Məhkəmə qərarları › İş №3(021)-35/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-35/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-35/2025 09.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X5 iclas katibliyi, protokol tərtib etmiş şəxs X3, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bərdə rayonu Cəyirli kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 dekabr 2024-cü il tarixdə X6 döymüşdür. Buna görə də barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib edən şəxs Bərdə Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X3 izahatında bildirdi ki, Bərdə rayonu Güloğlular kəndində yaşayan Zərərçəkmiş şəxs 24 dekabr 2024-cü il tarixdə Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 20 dekabr 2024-cü il tarixdə saat 21 radələrində əri Şəxs onu döyməsi barədə məlumat vermişdir. Həmin müraciət üzrə araşdırılma aparılmış, toplanmış matarialda hər hansı bir cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Bərdə Rayon Polis Şöbəsinin İTB-nə verilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Şəxs barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Məhkəmədən inzibati xəta törədən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 20 dekabr 2024-cü il tarixdə Nuranə ilə 7 aydır ailə qurmuşlar. 2024-cü ilin dekabr ayında Nuranə ilə birlikdə əmisi oğlu X7 evinə gəlmiş, Elgizin evində qalmağa başlamışlar. 20 dekabr 2024-cü il tarixdə Nuranə ilə Elgizin evində tək olarkən Nuranə ilə aralarında mübahisə yaranmış, Nuranəni evin içində, daha sonra kanalın kənarına apararaq orada döymüşdür. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs ilə 6 aydır qeyri-rəsmi ailə qurmuşlar. Şəxs ona birlikdə yaşamaq istəmədiyini bildirmiş, aralarında mübahisə yaranmış mübahisə zamanı Şəxs onun başına və bədəninin müxtəlif nahiyələrinə vurmuş, sonra onu boş bir sahəyə apararaq orda döymüşdür. Daha sonra onu əmisi oğlunun evinə gətirmiş, bir gün orada qalmışlar. Şəxs ona çıxıb getməsini bildirmişdir. Bundan sonra babasıgil gəlib onu aparmışdır. Onunla barışmamışdır və şikayətçidir. Şəxs cəzalandırılmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs AR.İXM-in 157-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, Bərdə RPŞ-nin TB-nin cinayət işinin başlanmasının rədd olunması barədə qərarı, tərəflərin izahatları, həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Belə ki, inzibаti xəta haqqında işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İşdə olan Bərdə Rayon Polis X2 təhqiqatçısı polis mayoru X4 08 yanvar 2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs 24 dekabr 2024-cü il tarixdə Bərdə rayon Polis Şöbəsinəə ərizə ilə müraciət edərək 20 dekabr 2024-cü il tarixdə saat 21 radələrində əri Şəxs onu döyməsi barədə məlumat vermişdir. X1 müraciəti əsasında toplanmış HK_1/5080 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 24 dekabr 2024-cü il tarixli, 1021 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sol göz almasının daxili yarısının kiçik ölçülü qansızması, sağ saidin aşağı 1/3-nin arxa səthinin qançırı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərardad göstərilən 20 dekabr 2024-cü il tarixə uyğun gəlir və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmişdir. İşə əlavə edilmiş Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi, X8 tərəfindən tərtib edilmiş 09 yanvar 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, inzibati xəta törədən şəxs Şəxs 20 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında olan dava-dalaş zamanı onu döyərək qəsdən ona fiziki ağrı yetirmişdir. Toplanmış material üzrə araşdırma aparılmış, onun əməlində cinayət tərkibi olmadığından sübutlar qiymətləndirilərək barəsində xx.xx.2025-ci il tarixdə Bərdə RPŞ-də İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izаhаtlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, habelə inzibati xəta törədən şəxsin əməlindən peşman olmamasını və zərərçəkmiş şəxslərlə barışığa cəhd etməməsini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmasını və inzibati xəta törədən şəxsin protokoldakı qeydə əsasən cərimə ödəməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində İXM-nin 157-ci maddəsində nəzərdə tutulan daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Bundan başqa, məhkəmə cəza təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki Şəxs inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,114, 128-130-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 ci maddəsi ilə təqsirli bilinib bаrəsində 20 (iyirmi) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilsin. Həbs etmənin əvvəli 09 yanvar 2025-ci il tаrixdən sааt 16:10-dan hesablansın. Qərаrın icrаsı Bərdə rаyоn Polis Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Аpellyаsiyа Məhkəməsinin Cinayət Kollegiyasına аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar