Məhkəmə qərarları › İş №3(021)-355/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-355/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-355/2024 29.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlu, Şikayətçi (barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edilən şəxs) X4 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə məhkəmə baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində vergi borcunun tutulması haqqında qərar qəbul edilən X4 məhkəməyə şikayət verərək barəsində 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş **********315500 saylı, 11 aprel 2023-cü il tarixli vergi borcunun tutulması haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qərara əsasən 1000,50 manat vergi borcu məbləğinin X1 məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə müvafiq qərardadla şikayətçi X3 geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarında X2 şikayət etdiyi barəsində qəbul edilmiş qərar inzibati tənbeh verilməsinə dair və ya inzibati xəta haqqında iş üzrə qərar deyil. Belə ki, şikayətə əlavə edilmiş vergi borcunun tutulmasına dair qərar inzibati akt olmaqla İXM-lə nəzərdə tutulmuş qaydada mübahisələndirilmir. Şikayətçi həmin inzibati aktın ləğvi ilə bağlı İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə regional inzibati məhkəməyə müraciət etməlidir. Buna görə də hazırki halda şikayət onu verən şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; Qeyd edilənləri və İXM-in 130-cu maddəsini nəzərə alaraq məhkəmə QƏRАRА АLDİ: X4 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar