Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-35/2024 18.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş şəxs Bərdə rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1984-cü il tarixdə, Ağdərə rayonu, İM.Qərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Tərtər rayonu, Çardaxlı kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Mirzəcəfərli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində 18 yanvar 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuş, protokol ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl ona görə tərtib olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə RPŞ İTB-nin polis sahə rəisi X6 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Bərdə rayonu Mirzəcəfərli kəndində yaşayan Zərərçəkmiş şəxs həmkəndlisi Şəxs tərəfindən döyülmüşdür. Bu barədə Polis Şöbəsində araşdırma aparılmış və Bərdə rayon X8 Bölməsinin təhqiqatçısı, polis mayoru X2 10 dekabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol iş materialları ilə birlikdə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 05 may 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in "102" xidməti zəng mərkəzinə zəng edib verdiyi məlumat və Bərdə rayon polis şöbəsinə yazdığı ərizə ilə bağlı qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadığı evdə olan zaman oğlu Ziyafəddin Əliyev onun yanına ağlayaraq gələrək həmkəndliləri Zərərçəkmiş şəxs tərəfindən kənd ərazisində döyülüdüyünü bildirmişdir. Oğlunu döyülmüş halda görmək ona pis təsir etsədə Ziyafəddinə səbirli olmasını və daha sonra baş vermiş narazılığı özünün həll edəcəyini bildirmişdir. Lakin Ziyafəddin yenidən Mustafanın yanına qayıdacğını və onunla söhbət edəcəyini bildirmişdir. Ziyafəddin evdən qaçaraq çıxmış və o da onun ardınca evdən çıxmışdır. Futbol meydançasına çatdıqda təxminən onlardan 10 metr uzaqda olan Mustafa yerdən daş parçaları götürərək onun və oğlu Ziyafəddinin üzərinə daş parçaları atmışdır ancaq daş parçaları onlara dəyməmişdir. Bunu görən Ziyafəddin qaçaraq Mustafanı itələdikdə sonuncunun əlində olan daş parçaları yerə tökülmüşdür. Bundan sonra Ziyafəddin və Mustafa arasında dava-dalaş yaşanmışdır. Mustafa yerə yıxılan zaman isə Ziyafəddin əlində olan yabanın taxta hissəsi ilə sonuncunun kürək nahiyəsinə bir zərbə vurmuşdur. Orada olan Mustafanın qardaşı Faiq harayçılıq etdiyi zaman isə ehtiyatsızlıqdan Şəxs Mustafaya yumruq zərbəsi vurmuşdur. Arvadı və anası onların yanına gəldikdən sonra və orada olan həmkəndliləri soyadını və atasının adın bilmədiyim Sənan, Elməddin İmran oğlu və Nəsib Nemət oğlu gələrək davanı sakitləşdirmişlər. Bundan sonra öz yaşadıqları evə geri qayıtmışlar. Aralarında yaşanan dava-dalaşın isə 5-6 dəqiqə davam etmişdir. Hazırda barışığa gəlmək istəyir və ona görə də işə xitam verilməsini xahiş etdi. Həm də ki, hadisədən uzun müddət keçibdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadığı kənd ərazisində yerləşən futbol meydançasına futbol oynamaq üçün getmiş, meydançaya çatdıqda yaşca onnan yaşça kiçik kənd uşqaları futbol oynadıqlarını görmüşdür. Onların içərisində olan həmkəndlisi X4 futbol topun götürərək meydançadan getmək istəmişdir. Ziyafəddinə hörmətsizlik etdiyini və topu aparmasını istədikdə isə Ziyafəddin ona söyüş söymüşdür. Bundan sonra o əsəbləşərək Ziyafəddinin üzünə 1 şillə zərbəsi vuraraq ona tərbiyəli olmağını söyüş söyməməyini bildirmişdir. Meydançada olan həmkəndlisi Sənan, Elməddin İmran oğlu və Nəsib Nemət oğlu harayçılıq edərək onları aralaşdırmış və Ziyafəddində oradan getmişdir. Bir neçə dəqiqə sonra isə Ziyafəddin əlində yaba ilə atası Əfqan isə əlində "ketman" adlı alətlə meydança istiqamətində gəldiklərini görmüşdür. Həmin vaxt onların onu döymək üçün gəldiklərini bildiyindən yerdə olan daş parçaların götürərək onların olduğu istiqamətə atsada daş parçaları onlara dəyməmişdir. Ziyafəddin əlində yaba ilə üzərimə qaçdı və məni itələdi bu zaman onun əlində olan yaba yerə düşdü. Ziyafəddinlə aralarında davadalaş yenidən başlamış və Ziyafəddinin başına, sifət nahiyəsinə və bədəninə yumruq zərbələri vurmuşdur. Qəflətin kürəyində ağrı hiss etmiş, arxaya baxdıqda Əfqanın əlində olan "ketman" aləti onun kürək nahiyəsinə zərbə vurduğunu görmüşdür. Yanında olan qardaşı Faiqi də Əfqan ketmanla boyun nahiyəsinin arxa hissəsinə zərbə vurmuşdur. Yenidən orada olan yuxarda adların çəkdiyi şəxslər harayçılıq edərək dava-dalaşı sakitləşdirmişlər. Odur ki, məhkəmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesаb edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon X8 Bölməsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən qəbul edilmiş 10 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin X4 barəsində fərdi profilaktiki qeydiyyata alınması üçün qərarın surəti Bərdə rayon PŞ-nin YYÇ-la Profilaktiki işin təskili qrupuna göndərilməsi, Bərdə rayon Mirzəcəfərli kəndind sakinləri Şəxs və Zərərçəkmiş şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barələrində həmin maddə ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanması üçün qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarın surətinin İTB-yə göndərilməsinin nəzərə alınması, qərar barədə maraqlı tərəflərə məlumat verilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bərdə rayon prokuroruna göndərilməsi, material saxlanmasından ötrü şöbənin dəftərxanasına verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X6 tərəfindən 18 yanvar 2024-cü il tarixdə qəbul edilmiş inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında qərarın surətindən görünür ki, vət Zərərçəkmiş şəxs inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə qeyd edir ki, törədilmiş əməl nəticəsində sağlamlığa yüngül xəsarət vardır və bu halda cinayətin, daha dəqiq desək CM-nin 128-ci maddəsinin tərkib əlamətləri müşahidə olunur. Belə ki, 10 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilmiş materiala əlavə edilmiş MTE və PA ETT Birliyinin Bərdə rayonlararası ekspertiza mərkəzinin 11 may 2023-cü il tarixli 327 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ kürəküstü nahiyyənin əzilmiş yarası, boyun nahiyyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, öz-özünə yetirilməsi inandırıcı deyildir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Həmçinin, məhkəmə yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəlüdlü X1 Zərərçəkmiş şəxs sağlamlığına yüngül xəsarət yetirməsini və yetkinlik yaşına çatmaması səbəbindən cinayət işinin başlanmasının rədd edilməsini doğru və inandırıcı hesab etmir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatla bağlı keçirilən məhkəmə iclasında inzibati xəta törətməkdə təqsirləndirilən şəxs Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs yumruqla vurduğunu, Zərərçəkmiş şəxs isə Şəxs onu “ketman”la vurduğunu iddia etmişdir. Bu hal isə təhqiqatçı tərəfindən araşdırılmamış, həmçinin cinayətin alətinin “ketman” “yaba” və ya digər alət olması araşdırılmamış, həmin alətlərin törədilmiş əməldə istifadə edilib-edilməməsi, istifadə edildiyi təqdirdə harada saxlanması və maddi sübut kimi tanınması, həmin sübutun taleyi aydınlaşdırılmamış, Zərərçəkmiş şəxs sağlamlığına yüngül xəsarətin hansı səbəbdən yetirilməsi sübut edilməmişdir. Hər iki şəxs Zərərçəkmiş şəxs yetirilən xəsarətin Əliyev Ziyafəddin tərəfindən deyil, onun atası Şəxs tərəfindən törədilməsini qeyd etmişlər. Belə olan halda cinayət işinin başlanmasının rəddi haqqında 10 dekabr 2023-cü il tarixli qərarda təhqiqatçı Orxan Məmmədovun hansı səbəbdən Zərərçəkmiş şəxs yetirilmiş xəsarətin X4 tərəfindən yetirilməsi qənaətinə gəlməsi məhkəməyə məlum olmur. CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Buna görə məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduğundan Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və iş üzrə materiallar yenidən araşdırmanın aparılması üçün Bərdə rayon prokuroruna göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 noyabr 2022-ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, baxılan inzibati xəta haqqında materiallarda istintaq orqanının cinayət işinin rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu hakimi, səlahiyyətli orqanı (vəzifəli şəxsi) İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan səlahiyyətin həyata keçirilməsindən məhrum edə bilməz. Əks yanaşma ona gətirib çıxara bilər ki, cinayət təqibini həyata keçirən orqanın cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının olması inzibati xətada hətta cinayət əlamətləri olduğu halda da, hakimi pozuntuya müstəsna olaraq inzibati xəta kimi baxmağa və bilərəkdən qanunsuz və əsassız qərarın qəbul edilməsinə məcbur etmiş olar. İstintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının Cinayət-Prosessual Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə inzibati işə baxan məhkəmə üçün preyudisial əhəmiyyətə malik olması barədə müraciətin dəlili ilə bağlı qeyd edilməlidir ki, adıçəkilən maddə cinayət prosesini həyata keçirən orqanın iki növ qərarını fərqləndirmişdir: - şəxsin barəsində cinayət təqibini istisna edən qərarlar; - digər qərarlar. Birinci növ qərarlara cinayət təqibini istisna edən hallarla bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, cinayət təqibinə (cinayət işi üzrə icraata) xitam verilməsi haqqında qərar, həmçinin məhkəmənin hökmü və ya digər yekun qərarları aiddir. Sadalanan qərarlar mahiyyətinə görə yekun qərar olduğu üçün, belə qərarların qüvvədə olması məhkəmə tərəfindən eyni ittiham üzrə hökm və ya başqa yekun qərarın çıxarılmasını istisna edir. İş üzrə icraatın bərpasına nail olmaq üçün, ilk növbədə, göstərilən qərarların ləğv edilməsi tələb olunur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər yekun qərarı kasassiya qaydasında və yeni açılmış hallar üzrə ləğv edilə bilər (Cinayət-Prosessual Məcəlləsinin 65.3-cü maddəsi). Məhkəməyədək qəbul olunan bəraətverici əsaslarla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar kvaziməhkəmə xarakteri daşıyır. Bu, ilk növbədə, onda təzahür edir ki, məhkəmənin hökm və yekun qərarlarından fərqli olaraq təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı təkcə məhkəmə tərəfindən deyil, müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror tərəfindən də ləğv edilə bilər (Cinayət-Prosessual Məcəlləsinin 212.4.1-ci maddəsi). X5 Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında işə baxan məhkəmə tərəfindən ona göndərilmiş materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara baxılması qaydası Cinayət-Prosessual Məcəlləsində müəyyən edilməmişdir. Buna görə, Konstitusiya Məhkəməsinin Plenumu cinayət-prosessual qanunvericiliyində müvafiq qaydaların müəyyən edilməsinin Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmasını məqsədəmüvafiq hesab edir. Həmin məsələnin prosessual nizamlamadan kənarda qala bilməsi qanunçuluq və ədalət prinsiplərinin pozulması ilə nəticələnmiş olar. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir ki, istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində CM-nin 128-ci maddəsinin tərkib əlamətləri müşahidə olunur. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqsirləndirilməsinə dair inzibati xəta haqqında işdə CM-nin 128-ci maddəsinin tərkib əlamətləri olduğundan başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və materiallar araşdırmanın aparılması üçün Bərdə rayon Prokurorluğuna göndərilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında işdə AR.CM-nin 128-ci maddəsinin tərkib əlamətləri olduğundan başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və materiallar bu xüsusda araşdırmanın aparılması üçün Bərdə rayon Prokurorluğuna göndərilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-35/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-35/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver