Məhkəmə qərarları › İş №3(021)-347/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-347/2022

23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-347/2022 23.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətinin Bərdə regional ərazi şöbəsinin nümayəndəsi əmək müfəttişi X42, Barəsində inzibati icraat aparılan Hüseynov Maarif Məmməd oğlunun iştirakları ilə, 22 mart 1947-cı il tarixdə Bərdə şəhərində doğulmuş, ali təhsilli, təqayüdçü, evli, Bərdə rayonu Qaradağlı kəndində yaşayan barəsində inzibati icraat X20 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin 28 yanvar 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Ağdam "xxxx" MMC-nin sabiq direktoru X20 - X46 və digər 6 nəfərin “X49” MMC-dən işdən azad olunarkən son haqq hesablarının verilməməsinə görə Əmək Məcəlləsinin 83.2 və 172.4-cü maddəsinə uyğun verilməməsi İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan Ağdam "xxxx" MMC-nin sabiq direktoru X20 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin 28 yanvar 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi izahat verərək bildirmişdir ki, cavabdeh ƏSSMN yanında X40 Xidmətinin Bərdə Regional ərazi Şöbəsinin rəisi X16 tərəfindən, “X50” MMCnin sabiq direktoru kimi o, X20 - X46 və digər 6 nəfərin “X49” MMC-dən işdən azad olunarkən son haqq hesablarının verilməməsinə görə Əmək Məcəlləsinin 83.2 və 172.4-cü maddəsinə uyğun verilməməsi İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməməyinə dair 18 yanvar 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında tərtib edilmiş protokol əsasında, 28 yanvar 2022-ci il tarixli, MN ******* saylı qərarla 1000 manat cərimə edilmişdir. Hesab edir ki, hazırki iş üzrə cavabdeh-ƏSSMN yanında X40 Xidmətinin Bərdə regional ərazi şöbəsinin rəisi X16 tərəfindən tərtib edilmiş 18 yanvar 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında tərtib edilmiş protokol əsasında, 28 yanvar 2022-ci il tarixli, MN ******* saylı qərarı etibarsız, şöbənin vəzifəli şəxslərinin qanunsuz protokol tərtib etməklə 1000 manat cərimə edilməyi, bununla da hüquqları kobud şəkildə pozulması ilə nəticələnən hərəkətləri qanunsuz hesab edilməli və inzibati xəta hadisəsi törədilmədiyindən hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, X46 və digər 6 nəfərin ƏƏSMN-nə əmək haqqının son haqq hesabının ala bilməməsi barədə şikayət ərizəsi əsasında 18 yanvar 2022-ci il tarixdə region üzrə X19 əməkdaşları tərəfindən aparılmış yoxlama nəticəsində inzibati xəta aşkar edilmiş və ******* saylı protokol tərtib edilmiş və ******* saylı protokol tərtib etmiş “X50” MMC-nin sabiq direktoru kimi son haqq hesablarını ala bilməməsi bəhanə edilərək cərimə olunub. Sözügedən qərarda guya o, əmək qanunvericiliyini pozduğuna görə cərimə olunub. Ona göndərilmiş xəbərdarlıq məktubunda göstərilmişdir ki, barəsində müvafiq qərarın qəbul edilməsində iştirak etməyi üçün 28 yanvar 2022-ci il tarixdə Müffətişliyə gəlməlidi. Lakin X40 xidmətinin rəhbərliyi tərəfindən ona 01 fevral 2022-ci il tarixdə məktub zərf göndərilmiş və həmin zərfdə onun barəsində gəbul edilmiş qərar olmuşdur. Beləliklə onun iştirakı olmadan keçirilmiş yoxlamada protokol tərtib edilmiş və əsassız qərar gəbul edilmişdir. Həmçinin göstərmişdir ki, 1982-ci ildən “X50” MMC-nin rəhbəri vəzifəsində çalışıb. İşlədiyi illərdə işinin öhdəsindən layiqincə qəlib. Qarabağ Müharibəsi veteranıdır. Prezident təqayüdçüsüdür. “Əməkdar kənd təsərrüfatı İşçisi” fəxri adı alıb. YAP-ın üzvüdür. Məhkəmədən 28 yanvar 2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətinin Bərdə regional ərazi şöbəsinin nümayəndəsi əmək müfəttişi X56 bildirdi ki, X47 və digər 6 nəfərin imzası ilə son əmək haqlarının ala bilməməsi ilə bağlı müraciət daxil olub. Bu müraciət əsasında araşdırılıb ki, Hüseynov Maarif direktor olduğu dövrdə bunların işdən çıxma barədə əmrləri verilib. Sənədləşmə aparılarkən son haq hesab aparılıb, lakin ödənilməyib. Onların hüquqları pozulub. Bu barədə protokol tərtib edilib və rəsmi məktublar ev ünvanına göndərilib. Məhkəmədən qərarın quvvədə qalmasını xahiş etdi. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati Ərazi dairəsi üzrə 119 saylı 10 fevral 2022-ci il tarixli arayışdan görünür ki, X1 Qaradağlı kəndində yaşayır. İş materiallarında olan üzvlük vəsiqədən görünür ki, X11 YAP-ın üzvüdür. İş materiallarında olan 00008 saylı vəsiqədən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 oktyabr tarixli 20 nömrəli Sərancamı ilə X9 “Azərbaycan Respublikası əməkdar kənd təsərrüfatı işçisi” adı verilmişdir. İş materiallarında olan 063104 saylı vəsigədən görünür ki, X2 Müharibəsi veteranıdır. Məhkəmə şikayətçini dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Əmək müqaviləsindən görünür ki, “X57” MMC-nin direktoru X4 Samirə Sətdar qızını çoban vəzifəsinə hər ay 130-150 manat əmək haqqı ödənilməklə 22 avqust 2015-ci il tarixdən işə götürülmüşdür. İş materiallarında olan Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, “X50” MMC-nin direktoru X4 Samirə Sətdar qızı ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi 07 sentyabr 2019-cu il tarixli 5C13NUT0001X0 nömrəli “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan “X50” MMC-i üzrə 53 saylı əmrdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən Heyvandarlıq şöbəsi üzrə siravi çoban X12 öz xahişi ilə 31 avqust 2019-cu il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Əmək müqaviləsindən görünür ki, “X57” MMC-nin direktoru X4 Əntiqə Qaffar qızını çoban vəzifəsinə hər ay 130-150 manat əmək haqqı ödənilməklə 23 avqust 2015-ci il tarixdən işə götürülmüşdür. İş materiallarında olan Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, “X57” MMC-nin direktoru X4 Əntiqə Qaffar qızı ilə arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi 22 avqust 2015-ci il tarixli 4EG6Y0Q000101 nömrəli “Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, “X50” MMC-nin direktoru X4 Əntiqə Qaffar qızı ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi 07 sentyabr 2019-cu il tarixli 4EG6Y0Q0001X0 nömrəli “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan “X50” MMC-i üzrə 53 saylı əmrdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən Heyvandarlıq şöbəsi üzrə siravi çoban X13 öz xahişi ilə 31 avqust 2019-cu il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 01 dekabr 2019-cu il tarixli X43 onu heyvandarlıq üzrə çoban vəzifəsinə təyin edilməsi barədə ərizə vermişdir. İş materiallarında olan Əmək müqaviləsindən görünür ki, “X57” MMC-nin direktoru X4 Sayət Şəmil qızını çoban vəzifəsinə hər ay 250 manat əmək haqqı ödənilməklə 01 dekabr 2019-cu il tarixdən 6 ay müddətinə işə götürülmüşdür. İş materiallarında olan Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, X50” MMC-nin direktoru X4 Sayət Şəmil qızı ilə əmək müqaviləsinin bağlanması 01 dekabr 2019-cu il tarixli 4EG71YA000100 nömrəli “Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron iformasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, “X50” MMC-nin direktoru X4 Sayət Şəmil qızı ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi 30 yanvar 2021-ci il tarixli 4EG71YA0001X0 nömrəli “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan “X50” MMC-i üzrə 81a saylı əmrdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Heyvandarlıq şöbəsi üzrə siravi çoban X21 15 may 2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Əmək müqaviləsindən görünür ki, “X50” MMC-nin direktoru X5 Bəhlul Qafar oğlunu çoban vəzifəsinə hər ay 250 manat əmək haqqı ödənilməklə 07 noyabr 2018-ci il tarixdə işə götürülmüşdür. İş materiallarında olan Əmək Müqaviləsinə bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, “X50” MMC-nin direktoru X5 Bəhlul Qafar oğlu ilə arasında bağlanmış əmək müqaviləsinə edilmiş dəyişiklik 07 noyabr 2018-ci il tarixli 4BR0R9F000200 nömrəli “Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, “X50” MMC-nin direktoru X5 Bəhlul Qafar oğlu ilə arasında bağlanmış əmək müqaviləsinə edilmiş dəyişiklik 07 noyabr 2018-ci il tarixli 4BR0R9F000201 nömrəli “Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron iformasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan “X57” MMC-i üzrə 13 saylı 07 noyabr 2018-ci il tarixli əmrdən görünür ki, X35 “X49” MMC-də bağban işinə təyin edilmişdir. Onunla həmin tarixdə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, “X50” MMC-nin direktoru X5 Bəhlul Qafar oğlu ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi 23 noyabr 2019-cu il tarixli 4BR0R9F0002X0 nömrəli “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron iformasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan “X50” MMC-i üzrə 60 saylı əmrdən görünür ki, X35 öz ərizəsi ilə 01 noyabr 2019-cu il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, “X50” MMC-nin direktoru X4 Savad Vaqif qızı ilə arasında bağlanmış əmək müqaviləsinə edilmiş dəyişiklik 01 sentyabr 2016-ci il tarixli 501520V000104 nömrəli “Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan “X57” MMC-i üzrə 16 saylı əmrdən görünür ki, X44 öz ərizəsi ilə 01 sentyabr 2016-cı il tarixdən əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Əmək müqaviləsindən görünür ki, “X50” MMC-nin direktoru X4 Savad Vaqif qızını çoban vəzifəsinə hər ay 130-150 manat əmək haqqı ödənilməklə 01 sentyabr 2016-ci il tarixdə işə götürülmüşdür. İş materiallarında olan 01 dekabr 2019-cu il tarixli ərizədən görünür ki, X44 vəzifəsindən azad edilməsi xahiş etmişdir. İş materiallarında olan “X50” MMC-i üzrə 64 saylı əmrdən görünür ki, X44 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən Heyvandarlıq şöbəsi üzrə siravi çoban X13 öz xahişi ilə 01 dekabr 2019-cu il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, “X50” MMC-nin direktoru X4 Savad Vaqif qızı ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi 14 dekabr 2019-cu il tarixli 501520V0001X0 nömrəli “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron iformasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, “X50” MMC-nin direktoru X6 Yusif Cəfər oğlu ilə arasında bağlanmış əmək müqaviləsinə edilmiş dəyişiklik 01 sentyabr 2016-ci il tarixli 4HGHK8B000103 nömrəli “Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan “X57” MMC-i üzrə 16 saylı əmrdən görünür ki, X46 öz ərizəsi ilə 01 sentyabr 2016-cı il tarixdən əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Əmək müqaviləsindən görünür ki, “X50” MMC-nin direktoru X6 Yusif Cəfər oğlunu çoban vəzifəsinə hər ay 120 manat əmək haqqı ödənilməklə 01 sentyabr 2016-ci il tarixdə işə götürülmüşdür. İş materiallarında olan Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, “X50” MMC-nin direktoru X6 Yusif Cəfər oğlu ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi 30 yanvar 2021-ci il tarixli 4HGHK8B0001X0 nömrəli “Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan “X50” MMC-nin əmrdən görünür ki, X46 Azərbaycan Respublikası əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən 15 may 2020-ci il tarixindən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan sənədlərə əsasən müəyyən olunmuşdur ki, X46 01 sentyabr 2016-cı il tarixdə həmin müəssisədə siravi çoban işinə qəbul olunmuşdur. 15 may 2020-ci il tarixdə müəsissə rəhbərinin əmri ilə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilmişdir. İşlədiyi dövrdə X46 və 6 nəfər qeyriləri əmək məzuniyyətindən istifadə etməmişdir və ona son haqq hesab olaraq 523.6 manat hesablanmış, lakin ödənilməmişdir. Ərizədə göstərilən digər işçilərin son haqq hesabı hesablanmış, lakin ödənilməmiş qalmışdır. X44 01 sentyabr 2016-cı il tarixdə işə qəbul olunmuşdur, 01 dekabr 2019-cu il tarixdə işdən azad olunmuşdur. Ödənilməmiş son haqq hesab 424 manat 40 qəpik təşkil edir. X30 07 noyabr 2018-ci tarixdə işə qəbul olunmuşdur, 01 noyabr 2019-cu il tarixdə işdən azad olunmuşdur. Ödənilməmiş son haqq hesab 154 manat 91 qəpik təşkil edir. X37 01 dekabr 2019-cu tarixdə işə qəbul olunmuşdur, 05 may 2020-ci il tarixdə işdən azad olunmuşdur. Ödənilməmiş son haqq hesab 67 manat 28 qəpik təşkil edir.X27 22 avqust 2015-ci tarixdə işə qəbul olunmuşdur, 31 avqust 2019-cu il tarixdə işdən azad olunmuşdur. Ödənilməmiş son haqq hesab 32 manat 94 qəpik təşkil edir. X31 22 avqust 2015-ci tarixdə işə qəbul olunmuşdur, 31 avqust 2019-cu il tarixdə işdən azad olunmuşdur. Ödənilməmiş son haqq hesab 32 manat 94 qəpik təşkil edir. X32 01 sentyabr 2016-cı tarixdə işə qəbul olunmuşdur, 15 may 2020-ci il tarixdə işdən azad olunmuşdur. Ödənilməmiş son haqq hesab 523 manat 60 qəpik təşkil edir. “X50” MMC-nin şöbəyə təqdim etdiyi 12 yanvar 2022-ci il 02 saylı məktubunda bildirmişdir ki, müəssisənin hal-hazırki direktoru X25 09 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyinin 87 K nömrəli əmri ilə bu vəzifəyə təyin edilmişdir. X33 və adları çəkilən qeyrilərinin işə qəbul və işdən azad olunması dövründə müəssisənin direktoru hal-hazırda müəssisədə müşavir vəzifəsində işləyən X20 olmuşdur. Həmin məktubda həmçinin qeyd edilmişdir ki, müəssisə üzrə əmr kitabı (işçilərin işə qəbulu və işdən çıxmaları barədə kitab) 10 yanvar 2022-ci il tarixdə şöbənin müraciətindən sonra əvvəlki direktor tərəfindən müəsissəyə təhvil verilmişdir. Beləliklə müəssisə tərəfindən təqdim olunmuş sənədlərə əsasən Əmək Məcəlləsinin 83.2 və 172.4 maddəsinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Nəticədə əmək qanunvericiliyinin sahəsində yol verilmiş nöqsanlara görə müəssisənin sabiq direktoru fiziki şəxs X20 barəsində İnzibati Xətalar Məcəlləsinə müvafiq 18 yanvar 2022-ci il tarixli ******* saylı İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin 28 yanvar 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Ağdam "xxxx" MMC-nin sabiq direktoru X20 - X46 və digər 6 nəfərin “X49” MMCdən işdən azad olunarkən son haqq hesablarının verilməməsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2 və 172.4-cü maddələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə təbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə işin faktiki hallarını araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin 28 yanvar 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı üzərində mexaniki yolla ağardıcı vasitəsilə düzəliş edilmiş, vəzifəli şəxsin imza yerindəki imza fərqli qələmlə imzalanmışdır. Bundan başqa məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətinin Bərdə regional ərazi şöbəsinin nümayəndəsi əmək müfəttişi X56 barəsində inzibati icraat aparılan X10 inzibati icraatla bağlı məlumatlandırılmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə xüsusi olaraq onu da vurğulamaq istəyir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndir-məkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlar-la, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməli olduğu halda belə sənədlərin verilməməsi üzrə inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi üçün nəzərdə tutulmuş müddət növbəti gündən etibarən başlayır və 3 ay ərzində davam etmişdir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə olan inzibati xətalar konkret xəta tərkibidir, yəni uzanan inzibati xəta deyildir. Lakin iş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətinin Bərdə Regional Ərazi X3 28 yanvar 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında inzibati məsuliyyətə cəlb etmişdir. Belə olduğu halda inzibati xətalar qanunvericiliyinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətinin "xxxx" MMC-nin sabiq direktoru X20 barəsində inzibati tənbeh vermə haqqında 28 yanvar 2022-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməli və X20 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRAR ALDİ Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətinin "xxxx" MMC-nin sabiq direktoru X20 barəsində inzibati tənbeh vermə haqqında 28 yanvar 2022-ci il tarixli MN ******* qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar