Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-345/2024 19.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X7 iclas katibliyi, protokolu tərtib etmiş Bərdə RPŞ-nin İTB-nin sahə rəisləri X5 oğlunun, X8, zərərçəkmiş şəxslər X2, X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1994-cü il tarixdə Bərdə rayonunda anаdаn оlmuş, Kəlbəcər rayon Bağlıpəyə kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri Vaqif küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci mаddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, Müəyyən etdi: Bərdə rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 18 mart 2024-cü il tarixdə MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 18 mart 2024-cü il tarixdə MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə rayon Məhkəməsinin 3(021)-345/2024 saylı, 19 mart 2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-345/2024 və 3(021)-346/2024 saylı inzibati işlər bir icraatda 3(021)- 345/2024 sayla baxılması qərara alınmışdır. Məhkəmə iclasında Bərdə RPŞ- nin polis sahə rəisi X5 bildirdi ki, Bərdə rayon Əyricə kəndində yaşayan X14 xx.xx.2024-cü il tarixdə DİN- nin 102 xidmətinə müraciət edərək Adil adlı şəxsin onu taksi şirkətinə işə götürəcəyi vədi aldadaraq 300 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə məlumat vermiş həmçinin Bərdə RPŞ-nə müraciət edərək Adil adlı şəxsin onu taksi şirkətinə işə götürəcəyi vədi aldadaraq 300 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə müraciəti əsasında araşdırma zamanı məlum olmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 19:25 radələrində X9 etibarından sui-istifadə edərək onu taksi şirkətində avtomobillə təmin edəcəyi barədə yalan vəd verməklə X9 300 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işin başlanması rədd olunmuş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci madəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarı suərti Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. Buna görə də tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə verilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında Bərdə RPŞ- nin polis sahə rəisi X10 bildirdi ki, Bərdə şəhəri Vaqif küçəsi ev 80-da yaşayan X6 xx.xx.2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, təxminən 6 ay əvvəl Bərdə şəhərində özünü *5777 saylı taksi şirkətinin sahibi kimi təqdim edən Şəxs onu işə götürməyi müqabilində 300 manat pul verməsini, sonradan həmin məbləğin 170 manatını geri qaytarmasını, lakin, 130 manatını ələ keçirməsini bildirməsi barədə müraciəti əsasında araşdırma zamanı məlum olmuşdur ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bərdə şəhəri Vaqif küçəsi ev 80-də Şəxs xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri Ş.Yusif küçəsində yerləşən *8777 saylı taksi xidmətinin ofisində Bərdə şəhəri Vaqif küçəsi ev 80-da yaşayan X1 taksı xidmətində işlə təmin etməsi müqabilində 300 manat pul almış, lakin, Səbuhi Adıgözəlovu işlə təmin etməyərək sonuncudan aldığı 300 manat pulun 170 manatını geri qaytarmış və 130 manat pulu ələ keçirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işin başlanması rədd olunmuş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci madəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarı suərti Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. Buna görə də tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə verilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməlləri etiraf edərək ənməlindən peşman olduğunu bildirdi. Həmçinin məhkəmə iclas zalında zərərçəkmiş şəxs X11 dəymiş ziyandan 100 manat ödədi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri Vaqif küçəsi ev 80-da yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 6- 7 ay əvvəl Bərdə şəhəri Ş.Yusif küçəsində *8777 adlı taksi şirkətinin açıldığını eşidərək, həmin şirkətə yaxınlaşmış, özünü şirkətin sahibi kimi təqdim edən sonradan adının Şəxs olduğunu bildiyi şəxslə danışmışdır. Həmin vaxtı Adil ona bildirmişdir ki, taksi kimi fəaliyyət göstərməyinin müqabilində ilkin olaraq 300 manat depozit qoymalıdır ki, şirkət tərəfindən ona taksi verilsin. O, Şəxs inanaraq 300 manat pul vermişdir. Lakin, 2 aydan artıq müddət keçsə də, Adil ona hər hansı avtomobil verməmişdir. Həmin müddət ərzində o, hər hansı əmək haqqı almadan şirkətin ofisinin təmizlik işlərini görmüşdür və şirkətə gələn şəxslərə çay vermişdir. Bu müddət ərzində o Adilə verdiyi 300 manat pulun 170 manatını geri almışdır. Adilə verdiyi 300 manat pulu isə ailələrinə məxsus qızılları qoyaraq faizə götürdüyünü bildirmişdir ki, Adil pulu geri qaytarsın. Ancaq Adil müxtəlif bəhanələrlə onun pulunu ələ keçirmişdir. Təxminən xx.xx.2024-cü il tarixdə o, Adilin yaşadığı evə gedərək, Adilin anasına bununla əlaqədar olaraq şikayət etmişdir ki, Adil onun pulunu vermir. Bu səbəbdən Adil ona məxsus olan mobil nömrəyə zəng edib onu nelayiq söyüşlərlə söyüb təhqir etmişdir ki, hansı səbəbdən anasına borcla əlaqədar şikayət etmişdir. Bu səbəbdən o, Adil adlı şəxsdən polisə şikayət etmək qərarına gəlmişdir. Adil ona istifadə etmək məqsədi ilə hər hansı avtomobil verməmişdir. Həmçinin bildirdi ki, Adil ondan aldığı 300 manat pulun 170 manatını qaytarmış, qalan 130 manatı qaytarmamışdır. Həmçinin bildirdi ki, Şəxs həbs olunmasını istəmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X14 bildirdi ki, Bərdə rayon Əyricə kəndində yaşayır, daimi olaraq iş yeri yoxdur. İş tapmaq üçün O 8777 taksi şirkətinə zəng etmişdir. Həmin şikətdən həmin şirkətin Bərdə üzrə müdiri olan Adil adlı şəxsin 010-311- 87-77 nömrəsini vermişlər. O, həmin nömrə ilə danışıb, Adil adlı şəxsə onun işlədiyi Bərdə şəhəri 7 saylı tam orta məktəbin qarşısında olan ofisində görüşmüşdür. Söhbət zaman Adil ona demiş ki, "sən şirkətdən icarəyə avtomobil götürmək üçün 300 manat depozit qoymalısan. Əks halda sənə avtomobil verilməyəcək". O, Adilin sözlərinə inanaraq xx.xx.2024-cü il tarixdə saat 19:25 radələrində mobil telefonda olan bir bank vasitəsilə Adilin ofisində olan zaman onun verdiyi 4098 **** **** 0781 nömrəli karta 300 manat pul göndərmişdir. Bundan sonra Adil ona söz vermiş ki, ona iki gün ərzində avtomobil verəcək və O, şirkətdə taksi kimi çalışacaqdır. Bundan sonra O, hər dəfə Adilə zəng etdikcə Adil ona demiş ki, "avtomobil Bakı şəhərindədir tezliklə gələcək". Təxminən 10 gün sonra isə ona demiş ki, "avtomobil gəlib ancaq onun xərcləri var. mən həmin avtomobili təmir edirəm". Bundan sonra hər dəfə zəng etdikdən sonra Adil ona müxtəlif bəhanələr demişdir. Bu zaman məlum olur ki, Adil onun etibarından sui istifadə etmişdir. Həmçinin bildirdi ki, Şəxs həbs olunmasını istəmir. O, məhkəmə iclas zalında Şəxs 100 manatı qəbul etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, işdə olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü tarixli qərarından görünür ki, Bərdə şəhəri Vaqif küçəsi ev 80-da yaşayan X6 xx.xx.2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, təxminən 6 ay əvvəl Bərdə şəhərində özünü *5777 saylı taksi şirkətinin sahibi kimi təqdim edən Şəxs onu işə götürməyi müqabilində 300 manat pul verməsini, sonradan həmin məbləğin 170 manatını geri qaytarmasını, lakin, 130 manatını ələ keçirməsini bildirməsi barədə müraciəti əsasında araşdırma zamanı məlum olmuşdur ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bərdə şəhəri Vaqif küçəsi ev 80-də Şəxs xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri Ş.Yusif küçəsində yerləşən *8777 saylı taksi xidmətinin ofisində Bərdə şəhəri Vaqif küçəsi ev 80-da yaşayan X1 taksı xidmətində işlə təmin etməsi müqabilində 300 manat pul almış, lakin, Səbuhi Adıgözəlovu işlə təmin etməyərək sonuncudan aldığı 300 manat pulun 170 manatını geri qaytarmış və 130 manat pulu ələ keçirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işin başlanması rədd olunmuş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci madəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarı suərti Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü tarixli qərarından görünür ki, Bərdə rayon Əyricə kəndində yaşayan X14 xx.xx.2024-cü il tarixdə DİN- nin 102 xidmətinə müraciət edərək Adil adlı şəxsin onu taksi şirkətinə işə götürəcəyi vədi aldadaraq 300 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə məlumat vermiş həmçinin Bərdə RPŞ-nə müraciət edərək Adil adlı şəxsin onu taksi şirkətinə işə götürəcəyi vədi aldadaraq 300 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə müraciəti əsasında araşdırma zamanı məlum olmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 19:25 radələrində X9 etibarından sui-+istifadə edərək onu taksi şirkətində avtomobillə təmin edəcəyi barədə yalan vəd verməklə X9 300 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işin başlanması rədd olunmuş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci madəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarı suərti Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin izahatı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokollar, Bərdə RPŞ-nin TB-nin cinayət işinin başlanmasının rədd olunması barədə qərarları və həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci mаddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, işdə olan materiallardan görünür ki, Şəxs İİ qrup əlildir. Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Həmin Məcəlləsinin 28.4-cü maddəsinə ictimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz: 28.4.1-ci maddəyə əsasən birinci və ikinci dərəcə əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara Həmçinin İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs İİ qrup əlil olmasını, zərərçəkmiş şəxs X4 dəymiş ziyandan 170 manat, X11 100 manat ödəməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Belə olan halda, Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinib, barəsində 250 (iki yüz əlli ) manat cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 34-1, 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərаrın surəti rəsmi аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-345/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-345/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver