncuya sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, təxminən 3 ay olar ki, Gədəbəy-Slavyanka su şirkətində sürücü işləyir və şirkətə məxsus İVECO markalı 21 AC-267 dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 21.09.2021-ci il tarixdə saat 11 radələrində idarə etdiyi avtomobillə Bərdə şəhəri, İ.Qayıbov küçəsində, saatda 15-20 km.saat sürətlə hərəkətdə olmuşdur. İşıqforun yaşıl işığının yandığını görüb sağa dönmə işığını yandırmış və sağa dönərək hərəkət etməyə başlamışdır. Hərəkətdə olarkən tanışı Bəhruzla telefonla danışmış, sonuncu ona işıqforun yanında maşının arxa bort hissəsinə bir qadının dəydiyini və xəsarət aldığını demişdir. Dərhal avtomobillə həmin yerə gəlmiş, lakin heç kimi görməmişdir. Qadını axtarsa da tapa bilməmişdir. Sonradan həmin şəxsin Nahidə Süleymanova olduğunu, sol qolundan xəsarət aldığını bilmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd olunmuşdur ki, İnzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, sürücü Şəxs əməlində Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Bərdə Rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi Mütəllim Bayramovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarı, habelə inzibati xəta haqqında 19 yanvar 2022-ci il tarixli İXP ******* nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarından ödənişindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200(iki yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. Cərimə Baş Dövlət Yol Polisi İdarəsi, VÖEN **********, 1 saylı Xəzinədarlıq idarəsi, VÖEN **********, ABB Mərkəzi filialı, VÖEN **********, kod 805722, müxbir hesab **********944, SWİFT Bik İBAZAZ2X, H/H ******************** hesabına ödənilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsinə əsasən cəriməni dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edəcəyi təqdirdə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişdən azad edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-345/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-345/2022
18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver